Tarix : 2015 Oct 03
Kod 46543

"İkinci Dünya Müharibəsi və onun Azərbaycanda nəticələri" konfransı keçiriləcək

"İkinci Dünya Müharibəsi və onun Azərbaycanda nəticələri" milli konfransı 6 dekabrda Milli Arxiv İdarəsinin konfrans salonunda keçiriləcək.

AraNews - Redaksiyamızın verdiyi məlumata görə, milli konfrans Qədim Diyar Tarix və Mədəniyyət Mərkəzinin təşəbbüsü, Təbriz Universiteti, Tarix və Mədəniyyət Mərkəzi, Milli Kitabxana və Sənədlər İdarəsi, Aran Mədəniyyət Mərkəzi, Müasir Tarix Araşdırmalar Mərkəzi, İslami Şura Məclisinin Muzey Kitabxanası və Sənədlər Mərkəzi və İranın Şifahi Tarixi Qurumunun əməkdaşlığı ilə 6 dekabrda Milli Arxiv İdarəsinin konfrans salonunda keçiriləcək.

Maraqlananlar və tədqiqatçılar məqalələrinin abstraktlarını 22 oktyabr və məqalələrin özünü 21 noyabra kimi göndərə bilərlər.

Konfransın mövzuları aşağıdakı kimidir:

-          Demokrat Firqəsinin qan bayramı

-          Stalin və Demokrat Firqəsinin formalaşması

-          İranın işğalının şifahi tarixi və Azərbaycan hadisələri

-          Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinin araşdırılması

-          Demokrat Firqəsinin müxtəlif şəhərlərdə möhkəmlənməsi keyfiyyəti

-          Azərbaycan Demokrat Firqəsinin və Tudə partiyasının formalaşmalarının zəminələri

-          Demokrat Firqəsi qarşısında yerli müqavimətlər

-          Azərbaycanın işğalının nəticələri (siyasi, iqtisadi, mədəni, ictimai)

-          Qırmızı Ordunun və Demokrat Firqəsinin mədəniyyət fəaliyyətləri (teatr, sərgi, kino, kosert, musiqi, qəzet) 

  • Yazılıb
  • da (də) 2015 Oct 03