Tarix : 2015 May 05
Kod 45814

Qərbi Asiya İttifaqı ideologiyasına ötəri baxış

Bu ideologiyada məqsəd region ölkələrinin

Yaqub Aslan

Çevirən: Məsud Sədr Məhəmmədi

Qərbi Asiya İttifaqı ideologiyası bir neçə aydır ki, Türkiyənin siyasi və ideoloji çevrəsində araya gəlmiş bir mövzudur. Bu ideologiyada məqsəd region ölkələrinin praktiki yaxınlaşması üçün şərait yaratmaqdır. Sözü gedən ideologiyanın sahibi Türkiyə Vətən Partiyasının üzvü və Türkiyə Ulusal xəbər kanalının Tehranda nümayəndəsidir.

Bu günləri bizim coğrafiyamızın məzlum və zəif millətləri etnik, dini və məzhəbi qarşıdurmaların qurbanına çevrilib. Bu qarşıdurmaları imperialist ölkələr öz maraqlarını təmin etmək və region xalqlarının onlara qarşı çıxmalarının qarşısını almaq məqsədilə yaratmışdır. Region xalqlarının düşmənləri hiylə və fitnələrlə məntəqədə qan tökmək ardıncadırlar.

Regiondakı mövcud qantökülmənin ən önəmli səbəbini Amerikanın Böyük Yaxın Şərq layihəsində aramaq lazımıdır. ABŞ-ın 43-cü prezidenti Corc Buş tərəfindən aşkara çıxan Böyük Yaxın Şərq layihəsinin şərq sərhədləri Pakistanın şimalında Qaraqorum çölləri, qərb sərhədləri Mərakeş Atlantik okeanı sahilləri, şimal sərhədləri Türkiyə Qara dəniz sahilləri, cənub sərhədləri isə Yəmən də Ədən sahillərinə qədər uzanır. Zahirdə bu region üçün demokratiyanı sovqat gətirməli olan layihədə mövcud təfavütlər məntəqə xalqları arasında ixtilafların yaranmasına gətirib çıxarmışdır və ondan istifadə etməklə seperatçılıq daha bərkimişdir. Sonu isə region ölkələrinin kiçik dövlətlərə parçalanması ilə nəticələnəcək. Bu layihənin nəticələrindən "Böyük Kürdüstan" planını nümunə gətirmək olar. İran, İraq, Suriya və Türkiyə ölkələrinin ərazilərindən qoparılaraq Böyük Kürdüstan yaradılacaq və həqiqətdə regionda ikinci İsrail olacaq.

Bu dəfə demokratiyanı sovqat gətirmək bəhanəsi ilə regiona hücuma keçmiş imperializm millətlər arasında fitnə-fəsadlar yaratmış və hazırda biz qardaş qırğınının şahidiyik.

Bu arada bizə yönələn missiya bu suala cavab verməkdən ibarətdir ki, biz yuxarıda qeyd edilən qanlı layihə qarşısında sükut edəcəyik? Yaxud baş verən hadisələrə gözümüzü bağlayıb yadların bizim taleyimizi yazmasını qəbul edəcəyik? Yoxsa bu prosesə yox deyərək, daha çox sülh və birlik tərəfinə getməklə imperializm qüvvələri qarşısında dayanacağıq?

Əməl etməyimizin lazım olduğu iş tamamilə aşkar və aydındır: imperializm və sionizm qarşısında birlik, sülh və qardaşlıq.

Bu günkü dövran psixoloji müharibə növlərindən daha çox yararlanan imperializmlə mübarizəni bizim öhdəmizə qoymuşdur. Ortaq və çiyin-çiyinə olan mübarizə bizə imkan verir ki, imperializm ünsürlərindən azad olaq, iftixarlı və əmin-amanlıqda olan bir həyatı təcrübə edək.

Qərbi Asiya İttifaqı: 5 ölkə, 5 dəniz

Regional birliklər ikinci dünya müharibəsindən sonra dünyanın mühüm siyasi təcrübələridir. Bu regional birliklər arasında ən mühüm və işlək birlik kimi Avropa Birliyini göstərmək olar. 1950-1960-cı illərdə Asiya, Afrika və Cənubi Amerika ölkələrəi müstəqillik qazanması ilə regional birliklərin əhəmiyyəti daha da artdı və bir çox müsbət nəticələr əldə edə bildilər. Bu birliklər arasında diqqəti çəkən təcrübələrə malik Latın Amerikası Ölkələri Birliyinin (ALBA) adını çəkmək olar. Bu birlikləri yaratmaq üçün bütün cəhd və səylər müsbət nəticə bağışlaya bilməsə də indiki nəsillərə zəngin təcrübələr vermişdir.

Regional birliklərin ən önəmlisi və ən uğurlusu Avropa Birliyidir. Hazırda hər zamandan daha artıq onun gələcək durumu barədə sual yaranmasına baxmayaraq onun geridə qoyduğu təcrübə və yol hamının gözü qarşısındadır.

Ondan sonra mühüm və uğurlu təcrübələr toplamış Rusiyanın başçılıq etdiyi Avrasiya İttifaqı, ya Şanxay Birliyinə işarə etmək olar.

Keçən onilliyin əvvəlindən dünyada imperializmə qarşı yeni dalğaların şahidiyik. Bu dalğaların yarandığı ölkələrin bir-birinə yaxınlaşaraq birlik yaratmaq imkanı üçün münasib konteks yaranmışdır.

Bizim regionumuzun imperializm hücümlarına məruz qaldığı bir durumda məntəqə xalqları arasında iqtisadi, siyasi və mədəni əsaslara söykənən bir birliyin yaranması zərurəti daha çox hiss olunur.

Qərbi Asiya İttifaqı adıyla tanınan 5 ölkə, 5 dəniz ideologiyası regionun iqtisadi və mədəni infrastrukturlarını nəzərdə tutan sivilizasiya layihəsi olaraq irəli sürülmüşdür. Layihənin ilk addımında İran, İraq, Suriya, Türkiyə və Azərbaycan ölkələrinin iştirakı ilə imperializm əleyhinə birlik yaratmaq, ikinci addımda Livan, Misir, Fələstin, Gürcüstan və Ermənistanı bu birliyə qoşmaq və bu yolla regionda imperializmin hücumları qarşısında güclü qüvvə yaratmaq nəzərdə tutulur.

Həqiqətdə Qərbi Asiya İttifaqı yeni bir ideologiya deyil və ötən yüz ildə bizim coğrafiyamız trans-regional imperialist qüvvələrin hücumlarına məruz qaldıqda onlara qarşı mübarizə aparmaq üçün bu coğrafiyanın bir-birinə yaxınlaşması və birliyi düşünülmüş, addımlar atılmış və cəhdlər göstərilmişdir.

Bütün region ölkələrinin mütəfəkkirlərinin və ictimai fəallarının daxil olduğu və ortaq siyasi və ictimai nəzər verdikləri Məşrutə dövrünü, həmçinin Birinci Dünya Müharibəsi dövrlərini bu əməkdaşlığın nümunəvi dövrü kimi qeyd etmək olar.

İran, İraq, Suriya, Türkiyə və Azərbaycan  xalqları tarix boyu həmişə ortaq həyat tərzi, etiqad və oxşar, bəzən də eyni mədəniyyətə malik olublar. Hal-hazırda da çoxlu ortaq maraq və narahatlıqları vardır. Bu ölkələr arasındakı əlaqələrin çox qədim və dərin tarixi  vardır. Bu ortaq nöqtələri və qədim münasibətləri xatırlatmaqda məqsəd bunu nəzərə çatdırmaqdır ki, hazırda müstəqil milli dövlətləri olan bu ölkələr arasında Qərbi Asiya İttifaqını yaratmağa cəhd etmək sıfırdan başlamaq deyil.

Biz Qərbi Asiya İttifaqının yaradılmasından danışdığımız və onun yaradılması üçün ilk addımları atmağa çalışdığımız zaman öndə dayanan məsələ bu proqram çərçivəsində əməl olunması lazım olan ilk hərəkətlərdir.

Sözsüz ki, hər bir birlik yaradıldıqdan sonra təməl və prinsipinə uyğun olaraq öz yolunu tapacaq. Qərbi Asiya İttifaqının əsas komponentləri onun kimliyinin imperializmə qarşı olmasıdır. Yuxarıda da işarə olunduğu kimi uğur və təcrübə qazanmış bir çox regional birliklər mövcuddur və onların təcrübələrindən istifadə etməklə Qərbi Asiya İttifaqı üçün də işıqlı gələcək təsəvvür etmək olar.

Qərbi Asiya İttifaqının ilk layihəsində olacaq ölkələrin yeraltı və təbii resurslarına, həmçinin təbii sərvətlərdən faydalanmaq üçün insan enerjisi və sənaye gücünə diqqət etməklə bizi dünyada güclü bir birliyə çevirə bilər.

Qərbi Asiya İttifaqının yaranmasını zəruri edən digər bir səbəb region ölkələrinə hədəfə almış ortaq hərbi təhdidlərdir. Bu təhdidlər arasında NATO tərəfindən yaranmış təhlükəni nümunə göstərmək olar. Həqiqətdə NATO regionda Amerikaının hədəflərini təmin edən əsgər rolunu icra edir. Bu əsasla belə düşünürük ki, Türkiyə NATO ilə münasibətlərini dayandırmalıdır.

Region ölkələrini təhdid edən digər bir narahatlıq regionda mövcud dil, din və etnik fərqliliyin olmasından istifadə edərək seperatçılıq cəhdləridir. Bu mövzu ilə mübarizə etmək üçün Qərbi Asiya İttifaqı iştirakçısı olan bütün ölkələr seperatçılığa qarşı öz gücünü bir yerə toplamalı, hətta ciddi qarşılaşmaq üçün ortaq hərbi qüvvələrindən yararlanmalıdırlar.

Regiondakı mövcud imkan və təhdidləri nəzərə almaqla belə demək olar ki, Qərbi Asiya İttifaqı ideologiyası təhdidlərə qalib gəlmək və iqtisadi, ictimai və siyasi potensialları gerçəkləşdirmək üçün real ideologiyadır və bu mövzunu izləməklə onu həyata keçirmək mümkündür.

  • Yazılıb
  • da (də) 2015 May 05