Tarix : 2015 Mar 05
Kod 45508

Erməni siyasi partiyalarının və diasporasının Qarabağ böhranı barədə mövqe və baxışlarının araşdırılması

Cənab vəli Kuzəgər Kaləci - Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun Strateji Təhqiqatlar Mərkəzində Avrasiya Araşdırmalar Qrupunun təhqiqatçısı:

AranNews- Ümumi təsəvvür budur ki, Ermənistan camiəsinin siyasi qrup və partiyaları arasında erməni diasporunun və Ermənistan dövlətinin bu ölkənin həssas xarici siyasəti qarşısında, o cümlədən Qarabağ münaqişəsi mövzusunda uyğun baxışları vardır. Bu təsəvvür ermənilərin qeyd edilən mövzuda milli kimliklərinə daha çox bağlılığı üzündəndir. Bu mövzu və yanaşmaların dəqiq tanınması və araşdırılması ümumi təsəvvürün düzgün olmamasını, yaxud ən azından qeyri-real olmasını üzə çıxarmaqla yanaşı erməni camiəsindəki hərəkat, praqmatik mövqe, sülh və əmin-amanlığa meyilli qrupları tanımaq və idealistik yanaşmaları və radikalları onlardan ayırd edə bilməklə Qarabağ münaqişəsinin həll olunmasında düzgün və real yolu seçə bilər. Elm və təhqiqat dairələrində, hətta dövlət icraedici səviyyələrdə erməni camiəsin Qarabağ münaqişəsinə baxış və mövqelərinə çox az diqqət edildiyindən bu təhqiq iki ayrı-ayrı bölümdə qeyd edilən mövzunu araşdırmışdır. Birinci hissədə erməni mühafizəkar partiyaların (siyasi sağ hərəkat), erməni sol partiyaların (sosialist partiyalar) və erməni liberal partiyaların baxışları, ikinci hissədə isə erməni diasporunun Qarabağ məsələsinə baxışları araşdırılmış və təhlil edilmişdir .
Təhqiqin əsas sualı belədir: “Erməni siyasi partiyaları, diasporu və Ermənistan dövləti arasında Qarabağ münaqişəsinə qarşı uyğun mövqe və baxış vardırmı? Erməni camiəsinin daxilində bu məsələyə saylı və fərqli baxışlar təsəvvür etmək mümkündürmü ?”.
Təhqiqdə bu suala cavab vermək üçün təhlil-tosif araşdırma metodundan istifadə edilmişdir. Araşdırmanın nəticəsi göstərir ki, erməni mühafizəkar, sol və liberal partiyalar, erməni diasporu və Ermənistan dövləti arasında Ermənistanın xarici siyasətinin həssas və təsirli mövzuları qarşısında çox fərqli baxışarı mövcuddur ki, müxtəlif və çoxlu praqmatik və ideoloji qanadlara şamil olur. Ona görə də Qarabağ münaqişəsinin həll prosesində və daimi sülhə nail olmaq üçün gərək siyasi və fikri hərəkatlar, siyasi çevik və praqmatik qruplar gücləndirilsin və daha çox diqqət edilsin ........ 

məqalənin tam mətnin Buradan yuklə

  • Yazılıb
  • da (də) 2015 Mar 05