Tarix : 2015 May 06
Kod 45835

Beynəlxalq Amnistiya Təşkilatı: Ərəbistanın insan haqları ilə bağlı rəftarları dəhşətlidir

Ərəbistan hökuməti insan haqları ilə bağlı bu ölkənin dəhşətli rəftarlarına düzəliş etmək yerinə, müxaliflər və insan haqları fəallarını amansız şəkildə repressiya etməklə məşğuldur

Arannews - Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanın insan haqları ilə bağlı davranışlarının dəhşətli olduğunu bildirib.

Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə axşamı bir bəyanat yayaraq, Ərəbistanın insan haqları ilə bağlı rəftarlarını qınayıb. Bu bəyanatda deyilir, Salman bin Əbdüləzizin taxta çıxmasından 100 günün keçməsinə baxmayaraq, Ərəbistanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmayıb.

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə müdiri Flip Luter deyib: Ərəbistan h ökuməti insan haqları ilə bağlı bu ölkənin dəhşətli rəftarlarına düzəliş etmək yerinə, müxaliflər və insan haqları fəallarını amansız şəkildə repressiya etməklə məşğuldur.

Beynəlxalq Amnistiya Təşkilatının bəyanatı Fransa prezidenti Fransua Ollandın Ərəbistana səfəri ilə bir vaxtda yayımlanıb.

Beynəlxalq Amnistiya Təşkilatının Fransa idarəsi cümə axşamı Parisdə bir piket təşkil edərək, Rauf Bədəvini himayə etmək istəyir. Bu insan haqları fəalı və blogger 1000 şallaq zərbəsi və 10 il həbsə məhkum edilib.

  • Yazılıb
  • da (də) 2015 May 06