Tarix : 2015 Jul 15
Kod 46181

İslam İnqilabının Böyük Rəhbərinin nazirlər kabineti ilə görüşdə bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri nazirlər kabineti üzvlərinin zəhmətlərini yüksək dəyərləndirərək, onlara uğurlar diləyiblər.

ARANNEWS - İslam İnqilabının Böyük Rəhbəri İranın nüvə komandasının sədaqətli və vicdanlı zəhmət və səylərinə görə təşəkkür ediblər .

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam İranın prezidenti və nazirlər kabineti ilə görüşdə Əmirəlmömininin Malik Əştərə olan yolaçan fərmanından nümunələr bəyan və şərh edərək, vurğulayıblar: Ruhi, mənəvi və fikri dayaq bütün problemlərin həllinin əsas amilidir və möminlər ağasının Nəhcülbəlağədəki düşüncə və tədbirləri belə bir dayağı yaradır .

İslam İnqilabının Böyük Rəhbəri ölkə prezidentinin bu görüşün əvvəlində nüvə müzakirələrinin nəticələri barədəki sözlərinə toxunaraq, İranın nüvə komandasının sədaqətli və vicdanlı zəhmət və səylərinə görə təşəkkür ediblər .

İslam İnqilabının Böyük Rəhbəri Əmirəlmöminin Malik Əştərə olan fərmanında məsul şəxslərin vəzifələrinin bəyanında əlavə ediblər: Xalqın dövlət ilə bağlı hüquqları və verginin alınması, xalqı və ölkəsini müdafiə, ictimaiyyəti ölkənin quruculuğu, abadlığı, məsləhət və nicata doğru sövq etdirmək möminlər ağasının Malikə olan məktubunda məsul şəxslərin üzərlərinə qoyduğu dörd əsas tapşırıqdır .

O həzrət düzgün əməli hər bir şəxsin məsuliyyət dövrünün ən yaxşı ehtiyatı sayaraq, əlavə ediblər: Xalq fikir, düşüncə və yekunlaşdırma ilə yürüdülən mühakimələrdə səhv etmir. Buna görə, xalqın bu kimi mühakimə yürütmələrindən başa düşmək olar ki, hansı məsul şəxs münasibdir, hansı yox .

Yayınmanın qarşısını almaq üçün nəfsin qorunması və ilahi vəzifəni hər bir şeydən üstün tutma İnqilab Rəhbərinin Əmirəlmöminin hökumət fərmanını nəzərdən keçirməsi zamanı etdikləri iki digər tövsiyə olub. O həzrət söyləyiblər: Böyük İmam(r.ə.) bu ilahi tövsiyələrə əməl etmənin bir təzahürü idi .

İslam İnqilabının Böyük Rəhbəri sonda nazirlər kabineti üzvlərinin zəhmətlərini yüksək dəyərləndirərək, onlara uğurlar diləyiblər .

İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə İran prezidenti Ruhani nüvə müzakirələrinin nəticələrinə toxunaraq, dövləti və nüvə müzakirə komandasını himayələri və istiqamətləndrimələrinə görə, İslam İnqilabının Böyük Rəhbərinə təşəkkür edərək, ümidvarlıq edib ki, bu məsələ düşmənlərin İran İslam Respublikasına qarşı yaramaz ittihamlarıının aradan qaldırılması və təzyiqlərə son qoyulmasına zəmin yaradan amil olacaq və İranın irəliləyişi yolunda yeni bir hərəkət yaradacaq .

İran İslam Respublikası prezidenti sonra dövlətin addımları haqda hesabat təqdim edib .

  • Yazılıb
  • da (də) 2015 Jul 15