Tarix : 2015 Jul 01
Kod 46122

Orucun tibbi faydaları,Ramazan ayında qidalanma ilə əlaqədar tövsiyələr

Oruc, sağlamlığın insan bədəninə daxil olması deməkdir

Ramazan ayında qidalanma ilə əlaqədar tövsiyələr

Ramazan ayında səhv qidalanmadan biri də obaşdan vaxtı yeməyi yeməkdə tələsməkdir. Bunun təsiri bir neçə gündən sonra oruc tutanın həzm sistemində özünü göstərəcək. O cümlədən mədə ağırlığı, qidanın gün ərzində təbii mərhələdə həzm olmaması, mədə qıcqırması, bunun ardınca mədə və bağırsaqlarda narahatlıqları misal çəkmək olar .

Ramazan ayında sağlam qidalanmanın zəruri olmasını nəzərə almaqla aşağıdakı tövsiyələrə diqqət etmək lazımdır :

1 . İftar vaxtı xurma, kişmiş və bal kimi təbii qəndlərdən istifadə olunsun. Bununla da iştaha nizamlanar. İftar yeməklərində açıq rəngli (kəmrəng) çay, isti süd içmək, firni yemək tövsiyə olunur. Çörək, pendir tərəvəz ilə yaxud qoz ləpəsi ilə yemək iftar üçün münasibdir. Həmçinin, sadə suplardan da istifadə etmək yaxşıdır .

2 . İftar vaxtı tərəvəz salatlarından istifadə tövsiyə olunur. Kifayət qədər meyvə, tərəvəz və su istifadə etmək, bədənin fəaliyyəti Ramazan ayında qəbizliyin qarşısının alınmasının ən yaxşı yoludur .

3 . Bədənin itirilmiş suyunu bərpa etmək üçün iftardan obaşdana kimi müxtəlif fasilələrlə kifayət miqdarda su və digər mayelərdən istifadə olunsun. Obaşdanlıq aramlıqla meyl edilməlidir. Ona görə də oruc tutanlara tövsiyə olunur ki, münasib fasilələ zamanı ilə yuxudan oyansınlar ki, obaşdanlığı tələsmədən, rahat və aramlıqla yeyib-içə bilsinlər .

4 . İftar və obaşdanlıq vaxtları çoxlu şirniyyatlar növlərindən istifadə etmək əsla tövsiyə olunmur. Yumurta qayğanağı çox gec həzm olunur. Ona görə də mədə yanmasına düçar olmağın qarşısını almaq üçün yumurtanı soyutma edərək yemək daha yaxşıdır. Soğansız salat Ramazan ayında qida vaxtları üçün mükəmməl xörək hesab edilir .

5 . Xaş yemək gün ərzində insanın bərk susuzlamasına səbəb olduğundan belə xörəklər Ramazan ayında tövsiyə olunmur. Əgər belə xörəyi yeməkdə israrlı olsanız, onda suyunun və duzunun az olması, iftarda meyl edilməsi məsləhət görülür .

6 . Qazlı içkilər mədənin qıcıqlanmasına səbəb olur. Ona görə də tövsiyə olunmur. Xüsusilə də mədə qastriti olanlara .

7 . Ramazan ayında şirniyyat kimi yeyəcəkləri azaltmaq lazımdır .

8 . Obaşdan vaxtı ən çoxu iki stəkan su içmək olar. Çox su içmək gün ərzində susuzlamamağa səbəb olmur və yalnız öz ardınca həzmin düzgün getməməsinə və qarınağrısına səbəb olur. Onun əvəzinə fiberli qidalar, o cümlədən kahu və tərəvəz salatları, habelə, xiyar və alma kimi meyvələrin qabıqlı yeyilməsi daha faydalıdır. Bu həm bədənin suya olan ehtiyacını təmin edir, həm də fiberli olduğundan bədənin su balansını qoruyur. Həmçinin, şam və obaşdanlıq arasında tədriclə su, meyvə və meyvə şirəsi istifadə etmək olar .

 

Qeyd edək ki, orucun faydaları barədə tibb elmində çoxlu təhqiqatlar aparılmışdır. Hazırkı güclü texnologiya və dərin araşdırmalar nəticəsində sübuta yetmişdir ki, oruc tutmaq bədən üçün çox zəruridir. Hətta, oruc tutmağa inanc olmayan ölkələrdə də həkimlər (Jan Fremozan, Karlo, Kodel, Kelux, Aleksey Sofireyn və digər tanınmış dünya həkimləri) orucun təsirləri barədə təkid etmişlər və qeyd ediblər ki, bir ay müddətində oruc tutmaqla hər bir kəs təzə yeniləşmiş, zəhərlərdən azad olmuş bədənə sahib olur .

Orucun tibbi faydaları

Müasir dövrdə tibb elmi sübuta yetirmişdir ki, oruc tutmaq qida rejimi vasitəsilə bədəndəki artıq yağlar həzm olunur, uyğunsuz və zərərli köklük azalır, bel oynaqlarına, aşağı əzaalara düşən təzyiq, dalaq, ürək, qan-damar və ifrazat sistemində tənzimlənmə yaranır, bədənin immun sistemi hazır ol durumuna gəlir, güclənir və tənzimlənir .

Həkimlərin qənaətincə, 70-dən yuxarı xəstəlik yemək-içməkdə diqqətsizlik, ya ifrat üzündən yaranır və bu xəstəliklərin qarşısının almağın ən yaxşı yolu qida rejimi və xüsusilə də oruc tutmaqdır .

Tibb elminin əsaslı nailiyyətləri göstərir ki, oruc tutduqla bədəndə öz adi həddindən çox olan elə maddələr yaranır. Bu maddələr mikrob və virus infeksiyalarının qarşısını almaqda, xərçəng hüceyrələrinin məhv edilməsində böyük rolu vardır .

Oruc tutmaq həqiqətdə bədən üçün tam istirahət verməkdir və insan orqanizminin paklanması, təmizlənməsi deməkdir. İnsanın ürəyi bir an işləyib, bir an istirahət etdiyi kimi bədənin də 11 ay davamlı işlədikdən sonra bir aylıq istirahətə ehtiyacı vardır .

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir .

Rəsuli-əkrəm (ə) buyurub: "Oruc tutun ki, sağlam qalasınız " .

 

1 - Oruc tutmağın həzm sisteminə faydaları Allah-taala həzm aparatı kimi mürəkkəb bir sistemi bu qədər incə mexanizmlərlə tənzimləyirsə, deməli insana oruc kimi bir məsələni vacib etdikdə mütləq onun müsbət təsirlərini nəzərdə tutmuşdur. Orucun vacib olmasında mütləq tutarlı və ciddi səbəblər mövcuddur. İslam Peyğəmbəri (s) orucun faydası barədə buyurur: "Oruc insanın cism və ruhunu abad edir". Orucda olan faydaları saymaqla qurtarmaq olmaz. Ağız, boru, mədə, qaraciyər, mədəaltı vəzi və bağırsaqlar həzm sistemini təşkil edir. Qidanın həzm və cəzb olması üçün həzm sisteminin müxtəlif hissələri fəaliyyət göstərir. Qida qanda cəzb olaraq qaraciyərə ötürülür ki, orada filtrasiya olsun, bədənin ehtiyaclarına əsasən onun müxtəlif hissələrinə paylansın və artığı da ehtiyatda saxlansın. Həzm sistemini bədənin ən çox işləyən sistemi adlandırmaq olar. İstirahət bədənin digər üzvləri üçün zəruri olduğu kimi, həzm sistemi üçün də həyati bir məsələdir. Həzm sisteminə istirahət verməyin ən yaxşı yolu oruc tutmaqdır. Həkimlərin qənaətincə, bir çox xəstəliklər həzm sisteminin yorğunluğu üzündən qida maddələrinin bədəndə həzm olmaması və yığılıb qalmasına görə baş verir. Ona görə də oruc tutmaq bu problemin aradan qalxmasına kömək edir. Təbii tibb üzrə tanınmış mütəxəssis amerikalı həkim Lauren Devil deyir: "Bir çox dinlərdə dinin əsas qanunu olan oruc, ruhi təsirlərdən əlavə bədənin gücünün yenidən tənzimlənməsi üçün bir açardır". Tanınmış amerikalı həkim öz məqaləsində yazır: "Yaxşı olar ki, oruc tutmağı insan orqanizmi, əsasən də həzm sistemi və bağırsaqlar üçün komputerin "yenidənqurma düyməsi"nə bənzədək. Çünki sizin həzm sisteminizin də bədəninizin digər üzvləri kimi istirahətə ehtiyacı vardır. Əgər o daim fəaliyyət və həzm etməklə məşğul olsa, yenidənqurma və bərpa üçün fürsəti olmayacaq. Deməli, oruc tutmağa gücünüz çatırsa və hər hansı səbəb üzündən həkim sizə bunu qadağan etməyibsə, oruc tutmaqla və çox yeməkdən çəkinməklə onun cism və ruh üçün əsrarıngiz təsirlərindən faydalanın və öz sağlamlığınıza kömək edin".

2 -  Oruc tutmağın ruh və mənəviyyata faydaları Mütəal Allah öz bəndələrinə oruc tutmağı əmr etməklə onlara ruhi və cismi şadlıq, sevinc əta etmişdir. Bu təklifin insan bədəni və orqanizminin düzgün işləməsində heç bir uyğunsuzluğu yoxdur. Üstəlik, oruc insanın ruh və cisminin kamala yetməsi üçün bütün kamilliklərə malikdir. Oruc tutmaq, insanın ruh və cisminə çox gözəl təsirlər bağışlaya bilər. Oruc, həqiqətdə insanın Allaha yaxınlşaması, onun ruhi-mənəvi yüksəlişi üçün qərar verilmiş bir ibadətdir. Orucun çoxlu ruhi və cismi müsbət təsirləri vardır. Cismə və ruha güc və səfa bəxş edir, insanı heyvani rəzilliklərdən paklayır. İnsanı saleh və ictimai bir fərd yetişdirməkdə, nəfsi saflaşdırmaqda oruc çox güclü təsirə malikdir. Həkim Kolonel Derurşa oruc tutmaq barədə deyir: "Oruc tutmaq isanın ruhunun yüksəlişinə səbəb olur". Əllamə Təbabəbai Universitetinin müəllimi və psixoloq doktor Futut deyir: "Bir çox qeyri-müsəlman təhqiqatçılar və alimlər camaatı oruc tutmağa həvəsləndirirlər. Çünki onlar orucun ruhi təsirlərindən xəbərsiz deyillər. Məslən, komunist ölkəsi olan Rusiyanın alimləri ən azı ayda iki gün bir şey yeməməyi tövsiyə edirlər". Orucu insanın özünü tanıması üçün ən mühüm bir səbəb bilən psixoloq deyir: "Bir ay oruc tutmaq insanı indiyə qədər xəbərsiz qaldığı həqiqətlərə çatdırır. Başqa sözlə Ramazan ayında insanın qeyri-maddi vücudu onun üçün daha çox aşkar olur və insan cismi ehtiyaclarından digər ehtiyaclarının da olmasını başa düşür. Oruc vasitəsilə öz maddi ehtiyaclarına çox rahatlıqla göz yuma bilər. Hər halda öz maddi ehtiyacları onun üçün öndə durmayan insan səxavətli, güzəşt edən və əmin insan olacaq. Hal-hazırda geniş yayılmış depressiyanın aradan qaldırılması üçün təhqiqatçılar orucu daha çox faydalı bilirlər. Oruc, silsilə mənfi fikirlərin hücumunun qarşısını almaqdan əlavə, beyinin kimyəvi tərkibini də dəyişir və anti-depressiya yaradır. Oruc tutmuş insanın zehni bütün çirkinliklərdən pakdır, bütün əsəbilik və pis xasiyyətlilik oruc tutduğu müddətdə onun zehnindən təmizlənir. Ona görə də orucla insanın rahatlıq və asudəliyini ona qaytarmaq mümkündür. Depressiya, şizofreniya, həyəcan kimi ruhi xəstəliklərə düçar olmuş xəstələr üzərində aparılan sınaqlara əsasən, kimyəvi dərmənların müalicə etməyə gücü çatmadığı xəstəliklər üçün oruc, təbii və faydalı dərman ola bilər və heç bir xərci ya digər zərəri olmadan bu xəstələrin itirilmiş sağlamlıqlarını qaytarmaq mümkündür

 

3 - Depressiyanın müalicəsi

Oruc, insanın mənəvi ruhuna güclü təsir göstərə bilər. Oruc, həqiqətdə insanı Allaha yaxınlaşdıran və onun ruhunu yüksəldən bir ibadətdir .

Hal-hazırda geniş yayılmış depressiyanın aradan qaldırılması üçün təhqiqatçılar orucu daha çox faydalı bilirlər. Oruc, silsilə mənfi fikirlərin hücumunun qarşısını almaqdan əlavə, beyinin kimyəvi tərkibini də dəyişir və anti-depressiya yaradır .

Həkim Kolonel Derurşa oruc tutmaq barədə deyir: "Oruc tutmaq isanın ruhunun yüksəlişinə səbəb olur ".

Əllamə Təbabəbai Universitetinin müəllimi və psixoloq doktor Futut deyir: "Bir çox qeyri-müsəlman təhqiqatçılar və alimlər camaatı oruc tutmağa həvəsləndirirlər. Çünki onlar orucun ruhi təsirlərindən xəbərsiz deyillər ".

Depressiya, şizofreniya, həyəcan kimi ruhi xəstəliklərə düçar olmuş xəstələr üzərində aparılan sınaqlara əsasən, kimyəvi dərmənların müalicə etməyə gücü çatmadığı xəstəliklər üçün oruc, təbii və faydalı dərman ola bilər və heç bir xərci ya digər zərəri olmadan bu xəstələrin itirilmiş sağlamlıqlarını qaytarmaq mümkündür ".

4- Qaraciyər narahatlığının müalicəsi

Qaraciyər bədəndə olan ən böyük vəzidir və insan bədəninin bütün sağlamlığı ona bağlıdır. Önəmlisi odur ki, adətən qaraciyər xəstəlikləri hiss olunmadan irəliləyir və insan yalnız qaraciyərə artıq çoxlu ziyanlar dəydikdən sonra bunu başa düşür. Qaraciyər maddələr mübadiləsində əsas rolu oynayır və bu orqan həzm prosesinə kömək məqsədilə lazımı biokimyəvi maddələr istehsal edir .

Oruc tutmaqla qaraciyər piylənməsinə düçür olmuş xəstələr üçün çox faydalıdır. Oruc tutmaq çəkinin azalmasından əlavə qarının dairəsinin də kiçilməsinə səbəb olur və bu da qaraciyər yağlanmasının azaldır. Oruc tutmaq insanın maddələr mübadiləsinin matorunu tənzimləyir, qaraciyərdə yığıntıya çevrilmiş yağları ayıraraq istifadəyə verir .

Həkim Aleksis Karl oruc barədə yazdığı məqaləsində deyir ki, oruc tutmaqla qanda olan şəkər tökülür, dərinin altında yığılmış yağlar, əzələ zülalları, qaraciyər vəziləri və hüceyrələri buraxılır və qidaya çevrilir .

Qaraciyər piylənməsi, sirroz, inkişaf etmiş qaraciyər çatışmamazlığ və hepatit kimi müxtəlif qaraciyər xəstəliklərinə düçar olmuş xəstələr mütəxəssi həkim ilə məsləhətləşməlidir. Lakin, yüngül olduğu zaman mütləq oruc tutmaq onlar üçün faydalıdır və bununla yanaşı idman və piyada gəzmək də tövsiyə olunur .

5- Orucun fizioloji təsiri

Oruc tutulan zaman bədənin fizioloji və funksiya təsiri diyabetin, xolesterin, sistolik təzyiqin azalmasına şamil olur. Sistol, ürəyin yığılma prosesinə deyilir. Oruc, yüngül, orta, sabit və qeyri-insulin diyabetlərinin, piylənmə və yüksək təzyiqin ideal dərmanıdır .

Dubayın "Amerika" xəstəxanısının ürək mütəxəsislərinin bir qrupunun araşdırmalarına əsasən, Ramazan ayının orucu ürək xəstəliklərin düçar olmağın təhlükəsini azaldır .

ABŞ unuversitetlərində aparılan təhqiqatlara əsasən, oruc qocalmanın sürətini azaldır və ömrün uzanmasına səbəb olur .

İntermountain Tibb Mərkəzinin ürək mütəxəssilərinin araşdırmasına görə koronar daramarlar və diyabet xəstəliklərinə düçür olmanı azaldır və artım hormonlarının yaranmasında da təsirlidir. Bu hormonlar əzələlərin qorunmasında, maddələr mübadiləsinin balansının nizamlanmasında təsirlidir .

 

 

  • Yazılıb
  • da (də) 2015 Jul 01