Tarix : 2015 May 24
Kod 45942

Qarabağ konfliktinin hüquqi və siyasi aspektlərinin geopolitik təhlili

Münaqişəyə aidiyyatı olan ölkələr və beynəlxalq təşkilatlar həmişə ya açıq-aşkar ermənilərin mövqelərini dəstəkləyiblər, ya da sukut etməklə ermənilərin cinayətlərini təsdiq və himayə ediblər. Münaqişəyə aidiyyatı olan beynəlxalq təşkilatlar və ölkələrin siyasi rəsmiləri təcavüzkar və cinayətkar tərəfin adını çəkmədən köçkünlərin durumu barədə və Qarabağda baş verən cinayət və soyqırım barədə ən yaxşı şəkildə narahatlıqlarını bildiriblər.

AranNews- Qarabağ münaqişəsi ərazi, etnik və dini bir münaqişə olaraq zaman keçdikcə onun dairə və nəticələri genişlənməkdə olmuşdur. Hazırkı təhqiqdə Qarabağ münaqişəsinin siyasi və hüquqi aspektlərinin gepolitik təhlili aparılmışdır .
Bu münaqişə iki siyasi və hüquqi aspektdə tamamilə iki ayrı proses yolu keçmişdir. Hüquqi aspektdə ümumi beynəlxalq və humanitar hüquqların müddəalarını izləyən, daxili və beynəlxalq münaqişələrə hakim hüquqi prosesdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycan Respublikasının hakimiyyətini və ərazi bütövlüyünü pozan və beynəlxalq cinayətlərə mürtəkib olduğu bir münaqişədir. Xocalı soyqrımı və Kəlbəcər hadisələri ermənilərin bu münaqişədə beynəlxalq səviyyədə ən tanınmış cinayətlərindən hesab edilir .
Digər bir tərəfdən bu münaqişənin siyasi aspektində ermənilərin tərəfsiz və qeyri-obyektiv mövzularının şahidiyik ki, bu da Rusiyanın Azərbaycan Respublikasına qarşı erməniləri hərətərəfli himayəsi ilədir. Bu münaqişədə geopolitik amil böhran üçün zəminə yaratmaq, onu uzatmaq, sülh yolu ilə həll edilməsinə mane olmaq və tərəflərə uyğun olmayan ölçülər götürməkdir. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dünya ölkələrinin 21 illik ...

məqalənin tam mətnin izləməy uçun aşaqani tiklə


  • Yazılıb
  • da (də) 2015 May 24