Tarix : 2015 Jul 16
Kod 46193

"Azərbayacan Respublikasında Tarixi Saxtalaşdırmanın Tənqidi" peşəkar konfransında:

Azərbaycanda müasir tarix yazma İranfobiya əsasında qurulmuşdur + FOTO

Aran Mədəniyyət və Araşdırmalar Mərkəzi və İran Tarixi və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə "Azərbayacan Respublikasında Tarixi Saxtalaşdırmanın Tənqidi" peşəkar konfransı Təbrizin humanitar universitetlərinin tanınmış alimləri, Qafqaz məsələləri üzrə mütəxəssislərin iştirakı ilə keçirildi.
AranNews- iclasın açılışında İran Tarixi və Mədəniyyəti Mərkəzinin rektoru Məhəmməd Əli Pərğu region xalqlarının tarixinin əksinə yazılması və saxtalaşdırılmasını imperializmin siyasəti adlandırdı və onunla mübarizə aparmaq üçün region xalqlarını ayıltmaq və  həqiqətin onlara açıqlanmasının lüzumunu vurğuladı.
Rektor  Rusiya çarlığının keçmiş siyasətinə – "Məntəqə millətləri üçün elə bir tarix yazmaq lazımdır ki, gələcəkdə Rusiyanı işğalçı adlandırmasınlar" –işarə edərək artırdı: "Rusiya çarlığı bu siyasətin icrasında elə də uğur əldə edə bilməsə də ondan sonra hakimiyyətə gələn kommunist rejimi Qafqazın din alimlərini məhv etməklə bu yolda addım ata bildi. Bu hərəkət Qafqazın tarixinin yenidən yazılmasına səbəb oldu. Bu prosesdə Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və s. millətlərinin tarixi sənəd və məktubları toplanaraq yenidən yazıldı".
Rektor əlavə etdi: "Kommunistlərin digər xalqların əlifba və dili ilə işləri yox idi. Lakin hazırkı Azərbaycan Respublikasında yaşayan əhalinin dil və əlifbasını əvvəl rus sonra isə kiril əlifbası ilə azəri dilinə dəyişdilər və bununla da Azərbaycanın tarix və mədəniyyətinin saxtalaşdırılması yolunu asanlaşdırdılar. Keçmişdən qırılma mədəniyyəti elə bir həddə çatdı ki, Azərbaycan Respublikasının xalqı Nizami Gəncəvinin, Molla Məhəmməd Füzulinin Quran əlifbası ilə yazılmış fars, ərəb və azəricə yaradılan əsərlərini oxuya bilmədilər. " 
Konfransın davamında Təbriz Universitetinin iqtisadiyyat və müdiriyət fakültəsinin müdiri doktor Məhəmməd Əli Mütəfəkkirazad  öz qısa çıxışında Azərbaycan Respublikasına səfərindən bir xatirə danışdı: "Azərbaycana səfərimdə məşhur alimlər dəfn edilmiş "Alimlər məzarlığına" getdim. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin məzarı üzərində vahid Azərbaycan fərz edilmiş və İranın hətta Xorasan və Loristan əyalətlərini də əhatə edən xəritə şəkili var idi. Təkcə etdiyim iş bu oldu ki, gülərək onun yanından ötdüm. Bu Azərbaycanda tarixin təhrifinin bir nümunəsidir".
Geosiyasət üzrə müəllim və Aran Araşdırmalar Mərkəzinin müdiri Məhəmmədrza Kəffaş Cəmşid öz çıxışında millətlər və dövlətlər üçün tarix elminin əhəmiyyətinə işarə edərək dedi: "Tarix yazmağın millət və dövlət yaratmaqla birbaşa əlaqəsi vardır və dövlətlər tarixdən öz siyasi məqsədləri üçün istifadə edə bildikləri üçün həmişə tarixə diqqət edirlər".
O, Azərbaycan Respublikasında baş verən tarix təhrifini üç dəstyə böldü:
Xarici təhqiqatçıların Azərbaycan dövlətinin sifarişi ilə yazdıqları tarix kitablar; o cümlədən Qraham Vilson tərəfindən yazılmış "İlham bir prezidentin siması" kitabı. Bu kitabın birinci fəslində aşkar təhriflər mövcuddur.
Ölkənin dövlət başçıları tərəfindən yazılmış kitablar; o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son bir neçə kitabı. O, hətta kitablarının birində tarixçilər tərəfindən iranlı olmasına heç bir şəkk-şübhə olmayan Əfşarilər dövlətini İranı öz hakimiyyətinə tabe etmiş türk dövləti kimi qələmə verir.
Üçüncü dəstə Azərbaycanın məktəb və universitetləri üçün yazılmış kitablardır.
Kəffaş Cəmşid Azərbaycan Respublikasında 5-ci sinif üçün yazılmış "Ata yurdu" dərslik kitabına diqqəti yönəldərək bu kitabın heç bir elmi qaynağa söykənmədiyini və kitabda İranfobiya dalğasının görünməmiş səviyyədə olduğunu qeyd etdi.
artırdı: "Kitabın oxucularının yeniyetmələr olduğunu nəzərə almaqla onların hisslərinə təsir edəcək amillərdən istifadə edilərək İranı qatil, qaniçən və s. kimi ifadələrlə tanıtmışlar. Həmçinin bu kitabda vahid Azərbaycan fərz edilmiş xəritə yerləşdirilmişdir və orada İran, Rusiya, İraq, Türkiyə və Gürcüstan ərazilərinin bir çox hissələri Azərbaycan torpağı kimi göstərilmişdir. Habelə, müəllif din ünsürü ilə düşmənçilik üzündən İslam dini barədə təhriflərə yol vermiş, İslam Peyğəmbərini (s) təhqir etmiş və oxucuları müsəlman olan şagirdlərə xitab edərək onların peyğəmbərini feodal və işğalçı adlandırmışdır".
Doktor Kəffaş Cəmşid çıxışının sonunda dedi: "Azərbaycan Respublikasında müasir tarix yazma İranfobiya və qonşu ölkələrin ərazi bütövlüyündə gözü olmaq üzərində qurulmuşdur. Bu da beynəlxalq təminatlar və tarixşanaslıq elminin əsasları ilə ziddir".
Konfransın davamında Təbriz Universitetinin tarixçi alimi doktor Qəffar Abdullahi də çıxış edərək dedi: "Sovet İttifaqının parçalanmasından sonra müstəqillik qazanmış ölkələr arasında daha çox 8 ölkənin İranla ortaq mədəniyyəti vardır. Onların arasından 6 ölkədə rəsmi din İslamdır. Azərbaycan Respublikası şiə məzhəbli olduğu üçün İranla ən çox ortaq mədəniyyətə malikdir".
O əlavə etdi: "Bütün bu səkkiz ölkənin hər birinə əksər dövrlərdə İran mədəniyyətinin təsir olmuşdur. Tackistan, İran şahı olmuş Əmir İsmayıl Samanini öz ölkəsinin təsisçisi adlandırır. Qırğızıstan Farabini özünün tanınmış alimi adlandırır. Halbuki, o İranlı alim kimi tanınmışdır. Bunun öz-özlüyündə bir iradı yoxdur və iki xalqın Farabi, İbn Sina, Əmir İsmayıl Samani və Şah İsmayıl Səfəvi kimi tanınmış şəxsiyyətləri ilə iftixar etməsinə heç bir mədəniyyət maneçiliyi yoxdur. İrad o vaxt yaranır ki, Azərbaycan dövləti özünə tarix binası yaratmaq üçün İran tarixinin materiallarından istifadə edir".
Konfransda doktor Abdullahi fars və latın azəricəsi olmaqla iki dildə tarix yazılmasını təklif etdi və tarixi saxtalaşdırmanı iki ölkə tarixçilərinin yaxınlaşmasının əsas maneəsi adlandırdı.







  • Yazılıb
  • da (də) 2015 Jul 16