Tarix : 2015 Sep 08
Kod 46434

"Şəhriyar Mədəniyyət Nişanı" ilk beynəlxalq festivalı keçirilir

Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzindən verilən məlumata görə Təbrizdə "Azərbaycan Aşura Ədəbiyyatının Dəyərləndirilməsi" konfransı və "Şəhriyar Mədəniyyət Nişanı" beynəlxalq festivalı keçiriləcək.

AranNews - Redaksiyamızın verdiyi xəbərə görə Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru doktor Əhməd Fərşbafiyan jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi 2007-ci ildə təsis olunub, lakin müxtəlif səbəblərdən, o cümlədən o dövrün rektorlarının təmayülü olmadığından tətil edilib. O artırıb: "Təbriz Universitetinin yeni rektoru doktor Məhəmmədpur bu mərkəzin yenidən fəaliyyət göstərməsinə təkid etdi. Bu əsasla edilən cəhdlərdən sonra mərkəz 2014-cü ilin may ayından öz işinə başladı və əsasnaməsi təzələndi, siyasət şurası və tədqiqat şurası fəaliyyətinə başladı".

Mərkəzin direktoru əlavə edib: "Azərbaycan mədəniyyətini dirçəldə bilən ən önəmli yol mövzuya akademik baxışdır. Azərbaycan sahəsində mədəni fəaliyyətlər daha rəngli olmayınca və əsaslı addımlar atılmayınca, Azərbaycanın mədəniyyət və sivilizasiyası qeyri-mütəxəssislərin bayraq fırlatmaları altında örtülü qalacaq".

"Ötən bir il yarım ərzində bununla bağlı bir sıra işlər görmüşük. Bu yönümdə atılan ilk addımlardan biri qonşu ölkələrin, Qafqaz ölkələrinin, Anadolu dairəsi, Azərbaycan və Naxçıvanın elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin yaradılması oldu ki, bununla da mədəniyyətin toz tutmuş mühitində qeyri-mədəniyyət adamlarının qeyri-mədəni işlərinin qarşısı alınsın"- deyə direktor bildirib.

Doktor Fərşbafiyan Təbriz Universitetinin allimlərindən ibarət üç qrupun Azərbaycan Respublikasının elmi, tədqiqi mərkəzləri və elmi şəxsiyyətləri ilə əlaqələr qurmaq üçün bu ölkəyə ezam edilməsindən, həmçinin iki elmi heyətin də Türkiyəyə səfər etməsindən xəbər verərək deyib: "Öz proqramlarımızı həyata keçirə bilmək üçün "Füzullişünaslıq" və "Mövləvişünaslıq" peşəkar konfransları keçirildi, Bakı və Türkiyədə tarix və ədəbiyyat sahələrində iki peşəkar görüş təşkil edildi".

Direktor daha sonra vurğulayıb: "Təbriz Universitetinin tələbələri ilə qeyd edilən ölkələrin tələbələri arasında daha artıq münasibətlər yaratmaq məqsədilə indiyə kimi üç personal bilik kursları təşkil edilmişdir. Bu il də yenə daha ətraflı kursun keçirilməsi nəzərdə tutulmuşdur".

Fərşbafiyan bildirib: "İndiyə kimi təsirli münasibətlər yaradılaraq qeyd edilən ölkələrin alimləri ilə bir sıra araşdırma işləri başlamışıq və ortaq məxrəcə gəlmək üçün də altı digər layihə araşdırılır".

Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru bildirib ki, əgər magistratura və doktoranturanın tarix və sivilizasiya, tarix və mədəniyyət, arxitektura, incəsənət və coğrafiya ixtisasları üzrə tələbələri Azərbaycan mədəniyyəti barədə dissertasiya yazarlarsa, mövzu təsdiqləndiyi surətdə onun tədqiqatının büdcəsini tamam olaraq ödəniləcək. Sonra artırıb: "Bu mövzuda artıq dörd dissertasiya bizə çatmışdır, onların işlərinin tamamlanması ilə kitab şəklində çap ediləcəkdir".

Direktor izah edib ki, gələn altı ayda bir neçə ciddi layihə də praqramda vardır. Onlardan birincisi "Şəhriyar Mədəniyyət Nişanı" beynəlxalq festivalının keçirilməsidir.

O, həmçinin deyib: "Azərbaycanın ədəbiyyat, tarix, mədəniyyəti sahələrində bəzilər bir sıra işlər aparıblar, lakin onların işi üzə çıxmyıb. Ona görə də "Şəhriyar Mədəniyyət Nişanı" festivalı çərçivəsində onları üzə çıxarmaq niyyətindəyik. Artıq  ötən 8 ay müddətində Azərbaycan, İran və Türkiyədə ədəbiyyat, tarix, mədəniyyət sahələrinin görkəmli şəxsiyyətlərini tanıya bilmişik".

Doktor Fərşbafiyanın dediklərinə əsasən, festivalın katibliyinə artıq 84 əsər daxil olmuşdur. Onların arasından 8 əsər seçilmişdir. "Şəhriyar Mədəniyyət Nişanı" 5 nəfərə təqdim ediləcək. Onlaran 2 nəfəri Azərbaycan, 2 nəfəri Türkiyə və 1 nəfəri İran vətəndaşıdır. Onlarla yanaşı 3 nəfər də əsərlərinə görə təşviq olunacaq və onlara simvolik büst və təqdirnamələr təqdim ediləcək.

O artırıb: "Festival xaricdən gəlmiş 30 nəfər alim, İranın qonşu ölkələrdəki səfir və mədəniyyət attaşesinin və 300-dən çox İranın mədəniyyət alimlərinin iştirakı ilə keçiririləcək".

"Katibliyə daxil olan əsərlərin çoxu Azərbaycan və İrandandır. 23 əsər Azərbayacandan, 30 əsər İrandan, digər əsərlər isə Türkiyə və Naxçıvandandır"-deyə Fərşbafiyan bildirib.

O qeyd edib ki, "Şəhriyar Mədəniyyət Nişanı" ilk beynəlxalq festivalı 2015-ci il sentyabrın 15-də keçiriləcək.

Sonrakı proqramlar barədə məlumat verən mərkəzin direktoru "Azərbaycanın Aşura Ədəbiyyatının Dəyərləndirilməsi" konfransının Ərbəin ərəfəsində keçiriləcəyini deyib. O, bu konfransın hədəfini açıqlayaraq deyib: "Konfransın keçirilməsində məqsəd budur ki, Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan və Naxçıvanda Azərbaycan Aşura ədəbiyyatının tədqiqatçıları, məddah və şairləri tanınsın, onların əsərləri toplansın və Ərbəin ərəfəsində dəyərləndirilsin".

Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru müsahibəsində digər proqramlar barədə deyib: "Mərkəzin digər proqramlarından biri də elmi-mədəni əlaqələri artırmaq məqsədilə tələbələrdən ibatər elmi-mədəni heyətlərin qonşu ölkələri ziyarət etmək üçün ezam edilməsidir. Bu layihə isfəndin sonuna (martın ortalarına) kimi baş tutacaq".

  • Yazılıb
  • da (də) 2015 Sep 08