Tarix : 2015 Aug 24
Kod 46358

Böyük həcc fərizəsi İslam Ümməti üçün özəlliklərə malikdir ki, heç bir digər fərizə ona malik deyil

Həcc dünya müsəlmanlarının öz həmrəylik, yekdillik və dərdləşmələri üçün son dərəcə böyük fürsət və İslam Ümmətinin təşkilindən mənalı bir nümunədir.

Arannews -İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei şənbə günü həcc üzrə məsul şəxslərlə görüşdə buyurublar: Həcc təkcə iranlılara aid deyil; həcc İslam Ümmətinə aiddir və İslamın davamına zamindir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Böyük həcc fərizəsi İslam Ümməti üçün özəlliklərə malikdir ki, heç bir digər fərizə ona malik deyil.
Həzrət Ayətullahuluzma Xamenei həcci İslam Ümmətinin birliyi və əzəməti amili adlandıraraq, vurğulayıblar: İran xalqının böyük həcc konqresində birlik yaradan təcrübələrinin ötürülməsi İslam Ümmətinin daha artıq həmrəyliyi və qüdrətinə səbəb olacaq. 
İslam İnqilabının Böyük Rəhbəri həccin ictimai cəhətinin şərhində bütün irqi, məzhəbi, mədəni və zahiri fərqləri ilə bütün xalqların eyni zamanda Məkkə və Mədinədə iştirak etmələrinə işarə edib və belə deyiblər: Həcc İslami birliyin real fürsəti və təzahürüdür.

Həzrət Ayətullahuluzma Xamenei müxtəlif üsullarla, o sıradan milliyyət anlamını böyütməklə İslam Ümmətinin həqiqəti və önəmini əhəmiyyətsiz göstərməyə çalışan kəsləri tənqid edərək, əlavə ediblər: Həcc dünya müsəlmanlarının öz həmrəylik, yekdillik və dərdləşmələri üçün son dərəcə böyük fürsət və İslam Ümmətinin təşkilindən mənalı bir nümunədir.

O həzrət İran xalqının düşmən tanıma, düşmənə etimad etməmə və dostu düşmən ilə səhv salmamaq üzrə təsirli və faydalı təcrübələrinə işarə edərək, vurğulayıblar: İran xalqı başa düşüb ki, dünyanın zalım qüvvələri və sionizm İslam Ümmətinin həqiqi düşmənləridirlər və bu üzdən, bütün böyük milli və islami toplantılarda Amerika və sionizmə qarşı şüar veribdir.

Həzrət Ayətullahuluzma Xamenei bəzi islami qrupların bəzi ölkələrdə hakimiyyətə gəlmələrinin uğursuz təcrübəsinə işarə edərək, vurğulayıblar: Onlar İran xalqının əksinə olaraq, dost ilə düşmənin yerini səhv salıblar və onun zərbəsini də alıblar.
O həzrət əlavə ediblər: Dünyanın zalım qüvvələrinin maliyyə dəstəyi hesabına Amerika, Avropa, işğal olunmuş Fələstində, eləcə də asılı ölkələrdə onlarla fikri və siyasi mərkəz İslam və şiəliyi araşdırmaqdadır ki, İslam Ümmətinin oyadıcı və qüdrətyaradıcı amilləri ilə mübarizə yollarını aşkarlayaraq, həyata keçirsin.
Həzrət Ayətullahuluzma Xamenei bəzi ölkələrdə məzhəbi, siyasi və hətta partiya bəhanələri ilə gedən daxili toqquşmaları birlik nemətinin qədrinin bilinməməsinin nəticəsi adlandırıb və belə əlavə ediblər: Əgər bir xalq birlik və yekdilliyin qədrini bilməzsə, ixtilaf və qarşıdurmaya düçar olacaq.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin həccin keçirilməsi üzrə səyi ən əzəmətli məsuliyyətlərdən adlandıriblar.

 O həzrət həcc üzrə məsul şəxslərin zəhmətlərinə görə təşəkkür edərək, onlardan istəyiblər ki, qənaətbəxş həccin reallaşması üçün əllərindən gələni etsinlər.

  • Yazılıb
  • da (də) 2015 Aug 24