Tarix : 2015 Apr 28
Kod 45781

İŞİD bayrağına baxış-Başdan-başa İslamı təhqir edən simvol

İslam iddiası edən bir dövlət başdan-başa İslam və Rəsuli-əkrəmə (s) təhqirlə dolu olan bir bayrağı öz atributu kimi qaldıra bilərmi?

AranNews - Bayraq, hər bir təşkilat, qrup, qurum, yaxud ölkənin xüsusi somvolu sayılır. Onun rəngi, dzaynı və sözləri onun layihəsini verənlərin dünyagörüşünü və fikirlərini açıqlayır. Sözsüz ki, İŞİD terrorçu qrupunun da bayrağı bu qeyd edilənlərdən müstəsna deyil. Lakin ola bilsin ki, indiyə qədər o qədər də diqqət olunmayıb , ya araşdırılmayıb.

İŞİD-in bayrağı qara və ağ olmaqla iki rəngdən təşkil olunub. Bu iki rəng tarix boyu xeyir və şər, başqa sözlə Allah və şeytan, nur və zülmət rəmzi kimi istifadə olunub. Bu bayrağın üzərində yazılan sözlərə də diqqət etsək, onda daha nəzərə çarpan bir mövzu ilə qarşılaşırıq. "La ilahə illəllah" ağ rənglə yazılıb və qara ilə dövrəyə alınıb. Bu da xeyirin şər və nurun zülmət tərəfindən mühasirə olunması mənasındadır. "Muhəmməd Rəsulullah" cümləsi isə qara rəng ilədir və (Allaha pənah aparırıq) şər mənasınadır, lakin ərtafında olan ağ rəng vasitəsilə özünü göstərə bilib.

İlk mərhələdə bu ikisini bir-birinə zidd kimi göstəriblər. Həmçinin "La ilahə illəllah" cümləsini "Muhəmməd Rəsulullah" cümləsinin üst hissəsində yerləşdiriblər ki, bu da xeyrin şəri üstələməsi deməkdir. Əgər "Muhəmməd Rəsulullah" cümləsinə və onun ətrafındakı işıqlığa diqqət etsək, görərik ki, bu kəllə sümüyünə oxşayır. Adətən, dəniz quldurları bu somvoldan istifadə edir, həmçinin zəhərli və öldürücü dərmanların üzərinə çəkilən ölüm əlamətidir. Ümumiyyətlə, ellips şəklində bir dairə o cümlələrin ətrafına çəkilsə, çox kobud və çirkin bir çöhrə yaranacaq. Bu da İslamdan zorakılıq və çirkinlik nümayiş etdirməkdir.

Bu izahla belə nəticəyə gəlmək olar ki, İŞİD terrorçu qrupu İslamı təhqir edən keşişdən də artıq təhqirə yol verib və daha pisdir. Çünki İslam dini adı altında İslamın kökünə balta çalır. Ortaya belə bir sual çıxır ki, İslam iddiası edən bir dövlət başdan-başa İslam və Rəsuli-əkrəmə (s) təhqirlə dolu olan bir bayrağı öz atributu kimi qaldıra bilərmi? Belə bir bayrağın layihəsini verən müsəlman ola bilərmi?

 

  • Yazılıb
  • da (də) 2015 Apr 28