Tarix : 2015 Feb 08
Kod 45404

İran İslam inqilabının Beynəlxalq münasibətlərdə mədəni təsiri

İran İslam İnqilabı bir ilahi və əhatəli hərəkat kimi insanın təmiz fitrətinə əsaslanaraq təfəkkür qüvvəsinin əhəmiyyətini sübuta yetirə bildi.

AranNews- Bu inqilab dəyərlərlə normalarda bir inqilab kimi daxildə və beynəlxalq səviyyədə mədəniyyət yaratnağı bacara bildi. Bu mədəni hərəkat məna yaratmaq və təfəkkürdə yenidənqurma aparmaqla beynəlxalq əlaqələrdə elə bir yeni mədəniyyət gümdəmə gətirə bildi ki, bu mədəniyyət demokratiya, islam təfəkkürünün canlandırılması, islam sivilizasiyasının qloballaşma meyli, mədəniyyət və düşüncə oxu ətrafında zülmə qarşı mübarizə aparan mədəniyyətin və müstəqillik istəyinin gücləndirilməsi üzrəində qurulmuşdur .
İslam İnqilabı daxildə mədəni inkişafa və xarici ölkələrlə mədəni mübadilə və uzlaşmaya dayanaraq, beynəlxalq sistemin fəaliyyəti və regional infrastrukturun quruluşuna əsasən öz çevrəsindəki mühitlə dialoq yarada bildi ki, bu prosesin gedişində siyasi quruluş və davranış  qaydalarında mədəniyyət və norma yaratmaq işinə başlaya bilsin və beləliklə güc mahiyyətinin, oyun qaydalarının və fiqurlarının dəyişməsinə əsaslanaraq beynəlxalq əlaqələrdə yeni bir strategiyanı hakim etsin. Bundan sonra gələn yazıda İslam inqilabının beynəlxalq münasibətlərdəki əks sədasında cəmləşib və onun mədəni cənbə və istiqamətlərini tanıtdırılmasına səy göstərilir .

a) Dini demokratiya mədəniyyətinin yayılması :

İslam inqilabı islam və demokratiya əsaslarındakı uyğunluqlar, iki beynəlxalq mərkəz – din və siyasət arasında qarşılıqlı təsiri üzə çıxara  və elə bir siyasi gündəmə gətirə bildi ki, həm hakim mənəviyyat və siyasətin xüsusiyyətlərinə, həmdə demokratiya üslubu və quruluşuna malik olan islam dəyərlərinə dayana bilsin. İslamın zamanın tələblərilə ayaqlaşması və islamın hakimiyyət və dövlətçilik barədə nəzəriyyələrinin canlanması ilə gedən dinin yenidən çiçəklənməsinə dayanan belə bir quruluş, cümhuriyyət idarə sistemini və xalqın hökumət tərəfindən verilən qərarlarda rolunu vurğulayır, eləcə də islamçılıq nümunəsi və islamın davamlı dəyərləri olan ədalət sevərlik, teosentrizm və mənəviyyata meyilliliyi, siyasi sistemin əsasları hesab edirdi
İslam Respublikası din və siyasətin biri-birinə bağlılığını bəyan edir və dindarlığın  müasirləşmə ilə yanaşı addımlamasının mümkünlüyünü göstərirdi. Belə bir siyasi quruluş eyni zamanda geriçi və ekstremist islamın, həmçinin liberalizm və komunizmin inkarına başladı və özü ilə elə bir quruluş gətirdi ki, onun qanuniliyi Tanrının hakimiyyəti, dini dəyərlərin haq olduğu və insanların iradəsi və xalqların öz müqəddəratını təyin etmə hüquqlarına əsaslanır .
Dünya xalqlarına təqdim edilmiş iki növ islam – “Amerika sayağı islam” və “ekstremist radikal və geriçi islam”ın müqabilində  İmam Xomeyni tərəfindən “Əsil Məhəmmədi İslam” və “dini demokratiya” doktrinasının sərgilənməsi, insan fitrətinə uyğun bəşəri cəmiyyətin qurulması istiqamətində hökumətlər tərəfindən müsəlmanların istəklərinin nəzərə alınması mədəniyyətin inkişafına səbəb oldu və xalqların rolunun canlandırılması ilə xalqlar və dövlətlər arasında etibarlı və səmimi əlaqələrin zəruriliyini önə çəkə bildi. Belə bir quruluş pan ərəbizm, komunist və liberalist rejimləri kimi radikal millətçi idealogiyaları çəkişməyə cəlb edərək, imperializm və sosializm ilə eyni zamanda mübarizə aparmağı bacardı .

b) İstiqlalçılıq və anti-hegemon mədəniyyətinin yayılması :

İslam inqilabını müsətqil və anti-imperializm mahiyyəti, eləcə də  onun imperialist qüvvələrdən azad bir beynəlxalq sistemin yaradılması istiqamətdində səyləri, qlobal qüvvələrin arasındakı tarazlığın pozulması və Şərq-Qərb dünyasının qurduğu beynəlxalq sabitliyin çəkişməyə cəlb edilməsinə səbəb oldu .
İslam inqilabı “Şərq və Qərb hakimiyyət sistemlərini inkar” nəzəriyyəsi ilə dövlətlər və hakimiyyətlərin bərabərliyi və xalqların ilahi və insani haqlarının gerçəkləşməsinə əsaslanan beynəlxalq sistemdə kollektiv bir sistemin gündəmə gətirilməsinə nail oldu və asılılığı olmayan xalqların unudulmuş potensial imkanlarını yenidən canlandırmaqla, habelə imperialistlər qarşısında qorxaqlığı və təsir altına getməyi inkar etməklə, xalqların xüsusilə də müsəlman xalqlarının asılılıq köklərini qurutmağa nail ola bildi .
İslam inqilabı super güclərin hegemonçuluq və bir yönlü mahiyyətini  üzə çıxarmaqla onların məğlubedilməzlik əfsanəsinin üzərindən xətt çəkərək, bütün azadlıq və ədalətsevər insanların qəlbinə ümid nuru çilədi .
İslam inqilabı məzlumlarla zalimlər arasında sərhəd qoymaqla, istismara məruz qalmış xalqları maarifləndirməklə məhrum və məzlumların özünü dərk etməsi əsasında üçüncü dünya ölkələrinin öz hüquqlarını əldə etməsi üçün yararlı zəmin yaratmağı bacardı. İslam inqilabı eyni zamanda “İstibdad və müstəmləkəçilik” və “asılılıq”-a qarşı iki cəbhədə mübarizəyə qalxdı və buna görə də istiqlal və azadlıq sevərlik mədəniyyəti insanların, dövlətlərin və xalqların müxtəlif təbəqələrini öz əhatə dairəsinə aldı. Bu ona görə belə oldu ki, İslam Respublikasının  siyasi quruluşu iki ənənəvi – libirealist və kommunist modelin qarşısında durmuşdu və sekularist ilə meterailizm əsaslarını çəkişmə və mübarizəyə sövq edirdi ki, bu da azadlıq sevər millətlərin öz mübarizələrində  marksizm və kommunizm idealogiyalarına meylin azalmasına gətirib çıxardı. Buna görə də İslam inqilabı beynəlxalq sistemdə üçüncü cəbhə və ya xud azadlıq sevər dünyada üçüncü bir çıxış yolu açmaqla materialist yönlü və ədalətsiz beynəlxalq sistemlə qarşıdurmaya gələrək, üçüncü dünya ölkələrinin xalqları arasında müsəmləkəçiliyə qarşı mübarizə və istiqlalçılıq mədəniyyətinin formalaşdırılması işinə girişə bildi .

c) Siyasətdə islahatçılıq mədəniyyətinin gücləndirilməsi :

Sivil nümayişlərlə qələbə çalmış İslam inqilabının sülhsevər və sakit mahiyyətini nəzərə alaraq, islam yönlü təfəkkür və nəzəriyyələrin qəbul edilməsi istiqamətində islam dünyasının peşəkar mütəfəkkürlərin  hazırlığı sayəsində silahlı partizan sayağı mübarizə yerinə təbliğat və maaridləndirmə, eləcə də aydınlıq gətirmə metodunu rəhbər tuttan dini ziya formalaşdı. Bunun nəticəsində insanların siyasətdə öz sözünü demək əsrinə giriş başladı və din sahəsində fəaliyyət göstərən peşəkarlar ziyalılar, dini təfəkkürün  bərpasına əsaslanmış islahatçı yol və hərəkatlara üz tutdular. Onlar İmam Xomeyni, Motəhərri və Şəriəti kimi İslam inqilabının liderlərindən ilham alaraq, öz mədəni və zehni fəaliyyətlərilə islami dirçəliş əzminə gəlməklə yanaşı dini sahədə yeni düşüncələrdən yığcam nəzəriyyələr vermə və ondan bir doktrina ortaya qoymaq istiqamətində dini demokratiya modelini gerçəkləşdirmək naminə mədəni fəaliyyətə başladılar. Belə dini islahatçı hərəkatlar Pakistan, Türkiyə, Bəhrin, Əlcəzayir və Mərakeş kimi ölkələrdə də baş verdi. İslam ölkələrindəki islam vətəndaş cəmiyyətinin qurumları, davamlı yenidən düşünmə və təfəkkürün zərurətini vurğulayaraq, cümhuriyyət və islamiyyətin sintezinə, eləcə də onların cəmiyyətlərinin yerli model və sosial normalarına əsaslanan yeni bir təfəkkür metodunun əsasını qoydular. Müsəlman ölkələrində yeni düşüncə sahibləri və ziyalılar müstəqil islam və yerli mentalitetlə fəxr edərək, müsəlman cəmiyyətlərində islami oyanış əzminə gəldilər və siyasətdə sülhməramlı və demokratik bir metodun rəhbər tutulmasını zəruri sayaraq, dini meyarlar əsasında siaysi fəaliyyət sahələrində öz rollarını bərpa etməyə başladılar .

d) Zehni və mədəni fəaliyyətin gücləndirilməsi :

İslam inqilabı mədəniyyətin təfəkkür əsasının, eləcə də düşüncənin əşya və vasitələrə üstünlüyünü vurğulayaraq, müsəlman xalqların düşüncəsi və mədəni istiqlalı üzərində qurulmuş zehni və mədəni fəaliyyət stimulunu yaratdı. Xarici qüvvələrdən asılı olmayan və elmi cəhətdən özünə arxalanaraq öz ehtiyaclarının ödəməsini rəvac verən belə bir inqilab, islam dünyasında müasir texnologiyaların nailiyyətlərindən, xüsusilə də komunikasiya texnologiyalarından istifadə etməklə yanaşı öz mədəniyyətini qorumağı dönə-dönə vurğulayan elmi istehsal və təfəkkür hərəkatını yaratdı. Məhz buna görədə də islam suğortası, islam birjası, islam iqtisadiyyatı və islam siyasəti kimi elmi mərkəzlərin diqqətini özünə cəlb etməklə yanaşı zaman elementindən istifadəni, axtarış dinamikasının səviyyəsinin yüksəldilməsinin və onun qlobal proseslərlə uyğunlaşma zərurətini vurğulayan universitet və dini mədrəsələr kimi iki elm ocağı biri-birilə uzlaşmaya və həmrəyliyə yönəltdi. Həmçinin müsəlman xalqların təfəkkürü və siyasi nöqteyi-nəzərindən istiqlal sevərliyi, elmi və mədəni sahədə peşəkar mütəxəssislər arasında mədəniyyət sahəsində səlib yürüşünə qarşı müqavimət gücləndi islam mentaliteti və hissiyatı, habelə mədəni zəmində. Beləki, universitetlər və elmi dini mərkəzlər, fikir və siyasi dərkin zəruriliyini vurğulayaraq hətta müsəlman qadınlara təhsil və müxtəlif elm sahələrini öyrənmək haqqını, xüsusilə də qərb mədəniyyətində istismar edilmiş, şəni və mənziləti əşya və məmulat səviyyəsinədək tənəzzülə uğramış qadının izzət və mənzilətini ona qaytarmaq üçün səy göstərdilər .     

e) Mədəni inteqrasia və mübadilə :

İslam inqilabı zəngin və çoxaspektli bir mədəniyyət kimi islam mədəniyyətinin  dini, siyasi, iqtisadi, ictimai, mədəni və elmi sahələrdə, habelə qərb mədəniyyətinin tədqiqinə və yerli dəyərlərə əsaslanmaqla mədəni yeniləşmə sahəsindəki imkanlarını nümayiş etdirməklə yanaşı elm, bilik, texnologiya və təfəkkür sahələrində iş birliyinə və mübadiləyə yönəlmiş yeni dialoqun ilk qaranquşu rolunu oynaya bildi. Bu istiqamətdə mədəniyyətdaxili yeniləşməyə, elmi və mədəni inteqrasiya, mübadilə və əməkdaşlıq məqsədilə dini təfəkkürün yeniləşməsi imkanlarının yüksəldilməsi istiqamətində səylərini artırdı. Komunikasiya sahəsində yüksək texnologiyaların, bu sahədəki ənənəvi metodlara uyğunlaşdırmaqla tətbiqi əsasında fikri və mədəni uzlaşmaya diqqət yetirilməsi islam dünyası mentaliteti ilə qərb dünyası mentalitetinin biri- birindən fərqləndiyini qəbul etməklə yanaşı mədəniyyətlərarası baxışların uzlaşdırılmasına gətirib çıxardı .
İslam inqilabının komunikasiya sahəsində güclü sıçrayışların baş verdiyi və transmilli şirkətlərin sürətlə inkişaf etdiyi bir zamanda baş verməsi, əslində islam mədəniyyətinin fikri cəhətdən yeniləşməsinə səbəb oldu. Bu inqilabın xalqın artan əhəmiyyət və roluna böyük önəm verməsi və milləttlərarası inteqrasiya xalqların milli şüurunun yüksəlməsinə, mövcud ideyaların və qurumların tənqidi analiz əhval-ruhiyyəsinin güclənməsi ilə bağlı dialoq mədəniyyətinin, eləcə də tələbkarlıq və cavabdehliyin artmasına gətirib çıxardı. Dinin beynəlxalq əlaqələrdəki siyasi əhəmiyyətinin artması ilə bir zamanda fikir və düşüncə azadlığına hörmət edilməsi, bir tərəfdən dini mədrəsələr arasında, digər tərəfdən isə pedaqoqlar və ruhanilərin özləri arasında əməkdaşlıq və dialoqun güclənməsinə səbəb oldu .

ə) İslamın ictimai həyat sahələrinə qayıdışı :

İslam İnqilabının mənəvi və əxlaqi dəyərlərə əsaslanan bir inqilab və islamın qeyri əxlaqi prinsiplər üzərində qələbəsinin təzahürü kimi mənəviyyatın və dini atributların ictimai davranışdakı rolunun yüksəlməsinə səbəb oldu və bu yüksəliş özünü bir sıra sahələrdə, o cümlədən yerli və islami bir örtük nümunəsi və müsəlmanların iyrənc qərb filmlərinə etirazı, sağlam ailəyə və onun cəmiyyətdəki sağlamlaşdırıcı roluna, habelə cəmiyyətin tərbiyəçisi kimi qadının roluna hörmət nümunəsi kimi hicaba münasibətdə özünü göstərdi və insanların siyasi və sosial həyat sahələrində geniş və fəal iştirakı ilə ictimai ruhun formalaşdırılmasına gətirib çıxardı. Məscid ictimai birlik, dini vəhdət, qardaşlığın gücləndirilməsi və əxlaqi prinsiplərin insanlar arasında geniş yayılması təzahürünə çevrildi. Bununla yanaşı ictimai davranış qaydalarının formalaşmasında ailənin rolunun artması ilə əlaqədar islam cəmiyyətlərindəki ictimai və xüsusi sahələr arasında bir növ uzlaşma (inteqrasiya) baş verdi ki, bu da Mərakeşdən tutmuş İndoneziyaya qədər bütün İslam dünyasında istər ailə səviyyəsində, istərsə də ictimai və siyasi səviyyələrdə islam prinsiplərinə qayıdışa və islam dəyərləri əsasında özünə qayıdış mədəniyyətinin güclənməsinə səbəb oldu. İslam dünyada istibdada, müstəmləkəçiliyə, hegemonluğa, ədalətsizlik və ayrıseçkilik təzahürlərinə qarşı effektli və tənqidiruhlu bir qüvvəyə çevrildi və insanların həyatında dinin rolunun artması əsasında, təhqir olunmuş və zülmə məruz qalmış müsəlmanlarda özünə inam hissinin güclənməsinə zəmin yaratdı. İslam ölkələrində mənəviyyata meylin gücləndirilməsi, insanların mənəvi prinsiplərə və dini mədəniyyətin inkişafına olan maraq və istəyinin artması müsəlman cəmiyyətlərinin əxlaqi, mənəvi və müdrük bir sima kəsb etməsinə gətirib çıxardı.  Belə ki, din sahələri üzrə fəaliyyət göstərən ziyalılar “özünə qayıdış” hərəkatına söykənməklə insanların dini tərbiyyəsi ilə məşğul olmağı qərara aldılar və ictimai sahələrdə təkallahlıq, əxlaqpərəstlik, mənəviyyatçılıq, insansevərlik, ədlətsevərlik və öz haqqını tələb etmək prinsiplərini uzlaşdırmaqla yenidən öz missiyalarını ifa etməyə başladılar .

f) İslam mədəniyyətinin vəhdəti :

İslam inqilabı şiə və sünilərin vəhdəti, islam məzhəblərinin yaxınlaşması, dini və etnik təfriqələrin inkar edilməsi zərurətini vurğulamaqla müsəlman xalqların birliyini təmin etməyi və vahid islam ümmətinin formalaşdırılmasını qərara aldı. Bu iş bir tərəfdən müsbət  mübarizəyə, yəni həqiqi islamı inanclara və habelə ənənəvi dini ayin və mərasimlərə söykənməyə əsaslanırdı. Bu mübarizə Məhəmməd Peyğəmbər zamanının saf və təmiz islam inanclarına və ortaq islam ayinlərinə o cümlədən İbrahim peyğımbərin adı ilə bağlı Həcc mərasiminə söykənməklə İslam ümmətinin siyasi, iqtisadi, ictimai və mədəni cəhətdən təşkilatlanmasının bünövrəsini qoyurdu. Digər tərəfdən isə ümumi düşmən əleyhinə - dünyanın super gücləri tərəfindən müsəlman ölkələrinin milli sərvətlərinin talan edilməsinin qarşısını almağa yönəlmiş mənfi bir mübarizəyə əsaslanırdı, bu mübarizə isə müsəlmanların islam dünyasında gedən proseslərə həssaslıqla yanaşmasının və yad ölkələrin hegemonluğunu qəbul etməmək və dünyanın harasında olursa olsun müsəlmanlara məxsus ərazilərin işğalına qarşı mübarizə əsasında onların ictimai ruhunun yüksəldilməsi zərurətinin göstəricisi idi. Beləliklə islan dünyası qlobal sistemdə yeni mövqe əldə etmək uğrunda mübarizəyə başlaya və dövlət rəsmilərindən tutmuş mədəniyyət xadimlərinə qədər bütün beynəlxalq siyasətin təhlili səviyyəsini yüksəltməklə İbrahimi dinlərin mesajını dünya xalqlarna çatdırmaq  imkanı yaratdı. O dinlərin ki, bəşər övladının pak fitrətinə əsaslanması səbəbindən müəyyən bir məkan və zamanla məhdudlaşmır və buna görə də yer üzərindəki insanların talelərinin biri-birinə bağlılığını əsas götürməklə bəşəri dəyərlərin və insanın inkişafına nail olmaq üzərində təkid etmək imkanına malikdirlər. İnsanlar üçün kompleks bir sistem olan dinin qlobal mahiyyəti və dünyapərəstliyə əsaslanan mədəniyyətlə dini sivilizasiyaya meylliliyin birləşdirilməsi əsalində geniş anlamda bəşəri- dünyəvi mövzulara üz tutulmasına gətirib çıxarır. Buna misal olaraq, biri-biri ilə bağlı mömzular kimi təhlükəsizliyin, sülhün və ədalətin təmin olunması zərurətini və bəşər övladının maarifləndirilməsinin genişləndirilməsi lüzumunu qeyd etmək olar. Beləliklə islam inqilabı dinin beynəlxalq əlaqələr üçün daşıdığı siyasi əhəmiyyətini bir daha açıb göstərə və bununla da mədəniyyət və beynəlxalq siyasət sahəsində  yenidən öz rolunu oynamaq üçün islam dünyasına özünü dərk və özünə inam hisslərini bəxş etdi .

g) İslam İnqilabı müsəlmanların izzət və ləyaqətinin carçısıdır :

İran İslam inqilabı dünyanın məzlum insanlarında özünü dərk hissini yüksəltməklə və müsəlman xalqları arasında özünə inam hissini canlandırmaq və islamı dirçəltməklə müsəlman milllətlərin dünya düzənində ciddi bir fiqur kimi əhəmiyyətini diqqətə çatdırmağa və beləliklə də dünya miqyasında qüvvələr arasında balansı azadlıq və ictimai ədalət amallarını və xarici dövlətlərin müdaxiləsini rədd etməyin zəruriliyini vurğulayan üçüncü cəbhənin xeyrinə dəyişməyə nail oldu .
İslam inqilabı əxlaq, dəyanət və  siyasəti biri-biri ilə uzlaşdırmaqla müsəlman millətlərinin siaysi mədəniyyətində böyük və müsbət dəyişiklik yaratdı ki, onun əsas cəhətləri kimi istiqlalçılıq, ədalətsevərlik, haqsevərlik, mənəviyyatçılıq, əxlaqpərəstlik, din və dövlətin uzlaşmasını göstərmək olar .
Müsəlmanların şərəf və ləyaqəti iki saəhədə özünü daha çoc biruzə verdi :
Bir qismi nəzəri və elmi sahədə-liberal, sülsevər və mədəniyyət pərəst islami fikir cərəyanları ilə, digər qismim isə müsəlmanlara məxsus ərazilərin işğalına qarşı mübarizəsi ilə şəhrət qazandılar, buna misal olaraq Fələstin və Livan xalqlarının İslam inqilabından nümunə götürməklə apardıqları mübarizəni göstərmək olar. İslam inqilabının təsiri ilə yaranmış fikir cərəyanları maddiyyatçı ideologiyalardan xilas olmaq, liberalizm və materializmi rədd etmək, yad ideyalogiyalardan bəhrələnmədən mənəviyyata əsaslanmaq və dini düşüncəni canlandırmaq və dinin ictimai sahələrdə iştirakı üzrəində təkid edirdilər.

  • Yazılıb
  • da (də) 2015 Feb 08