Tarix : 2015 Feb 17
Kod 45436

Məhəmməd Cavad Zərifin Bakıya bir günlük səfərinə otəri baxiş

Iran islam respublikasi xarici işlər nazirinin dörd il sonra, ilk rəsmi səfəri, İki ölkə arasında münasibətlərin yeni dövri başlanmaq kimi hesab edilir.



AranNews-
Xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğuladı. O, İran-Azərbaycan münasibətlərinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xidmətlərini böyük ehtiramla xatırlatdı. İranın xarici işlər naziri ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi
.
Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Iki Ölkə arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan Prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd etdi. Dövlətimizin başçısı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi .
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
Iranın xarici işlər naziri ilə görüşdə terrorçuluqla mübarizə məsələləri müzakirə olunub.
 
bunu bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqların yekunu üzrə deyib .
E.Məmmədyarov qeyd edib: "Mən həmkarımı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi barədə məlumatlandırdım. ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda səfərdədirlər. Təəssüflər olsun ki, bu məsələdə heç bir irəliləyiş yoxdur. Biz həmsədrlərlə görüşdən sonra bəyanatla çıxış edəcəyik ".
Azərbaycan XİN-in rəhbəri əlavə edib ki, Azərbaycan və İranı tarixi köklər birləşdirir və qardaş ölkələr arasında münasibətlər davam etməlidir: "Martda Bakıda Xəzərin statusu üzrə ikitərəfli görüş baş tutacaq. Görüş dənizin statusunun müəyyənləşdirilməsi üzrə ekspert qrupununun beştərəfli görüşü çərçivəsində keçiriləcək ".
İran XİN rəhbəri isə bildirib ki, qonşu dövlətlərlə münasibətlər İranın xarici siyasətinin prioritetidir: "Azərbaycanla əlaqələr İran üçün xüsusi əhəmiyyət kəsb edir. Biz xalqlarımız arasında əlaqələri möhkəmləndirməli və regionda təhlükəsizliyin bərpa edilməsi üçün səylər göstərməliyik ".
İran bir qonşu dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır ”.
Onun sözlərinə görə, İranın 100 kilometrlik ərazisi münaqişə zonası ilə sərhəddə yerləşir. Nazir qeyd edib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir :
İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik ”.

  • Yazılıb
  • da (də) 2015 Feb 17