Tarix : 2015 Jun 01
Kod 45994

Ərdəbilin imam cüməsi Azərbaycan Respublikasının təhqiramiz hərəkətinə münasibət bildirib

Ayətullah Amili: Azərbaycan Respublikasında şərab şüşələrinin üzərinə Şah İsmayılın şəklinin vurulması İrana, xüsusən də Ərdəbilə qarşı təhqirdir.

AranNews- Redaksiyamızın "Qafqaz.ir" saytına istinadla verdiyi xəbərə görə, Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikasında Şah İsmayıl Səfəviyə qarşı baş vermiş təhqir və onun kimi digər təhqirlərin səbəblərini açıqlayaraq deyib: "Onlar, Şah İsmayılı özlərinin uydurma tarixlərinin banisi kimi müsadirə etdikdən və öz adlarına çıxdıqdan sonra başa düşdülər ki, Şah İsmayıl birincisi; dini hökumətin qurucusudur və bu da dünyəviçiliklə uyğun gəlmir, ikincisi; onun düşüncələri Quran və əhli-beytin (ə) təlimləri əsasındadır, bu da millətçiliklə bir yerə sığmır, üçüncüsü; başa düşdülər ki, Şah İsmayılin əsas cəhdi vahid İran yaratmaq olmuşdur və o, İranın bir qarışının belə İrandan ayrılmamasına inanırdı, ona görə də yeddi il müddətində vahid İran yaradaraq orada şiə təfəkkürünə əsaslanan hökumət təşkil edə bildi, bu da İrandan ayrılmaqla uyğun gəlmir və İrandan ayrılanlar Şah İsmayılı öz tarixlərinin təsisçisi bildikləri surətdə gərək özlərini onunla uyğunlaşdırsınlar".

  • Yazılıb
  • da (də) 2015 Jun 01