Tarix : 2015 May 13
Kod 45892

Şeyx Nimrin edam qərarı ədalətsizlikdir

Ayətullah Nuri Həmədani, Şeyx Nimrə verilən edam qərarının ədalətsiz, qəddarlıq olduğunu bildirərək...

Arannews İranın Qum şəhərinin mercei-təqlidlərindən olan Ayətullah Hüseyn Nuri Həmədani, Səudiyyə rejiminin öz ölkəsinin tanınmış mübarizəçisi Ayətullah Şeyx Baqir Nimri edam etmək istəməsinin əsl hədəfi, bu ölkə xalqının azadlıq tərəfdarı qiyamının qarşısını almaq olduğunu deyib.

Ayətullah Nuri Həmədani, Şeyx Nimrə verilən edam qərarının ədalətsiz, qəddarlıq olduğunu bildirərək, Ərəbistanının bu cəhdi ölkədə azadlığa maneə törədməkdir deyə vurğulayıb və İran millətinin bu vəziyyət qarşısında səssiz qalmayacağını və bu insanlıqdan xaric olan işi bütün dünyaya izah edəcəyini söyləyib.

Ayətullah Həmədani, Yəmən və Bəhreyndə Səudiyyə rejiminə bağlı tekfirci qrupların və onların cinayətlərinin artmasına da işarə edib. Ərəbistan neft və qaz pulu ilə İŞİD və tekfirci qrupları İraq və Suriyada İslami hərəkatlara qarşı mübarizə etmək üçün meydana gətirdiyini söyləyib.

Ayətullah Həmədani, Yəmənin Ərəbistanının yeni idarəçilərinin yeri olduğunu amma Yəmən xalqının onlara qarşı mübarizəsi Səudiyyə rejimini çaşdırır və buna görə də Səudiyyənin nə bahasına olursa olsun Yəməni əldən çıxarmamağa çalışdığını bildirib.

Digər tərəfdən verilən son bir xəbərə görə, Ərəbistan xalqının qiyam edəcəyindən qorxan Səudiyyə rejimi Şeyx Nimrin edam qərarının icrasını təxirə salıb. 

  • Yazılıb
  • da (də) 2015 May 13