Tarix : 2015 Aug 22
Kod 46345

Təbrizdə "Ustad Şəhriyar Beynəlxalq Konqresi" keçiriləcək

Ustad Şəhriyar Beynəlxalq Konqresi 17-18 sentyabrda daxili və xarici mütəfəkkirlərin və Şəhriyarşünasların iştirakı ilə Təbrizdə keçiriləcək.

AranNews - Ustad Şəhriyar Beynəlxalq Konqresi İranın mütəfəkkir və Şəhriyarşünasların, həmçinin Livan, İraq, Tacikistan, Əfqanıstan, Türkiyə, Azərbaycan, Hindistan ölkələrindən olan 50 nəfərdən çox şair və Şəhriyarşünaslarının iştirakı ilə  17 və18 sentyabrda Təbrizdə keçiriləcək. Bu beynəlxalq konqresi Şərqi Azərbaycan əyalətinin İslam İnqilabı İncəsənət Dairəsi və Təbriz Bələdiyyəsinin İctimai-Mədəni İşlər üzrə İdarəsi əyalətin mədəniyyət və elm ocaqları və idarələrinin əməkdaşlığı ilə keçirir.

Konqresin keçirilməsində məqsəd Ustad Şəhriyarın dini və inqilabi şəxsiyyətinin anılması, Şəhriyarın dini şəxsiyyətinin formalaşmasında şer və ədəbiyyatın təsiri, yerli dini mədəniyyətin əhəmiyyəti və onu qorumaq üçün işlədilmiş elementlərlə tanışlıq, hidayət üçün dahi iftixarlı şəxsiyyətləri örnək kimi tanıtmaq, mənəvi ədəbiyyatın qorunması, Ustad Şəhriyarın həyatı və şerləri barədə dəyərli tədqiqlərin yazılması, şair, tədqiqatçı və ədəbiyyat adamları arasında həmrəylik və həmkarlıq yaratmaqdır.

Ustad Şəhriyar Beynəlxalq Konqresinin mövzuları aşağıdakı kimidir:

1. Ustad Şəhriyarın əsərlərində İslam İnqilabı.

2. Müqəddəs Müdafiə şerinin yaranmasında və genişlənməsində Ustad Şəhriyarın rolu.

3. Ustad Şəhriyarın şerlərində əhli-beyt (ə) maarifi və fəzilətinin təcəllası.

4. Ustad Şəhriyarın təfəkküründə vilayəti-fəqih.

5. Ustad Şəhriyarın şerində Quran məzmunlarının təcəllası.

6. "Heydər baba" şerində dini kimlik elementi.

7. Ustad Şəhriyarın şerlərinin dini qaynaqlarının araşdırılması.

8. Ustad Şəhriyarın şerlərində İslam tərbiyəsi və əxlaq qaydaları.

9. Ustad Şəhriyarın şerlərində şiə irfanının meyarı.

10. Ustad Şəhriyarın şerlərində onun dini və inqilabi bəsirətinin təcəllası.

11. Ustad Şəhriyarın şerlərində İranın milli kimlik və vəhdət olması.

12. Konqresin məqsədinə uyğun digər mövzular.

Beynəlxalq hissə

Ustad Şəhriyarın İslam dünyasında təsiri (Tacikistan, Türkiyə, Qafqaz regionu və digər ölkələr).

  • Yazılıb
  • da (də) 2015 Aug 22