Tarix : 2015 Jun 03
Kod 46000

Mübarək Nimeyi-şəban, "Ümumdünya Məzlumlar Günü" mubarək olsun

on ikinci imamımız həzrət Vəliyyi-Əsrin (əc) yaradacağı dövlətdə hökumətin məsuliyyəti camiənin məhrum və məzlum sinfinə tapşırılacaq.

AranNews- Bu müqəddəs və ilahi dövlətdə həmişə peyğəmbərlər və ilahi övliyalar qarşısında dayanan, camiədə ədalətin qəbulundan boyun qaçıran aristokrat və özünü yuxarı tutan təbəqəyə heç bir yer yoxdur. Ona görə də ədalətin bərqərar olacağı həzrət Məhdi (əc) hökumətinin bariz xüsusiyyətlərindən biri də məzlum təbəqənin o hökumətdə mühüm iştirakı və rol ifa etməsidir .
Bu xüsusiyyətə imam Xomeyninin (rh) kəlam və ismarıclarında çox diqqət olunurdu və o həzrət mütəmadi olaraq məzlumlar, məhrumlar, ayaqyalınlar, yoxsullar kimi ifadələrdən istifadə edirək bu mühüm, lakin unudulmuş sinfi yada salırdı və onlara xidmət göstərməyi təkid edirdi. Ona görə də Nimeyi-şəban günü "Ümumdünya Məzlumlar Günü" adlandırıldı .
İmam Xomeyninin (rh) özəlliklərindən biri Quran ədəbiyyatını İslam İnqilabına daxil etməsi idi. Ona görə də İmamın (rh) inqilab ədəbiyyatı Quran ədəbiyyatı idi. İmperialistlərin məzlumlar qarşısında dayanması, zülm və ədalətin qarşılaşması, qarətçilər və yoxsulların üz-üzə dayanması həmişə İmamın (rh) kəlamında dalğalanırdı. Onun xüsusiyyəti bu idi ki, dildə deməklə kifayətlənmir, öz qələmi, əməli və bütün gücü ilə məzlum və məhrumlara xidmət etməyə çalışır, zülm və zalımla mübarizəni öz prinsiplərində qərar verirdi .
Sözsüz, İmam Xomeyni (rh) zamanın nadir insanlarından idi. O böyük insan Quran ayələrindən, Peyğəmbər (s) sünnəsindən ilham alaraq, "məzlumlar" terminini inqilab ədəbiyyatına daxil etdi və daim bu məzlum sinfi dəstəkləməyə cəhd etdi. Onun zəhmətləri sayəsində bu məna ədəbiyyat və ümumi təfəkkürə yol tapdı və bir mədəniyyətə çevrildi .
Bu yanaşma ilə İslam İnqilabının ilk və əsas şüarlarından biri məhrum sinfin dəstəklənməsidir və İran İslam Respublikası bu Qurani şüarı dəstəklədiyinə görə uzun illər boui imperialistlər tərəfindən siyasi təzyiqlərə dözməli olub .

  • Yazılıb
  • da (də) 2015 Jun 03