Tarix : 2015 Apr 08
Kod 45674

Avrasiya İqtisadi Birliyinin perspektivləri Rəhmətullah Fəllah ilə müsahibədə

Avrasiya məsələləri üzrə ekspert Rəhmətullah Fəllahın fikrincə yeni Avrasiyaçılıq regionların geopolitikasının tanınmasıdır və onun təhlükəsizlik sistemləri və infrastrukturu bir sıra kontekstlər yaratmışdır ki, Rusiya yüngül xərclə öz hegemonluğunu strateji müttəfiqlik qiyafəsində bərpa edə bilər

Arannews - Avrasiya İqtisadi Birliyi 2014-cü il 29 mayda Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan kimi beş ölkənin üzv olması ilə yarandı və 2015-ci il yanvarın 1-də öz fəaliyyətinə başladı. Belə bir əməkdaşlıq birliyinin yaranması fikri çox illər öncəyə qayıtsa da onun reallaşması region və dünyanın hazırkı mürəkkəb durumunda baş tutması öz ardınca müxtəlif diskussiyalar yaratmışdır. Bu mövzuya aydınlıq gətirmək üçün "Fars" xəbər agentliyinin Avrasiya məsələləri üzrə ekspert Rəhmətullah Fəllah ilə müsahibəsini sizə təqdim edirik.

Avrasiya məsələləri üzrə ekspert Rəhmətullah Fəllahın fikrincə yeni Avrasiyaçılıq regionların geopolitikasının tanınmasıdır və onun təhlükəsizlik sistemləri və infrastrukturu bir sıra kontekstlər yaratmışdır ki, Rusiya yüngül xərclə öz hegemonluğunu strateji müttəfiqlik qiyafəsində bərpa edə bilər.

- Rusiyada Avrasiyaçılıq yanaşma hansı prinsip və kontekstlər əsasında formalaşmışdır?

- Avrasiyaçılığın Rusiya elitasının strateji ideologiyasında dərin tarixi vardır. Başqa sözlə inkişaf komponentinə cavab sahəsində paradiqmatik yanaşmaya çevrilmişdir. Bu paradiqma öz tarixi yolunda faktiki dəyişikliklərə məruz qalaraq bu günləri "Yeni Avrasiyaçılıq" (Neo-Avrasyaçılıq) termini ilə aktuallaşmışdır. Çünki klassik Avrasyaçılıq öz əsas meyarlarını slavyan-pravoslavizm, islamofibiya, etnik kimlikçiliklə (o cümlədən Orta Asiya və Qafqaz türk xalqlarının) mübarizə üzərində qurmuşdu və onun son strateji məqsədi imperiyaçılıq idi. Lakin yeni Avrasiyaçılıq regionların geopolitikasının tanınmasıdır və onun təhlükəsizlik sistemləri və infrastrukturu bir sıra kontekstlər yaratmışdır ki, Rusiya yüngül xərclə öz hegemonluğunu strateji müttəfiqlik formasında bərpa edə bilər. Yeni ideologiyada imperatorluq, islamofobiya, anti-etnikçilik kimi komponentlər yer almır.

- Avrasiya İqtisadi Birliyinin Rusiyanın regional və trans-regional gücündə hansı təsiri olacaq?

- Bu məsələ qarşıda dayanan proseslərin gedişinə və nəticələrə bağlıdır. Mərkəzi Avrasiyada, ya başqa ibarətlə Rusiyadan ayrılaraq müstəqillik qazanmış ölkələrdə Rusiyanın mühəndisliyi və memarlığı ilə bir çox siyasi, iqtisadi və təhlükəsizlik qurumları yaranmışdır. Son iyirmi ildə Rusiyanın beynəlxalq mövqeyinə təsir qoya biləcək əhəmiyyətli bir çıxış olmayıb. Çünki Rusiyanın inkişaf modelinin, hətta onun təhlükəsizlik layihəsinin region xalqları arasında lazımi cazibəsi yoxdur.  Bu izahla demək olar ki, Avrasiya İttifaqının hazırkı durumunun Rusiyanın mövqeyinə elə də təsiri olmayacaq.

- Avrasiya İqtisadi Birliyini genişləndirmək və keyfiyyəti üçün Rusiyanın qarşısında dayanan məsələlər hansılardır?

- Ruslar Avrasiya İqtisadi Birliyininə üzv dəvət etməkdə və onun əsaslarını möhkəmləndirməkdə bir sıra fundamental və konstruksiya problemləri ilə qarşılaşıblar. Onlardan ən mühümlərinə toxunaq:

Birincisi budur ki, yeni müstəqillik qazanmış region ölkələri həmişə Rusiyanı öz müstəqillikləri üçün təhlükə hesab edirlər. Bu barədə qərbin psixoloji hərəkatı da çox təsirlidir.

İkincisi budur ki, Orta Asiya və Qafqazın bir neçə mühüm ölkələri enerji resurslarının ixracına güvənirlər və bu məsələdə Rusiya ilə rəqibdirlər. Bir növ Rusiyanın iqtisadiyyatı müxtəlif səviyyələrdə qərblə anlaşmaya bağlıdır.

Üçüncüsü budur ki, Rusiyanın təhlükəsizlik proqramları region ölkələrinin hərəkətlərinə qayıdır. Rusların Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya böhranında və Azərbaycan üçün Qarabağ böhranında, Ukraynanın şərq ərazilərində dövlət hakimiyyəti  və Krımın ayrılması böhranında təhlükəsizlik modeli region ölkələrinin narahatlığını artırmaqdan əlavə, qərbyönümlü qüvvələr üçün manevr imkanı da yaratdı.

Qeyd edilən aspektlərlə yanaşı bu məsələyə də diqqət etmək lazımdır ki, hazırda birliyə qoşulan ölkələrin Rusiya üçün diqqəti çəkən iqtisadi mənfəəti yoxdur. Üstəlik, Rusiyanın xərclərini artırır. Avrasiya İttifaqı təqribən 170 milyonluq bir cəmiyyətə şamil olur ki, onun 84%-i Rusiya əhalisidir. Birliyin 3 milyard dollarlıq ümumi daxili məhsulunun 88%-i də Rusiyaya aiddir.

- Avrasiya İqtisadi Birliyinə üzv olmuş ölkələr hansı əsaslara söykənmişdir?

- Birliyə üzv olmuş ölkələrin çoxu yaranmış imkandan yararlanmağa və geopolitik məntiqə əsaslanıblar. Belarus, Qırğızıstan, Ermənistan, hətta gələcəkdə bu birliyə qoşulacağı proqnozlaşdırılan Tacikistanın Rusiyanın iqtisadiyyat və təhlükəsizlik sahələrindəki xidmətlərindən struktur asılılıqları vardır. Bu ölkələrdən milyonlarla insan Rusiyada işləyirlər. Həmçinin bu dövlətlər uzun müddətli müqavilələr əsasında Rusiya hərbi bazalarının öz ölkələrində olmasını qəbul ediblər. Sözsüz ki, Rusiya ilə eyni səviyyədə olan heç bir güc bu ölkələrə qeyd edilən xidmətləri göstərməyə hazır deyil. Əlbəttə, Qazaxıstanın mövqeyi bir az fərqlidir. Qazaxlar Rusiyanın Ukrayna ilə rəftarını nəzərdən qaçırmırlar və bu modelin cəmiyyətinin 30%-ni rus dilli əhali təşkil edən Qazaxıstanda da təkrarlana bilməsi üçün zəminə vardır. Ona görə də Avrasiya Birliyinə qoşulmaqla ruslarla bu balansı qorumağa çalışır.

- Çin, Avropa Birliyi ölkələri və ABŞ kimi ölkələrin Avrasiya Birliyinə qarşı mövqe və maraqları necədir?

- Çinin münasibəti müəyyən qədər müsbətdir. Çünki Çin bu regionda hegemonçuluq ardınca deyil və yalnız bu regionda öz iqtisadiyyatının rövnəqini əsas tutur və bu istiqamətdə uğurlu addımlar atıb.

Avropa Birliyinin Mərkəzi Avrasiyada (postsovet məkanında) strategiyası üç mərhələdədir; nüfuz, qərb dəyərlərinin yeridilməsi, sonda isə Rusiya ilə ziddiyyət yaratmaqdır və hal-hazırda ikinci mərhələdə, yəni öz dəyərlərini bu ölkələrdə yaymaqdadır. Ona görə də Avrasiya Birliyinin yaranmasına qarşı müxalif yanaşma mövqeyi tutur.

Amerika da Rusiyanın gücünün yenidən bərpa olunmasının qarşısınıa almaq üçün onu ətraf, hətta daxili geopolitik təhlükələrlə üzləşdirməyə cəhd edir. Bu üzdən postsovet məkanında Rusiyanın mövqeyinin yenidən bərpa edilməsini öz strateji maraqları ilə müxalif kimi dəyərləndirir.

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin təyin etdiyi zamana əsasən, 2016-cı ildə vahid dərman bazarı və 2019-cu ildə vahid elektrik enerjisi bazarı təşkil ediləcək. Bu proqrama uyğun olaraq 2025-ci ildə Avrasiya İqtisadi Birliyinin vahid neft, qaz və neft məhsulları bazarı yaradılacaq.

- Avrasiya İqtisadi Birliyinin genişlənəcəyi surətdə hansı siyasi, geopolitik və iqtisadi təsirləri olacaq?

- Sözsüz ki, uğurlu olarsa, birliyə üzv ölkələrin iqtisadi və ticari əlaqələrində müsbət təsir qoyacaq.

- Hansı regional potensiallar Avrasiya İqtisadi Birliyinin güclənməsində təsirli ola bilər?

- Belə nəzərə gəlir ki, yeni avrasiyaçıların epistemik prinsiplərində dini və qeyri-rus millətləri (İslam dini, türk dili, İran mədəniyyət kimlliyi) kataqoriyaları qəbul edildiyi üçün İran və Türkiyə kimi regional güclərin təsiri nəzərə alınmalıdır. Bu iki obyektiv və subyektiv gücə diqqət etmədən Avrasiya geopolitiyası arenasına ekskluziv baxış birliyin  perspektivlərini sual altında qoyur.

- Bu birliyin İran üçün imkan və təhdidləri nədir?

- Qərbin (Amerika və Avropa Birliyinin) iştirakını azaldan hər bir regional birlik İran üçün faydalıdır. Amma İranın iqtisadi və mədəni addım atmaları üçün potensiallar olan Orta Asiya və Qafqaz kimi ölkələrdə rusların ekskluziv idarəçiliyi ölkəmizin regional maraqları üçün xoşagələn olmayacaq.

  • Yazılıb
  • da (də) 2015 Apr 08