Tarix : 2015 Oct 08
Kod 46572

İslam İnqilabının Böyük Rəhbəri: "ABŞ öz istəklərini İran xalqına qəbul etdirmək üçün fürsət ardıncadır"

Həzrət Ayətullahülüzma Xamenei: ABŞ ilə müzakirə malik olduğu saysız zərərlərə görə qadağandır və heç bir faydası da yoxdur.

Arannews- İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qüvvələri komandanları və onların ailələri ilə görüşdə İranın təhlükəsizliyinin təmin edilməsində bu qüvvələrin əhəmiyyətinə təkid edib və deyiblər: Düşmənlər ölkə rəsmilərinin hesablamalarını və ölkə əhalisinin xüsusilə də gənc nəslin düşüncələrini dəyişmək ardıncadır. Buna görə də hamı ayıq və agah olmalıdır .

İnqilab Rəhbəri İran xalqının ABŞ ilə müzakirələrə qarşı çıxdığına işarə edərək, deyib: ABŞ ilə müzakirə malik olduğu saysız zərərlərə görə qadağandır və heç bir faydası da yoxdur. Çünki, amerikalılar danışıqlar yolu ilə İrana nüfuz yolunu açmaq və öz istəklərini İran xalqına qəbul etdirmək ardıncadırlar. Amma, İran bu məsələdən tamamilə agahdır .

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı İranın heç vaxt müharibəyə başlayan tərəf olmayacağını vurğulayıb və deyiblər: Təcavüz və nüfuz düşmənin xisləti və təbiəti olduğu üçün, elmi inkişafımızı və yeniliyə əsaslanan modern təchizatların düzəldilməsi sahəsində hər gün ciddi addımlar atılmalıdır .

O həzrət hegemonçu qüdrətlərin region üçün son dərəcə təhlükəli planlara malik olduqlarına işarə edərək, deyiblər: bu qüdrətlər günahsız insanların qətlə yetirilməsi üçün hansısa təhlükəli silahdan və ya insanlığa qarşı yönəlmiş vasitələrdən istifadə etməkdə heç bir məhdudiyyət tanımırlar. Onların insan haqlarını müdafiə ilə bağlı iddiaları da gerçəkliyi əks etdirmir və tamamilə boş və mənasızdır .

İnqilab Rəhbəri Əfqanıstanda xəstəxanaya edilən hücumu, Suriya, İraq, Yəmən, Fələstin və Bəhreyndə günahsız insanların qırğın edilməsini hegemonçu qüdrətlərin cinayətlərinə aşkar nümunə adlandırıb və deyiblər: Bu gün dünya üçün ən böyük təhlükə insan haqları iddiaçılarının riyakarlığı, yalançılığı və ikiüzlülüyüdür .

İslam İnqilabının Böyük Rəhbəri düşmənin planlarının baş tutmamasında İranın roluna işarə edərək, deyib: düşmənin ölkə daxilində və regionda üzləşdiyi uğursuzluqlar İran İslam Respublikasının ayıqlığı, hazırlığı və iqtidarına görədir. Buna görə də, hegemonçuluq quruluşunun ən böyük düşmənçiliyi İslam Quruluşu ilədir və müzakirə mövzusunun gündəmə gətirilməsi də hegemonçu qüdrətlərin nüfuz etmək üçün yürütdükləri siyasət çərçivəsindədir .

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının ölkələr ilə müzakirə prinsipi ilə müxalif olmadığını vurğulayaraq, əlavə ediblər: Amma, Amerikalılar barəsində demək lazımdır ki, məsələ fərq edir. Çünki, onların nəzərində İran ilə müzakirə ölkənin siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sisteminə nüfuz yolunu açacaq bir vasitədir .

İslam İnqilabının Böyük Rəhbəri daha sonra deyiblər: Bu gün də İran xalqı öz mənəvi iqtidarı ilə düşməni meydandan sıxışdırıb çıxardacaq və İslam Quruluşu ilə düşmən olanlar öz siyasi, iqtisadi, mədəni və təhlükəsizlik planlarında məğlubiyyətə düçar olacaqlar.

  • Yazılıb
  • da (də) 2015 Oct 08