Tarix : 2015 Feb 08
Kod 45403

İran islam inqilabında müdriklik nümunəsi

Dünyada mövcud olan siyasi sistemlər elə bir idrak və mərifət əsasında formalaşmışlar ki, onun özəyini humanizm prinsipi təşkil edir.

AranNews- Bu sistemlərin fəlsəfi və idrak bünövrələri də insanın mahiyyətinin və onun varlıq dünyaslndakı ehtiyaclarının qeyri-düzgün dərkinə əsaslanır. Bu mənada ki, qərb insanı yəni maddiyyata əsaslanan insan, əgər söhbət siyasi təkəkkür sahiblərinin əsərləri arasında ədalət, azadlıq və bərabərlik kimi fəzilətlərdən gedirsə, insanın bu dünyalıq ehtiyaclarının müəyyənləşdirilməsinə yönəlmişdir.Əslində, mövcud siyasi sistemlər arasındakı diskussiya insanın mənəvi ehtiyaclarından kənar humanizm haqqında diskussiyadır. Bu cür yozum mövcud siyasi sistemlərın siyasi orientasiyasına da təsir göstərmişdir. Belə ki, reallığa əsaslanan bir yozumla siyasətçilərin dünya səhnəsindəki köhnə və yeni problemlərinin səbəblərini insanın və onun həqiqi ehtiyaclarının düzgün dərk olunmaması ilə izah etmək olar.
İnsan haqqında  mövcud təsəvvür dindarların təsəvvürünə qarşılıq təşkil edir. Belə ki, dindarlar qadir Allahı yaradılışın mənbəyi və mərkəzi hesab edirlər və belə hesab edirlər ki, hər şeyi, hətta məişət, həyat tərzi, təbiətdən nə dərəcədə bəhrələnmək və necə bir davranış tərzi göstərmək lazım olduğiunu da o böyük başlanğıcla izah etmək lazımdır. Başqa sözlə desək, insanın həyatının hüdudlarını və məişətinin necəliyini təyin edən qadir Allahdır. O, müəyyən edir ki, insan nə qədər bu dünya və nə qədər də axirət dünyası üçün çalışmalıdır, dünya və axirət həyatları arasında hansı biri əsas və son məqsəddir, hansı biri isə ilkin məqsədi təşkil edir, və bu sırada qadir Allaha sitayiş hansı yerə malikdir və s .
Humanizmə və başlanğıcın və miadın inkarına əsaslanan baxış nəticəsində insanın özü və dünya haqqında təsəvvürü tamamilə dəyişir. Çünki əvvəla, bu baxışa əsasən, həyat əlaqələrinin hüdudlarının necə olmalı olduğu, insanın özü ilə, təbiətlə və digər insanlarla əlaqəsini necə tənzimləməli olduğu  qadir Allah tərəfindən müəyyən edilməməlidir. Əksinə, bütün bünları insan özü müəyyən etməli, özü qiymətləndirməli və yeniləndirməlidir. Bundan başqa, əxlaqın yeni tərifi verilməli, başlanğıc və miadla əlqədar olan bütün adət-ənənələri, həmçinin ictimai həyata aid və asimani və ilahi rəngi və qoxusu olan bütün instruksiyaları bir kənara qoymaq və yalnız insanın özünün dərk və anlayışına əsasən onları kəşf və təqdim etmək lazımdır.
Qərb mədəniyyətinə görə humanizm - insanın dünyada hər şeyin başlanğıcı və mərkəzi olması, insanın dünyadakı nemətlərdən və imkanlardan  maksimum bəhrələnməsi üçün insanın və qeyri-insanın bir vasitə olması, eləcə də insanın mütləq istək və arzularına çatması yolunda əngəl olan hər cür maniələrin aradan qaldırılması deməkdir.
Humanist baxış islam dininin diqqət yetirdiyi teosentrist baxışa qarşılıq təşkil edir. İslam dininə görə, insana və onun bütün sahələrdəki ehtiyaclarına Allah ilə və yaradanın buyurduqları ilə əlaqədə tərif verilməlidir. Başqa sözlə desək, islami baxış humanist baxışdan fərqli olaraq yalnız budünyalıq istifadə üçün deyil, əksinə, həm bu və həm də o dünyanı nəzərdə tutur.
Bu əsasda müasir siyasi sistemlər bu iki humanist və teosentrist baxışla qarşılaşaraq birincini yəni humanist baxışı seçmişlər və öz orientasiya və planlaşdırmalarını mərkəzində insanın dayandığı baxış əsasında qurmuşlar. Lakin islam inqilabının formalaşması ilə mövcud sistemlər teosentrizmin, ilahi və dini dəyərlərin hakimiyyətinin bütün orientasiya və planlaşdırmalar üçün meyar sayıldığı yeni bir sistem və yeni bir iddia ilə üzləşmişlər və əslində seçdikləri yolda elə bir ciddi məsələ ilə qarşılaşmışlar ki, onun kökünü elə həmin insana və onun siyasi qərarların qəvulunda iştirakına mərifətyönlü yanaşmanın əsasları təşkil edir.
İran İslam inqilabında nə ilahi və dini dəyərlərin hakimiyyəti bəhanəsilə “insan” və başqa sözlə desək, xalq unudulmuşdur, və nə də “hər şey insan üçün və onun ehtiyaclarının ödənuilməsi üçün!” şüarının həyata keçirilməsi məqsədilə ilahi və dini göstərişlər bir kənara qoyulmuşdur. İslama görə, insanın əsaləti vardır, lakin bu, qərb məktəblərinin insana verdiyi və humanizm tələsinə düşməklə nəticələnən əsalət deyildir. Əksinə, İsalmın nəzərində insan - istəklərinə islamla əlaqədə tərif verilən islami insandır, islamdan kənar və ya qeyri-tohidi (təkallahlıqdan kənar) insan deyildir. Qərbdəki siyasi sistemlərin bünövrəsi insanın qeyri-tohidi (təkallahlıqdan kənar) tərifinə əsaslanır. Bu üzdən də biz siyastçilərin qeyri-düzgün qərarları və elə qeyd etdiyimiz humanist baxış nəticəsində son bir neçə onillik ərzində bəşəriyyətin düçar olduğu dəhşətli nəticələrlə üzləşmişik. Dünya müharibələrinin formalaşması, əxlaqi pozğunluq, müəyyən bir qrup tərəfindən bəşər övladının əli ilə yaradılmış süni əşyalardan nəfsani meyllərin təmin olunması və ədalətsizliyin və qlobal yoxsulluğun  geniş yayılması məqsədilə bir vüsitə kimi istifadə olunması kimi nəticələr ...
İran İslam inqilabı dünyadakı siyasi sistemlər tərəfindən bəşəriyyət üçün əmanət qoyulmuş çox pis bir adəti sual altına aparmış və siyasi sistemin yeni bir örnəyini verməklə bu günkü siyasətçiləri insana və onun ehtiyacalrına bir daha tərif verməyə çağırmışdır. Elə bir sistemin ki, onun maarifçilik əsasları ilə  dünyadakı mövcud siyasi sistemlərin maarifçilik əsasları arasında fərq vardır. Bu məqsədlə ki, bəlkə 21 -ci əsrin insanı oz siyastçilərinin qeyri-düzgün qərarları nəticəsində mənasız müharibələr girdabına sürüklənmək təhlükəsindən yan keçə bilsin və  dünyada sülhü bərqərar etməklə dünyanın xilaskarının zühuru və hakimiyyəti üçün zəmin yatatsın.
Heç şübhəsiz, İran İslam inqilabının örnəyi dünya xalqları və ölkələri üçün misilsiz bir nümunədir və “dini xəlqilik” adının verilməsi də elə onun dünyada misilsizliyinə bir sübutdur.



  • Yazılıb
  • da (də) 2015 Feb 08