Tarix : 2015 Sep 08
Kod 46450

AİP-in sədr əvəzi: Həbsdə olanlar barədə əlimizdən gələni qanunlar çərçivəsində edəcəyik

Hacı İlham Əliyev: daim nə zaman bizə ehtiyac olub istər dini , istərsədə ictimai sahədə biz xalqın yanında olmuşuq, bundan sonrada olacağıq .

AranNews - Bu gün saat 11:00-da AİP-in Qərargahında Azərbaycan İslam Partiyasının yeni sədr əvəzi Hacı İlham Əliyevin mətbuat konfransı baş tutub .

mətbuat konfransının açılışında AİP-in sədr müavini Akif Heydərli çıxış edib və İslam Partiyasının yaranma tarixi və keçdiyi yoldan danışıb .

Daha sonra AİP-in yeni sədr əvəzi Hacı İlham Əliyev danışıb və bildirib ki, daim nə zaman bizə ehtiyac olub istər dini , istərsədə ictimai sahədə biz xalqın yanında olmuşuq, bundan sonrada olacağıq .

İ.Əliyev deyib ki, işlərimizi ictimai maarif sahəsində quracağıq. "Həbsdə olanlar barədə əlimizdən gələni qanunlar çərçivəsində edəcəyik "

  • Yazılıb
  • da (də) 2015 Sep 08