Tarix : 2015 Aug 02
Kod 46254

Azərbaycan respublikasının tarixi və kimliyinin təxribi olduğu kimi davam edir

Abbasmirzənin tarixi bayrağının şəkilləri Rusiyadan Bakı muzeyinə gətirilmişdir.

AranNews.com bu xəbəri Azərbaycan respublikası milli tarix muzeyindən nəqlən yaymışdır.

Azərbaycan respublikası milli tarix muzeyi və Riport internet portalı Abbasmirzənin Naxçıvan xanına hədiyyə etdiyi bayrağı bu ölkəyə aid olan tarixi bir abidə kimi təqdim etmiş və təhrif olunmuş cümlələrlə bayrağın İran tarixinin müəyyən dilimlərinə aid olduğunu gizlətməyə çalışmışdır.
Hal bu ki, bayrağın üzərində İranın tarixi göstəricilərindən biri olan aslan-gönəş gerbi vurulmuşdur. Azərbaycan respublikasının tarix muzeyi bayraq haqqında verdiyi məlumatda ondakı aslan-günəş gerbinə işarə etmədən vurğulamışdır ki, Rusiya muzeylərində aparılan tədqiqatlara əsasən Azərbaycan dövlətçiliyinin tarixi ilə əlaqədar əsərlər aşkar edilmişdir.
Həmin abidələrin içində Naxcıvan xanlığının ərazisinə aid bayraq diqqəti cəlb edir. Tarix muzeyi eyni halda artırmışdır: sant Peterzburqun Armitaj muzeyində saxlanılan bayraq Abbasmirzə tərəfindən 1812 -ci il Aslandüz müharibəsi zamanı Naxçıvan xanına onlarla birləşdiyinə minnətdarlıq əlaməti olaraq təqdim edilmişdir. Həmin bayraq hərbi qənimət olaraq Rusiyaya aparılmışdır.
Bakı tarix muzeyinin bayraqşünaslıq üzrə eksperti Pərvin Gözəlov demişdir: bayrağın üzərindəki nişanələrin təhlili göstərir ki, müasir Azərbaycan respublikasının bayrağındakı nişanələr həmin bayraqda da mövcuddur!! Gözəlov artırmışdır: bu, çox maraqlı bir mövzudur.
Çünki müasir Azərbaycan respublikasındakı hilal və ulduz nişanələrinin 1918 -ci ildən etibarən (çar Rusiyası dağıldıqdan sonra Azərbaycan demokratik respublikasının yaranması il) istifadə olunduğu təsəvvür edilirdi. Bakı tarix muzeyinin eksperti artırmışdır: Sant Petezburq muzeyindən Azərbaycan tarixinə aid digər sənədlər də aşkar edilmişdir ki, onlardan biri Dərbənd qalasının gümüş açarıdır .

  • Yazılıb
  • da (də) 2015 Aug 02