Tarix : 2015 Jun 10
Kod 46027

İdeal İslam toplumunun əsasları

Sağlam və ideal toplum vahid və saleh rəhbərlik bayrağı altında bərabər və qardaş ümmət olaraq, insanın kamillik hərəkatına əsaslanan ortaq yönümü, bütün fərdlərinin heç bir fərdi üstünlüyü olmadan onda iştirak edəcəyi bir toplumdan ibarətdir.
AranNews- Hər bir toplumun təməlini xalq təşkil edir. Əgər o xalq özünü düzəltməyə çalışsa və bacardıqca özünü insanlıq məqamı ilə uyuşmayan rəzilə və bəyənilməyən sifətlərdən uzaq etsə, nəfsi izzətə  və əxlaqi kəramətə yetişsə, sağlam toplum sərhədlərinə bir qədər yaxınlaşmış olur. Bu mərhələ o zaman hasil ola bilər ki, həmin xalq Allaha dərin və davamlı imanı olsun, Onu bütün yaranışın başlanğıcı, Mütləq Qüdrət və Mütləq Kamal kimi qəbul eləsin. İnsanları rəzilə əxlaqdan qurtarmaq üçün yeganə din İslam dini olduğundan İslamdan qeyri bir din və yolu qəbul edən kəs özü öz əli ilə əbədi olaraq qaranlıq və zülməti seçmişdir.
Nəhcül-bəlağənin 160-cı xütbəsində oxuyuruq: "İslamdan qeyri bir din istəyən kimsənin bədbəxtliyi qəti, (səadət və xoşbəxtlik) ipi qırıq, (atəşə) üzü üstə düşməsi ağırdır. Onun (qiyamətdə) qayıdışı dərin kədər və ağrılı əzabladır".
Həzrət Fatimənin (s) xütbəsində oxuyuruq: "İslamdan qeyri bir din seçən kimsənin dini qəbul deyil və o axirətdə ziyana uğrayanlardandı".
Deməli, İslamdan sapınmaq dekadent toplumun ilk əlamətidir. Rəzilə sifətlərdən və nəfsi istəklərdən azad olmuş xalq gərək bir rəhbərlyin bayrağı altında cəhətlənsin, onun camiəsini qalarıqlı edən, din və  dünyasını təmin edən yüksək hədəfə doğru hərəkət etsin və Quranın bu ayəsinə "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!" ("Nisa" surəsi, ayə 59) – istinadən rəhbərdən itaət etmək hamıya vacaibdir. Belə bir toplumda rəhbərin camiənin birinci şəxsi kimi çox ağır məsuliyyəti vardır və ölkəni xalq və dövlət arasında vəhdət və qarşılıqlı sevgi yaratmaqla idarə etsin, yüksək hədəfə yaxınlaşsın. Rəhbər xalq arasında vəhdət və sevgi yaratmaq üçün gərək tədbirlə onların işlərini öz qaydasına salsın, onların istəklərini yerinə yetirsin, etimad və razılığını qazansın.
Rəhbərin digər bir vəzifəsi xalq üçün ölkədə rahatlıq və əmin-amanlıq yaratmaqdır. Bunun üçün də gərək rəhbərlik tərəfindən saleh adamlar iş başına gətirilsin, qanun pozuntularına, cinayətlərə yerində və lazımınca cavab verilsin. Bununla da camiəni nizama salsın. Həmçinin, rəhbərin düzgün ədaləti və bərabərliyə riayət etməsi onun hüsnü-zənnini və xeyirxahlığını xalqa sübut edir. Belə olduqda hər kəs öz haqqına çatır, xalq və rəhbərlik arasında ülfət yaranır. Bu da camiənin iqtidarı üçün çox lazımlıdır.
Bu xalq müdafiə baxımından da normal səviyyədə olmalıdır. Haqqa qarşı etinasızlıq olunmamalıdır. Çünki haqqa qarşı etinasızlıq edən xalqa onlarla eyni səviyyədə olmayan bir millətin qalib olması mümkündür. İmam Əli (ə) Nəhcül-bəlağənin 165-ci xütbəsində buyurur: "Camaat! Əgər bir-birinizi haqqa kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi".
Əgər bir xalqın lazım qədər qüdrətli müdafiə gücü olsa, ona hücum olunan zaman düşmənnin qarşısında dayana, onu geri oturda bilər.
Haqq olan bir toplum gərək yaxşılıqların genişlənməsinə, pisliklərin qarşısınına alınmasına səbəb olan Allaahın vacib etdiyi yaxşılığa dəvət etmək və pislliklərdən çəkindirmək vəzifələrini də yerinə yetirsinlər. Bu ilahi vəzifə yerinə yetirilmədikdə yavaş-yavaş yaxşı əməllər unudulur, pisliklər kök atır, genişlənir, pis əmələ artıq pis kimi yanaşılmır və onu heç bir narahatlıq və vicdan əzabı olmadan yerinə yetirillər.
Beləliklə demək olar ki, sağlam toplum üç əsas sütun üzərində qurulur:
1.Allaha iman. Çünki Allaha dərin iman olduqda bir çox çətinlik və günahdan amanda qalar və yaxşılıqlara doğru gedir. Lakin bu xalqın haqqa etinasız olmaması, yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək əmrini yerinə yetirməsi ilə şərtlənir.
2.Saleh rəhbər. Toplumda ədalət yaratmalı, xalqı agah etməli, onların təlim-tərbiyəsi ilə məşğul olmalı, ehtiyaclarını təmin etməyə çalışmalı, yüksək hədəfə yaxınlaşdırmalı, camiənin münasib və ağlabatan həyatına zəmanət verməlidir.
3.Maddi və müdafiə gücü. Belə güc olmalıdır ki, camiə onunla düşmənə müqavimət göstərə bilsin və qalib gələrək öz qalmağını təmin etsin

Yazar: Məsumə Neməti
  • Yazılıb
  • da (də) 2015 Jun 10