Tarix : 2015 Jan 22
Kod 45331

Azərbaycan Respublikasinda İslam Peyğəmbəri(s) karikaturalarının "Sharlie Hedbo" jurnalında dərc edilməsinə qarşı etiraz aksiyasi keçirildi

. Aksiya iştirakçıları əllərində dini şüarlar yazılan bayraqlar tutaraq Qurani-Kərimdən ayələr səsləndirdilər. Bundan başqa mitinq iştirakçıları “Ləbbeyk Ya Məhəmməd”, “İslam sahibsiz deyil” kimi şüarlar dedilər

Arannews - Nardaranda İslam Peyğəmbəri(s) karikaturalarının "Sharlie Hedbo" jurnalında dərc edilməsinə qarşı etiraz aksiyasi keçirildi .

 nümayiş iştirakçıları İslam dininə, eləcə də müsəlmanların dini etiqadına heç bir əsas olmadan qərəzli və təhqiramiz mövqe nümayiş etdirən Qərbə qarşı öz etiraz səsini ucaltmaqla həmin dövlətlərə, onların ikiüzlü siyasətinə barışmazlıq sərgilədilər. Aksiya iştirakçıları əllərində dini şüarlar yazılan bayraqlar tutaraq Qurani-Kərimdən ayələr səsləndirdilər. Bundan başqa mitinq iştirakçıları  “Ləbbeyk Ya Məhəmməd”, “İslam sahibsiz deyil” kimi şüarlar dedilər.

Aksiyada Nardaran ağsaqqalları çıxış edərək böyük İslam Peyğəmbəri uğrunda canlarını qurban verməyə hazır olduqlarını bildirdilər. Sionist rejimi dəstəkləyən ölkələrin şeytana qulluq etdiklərini, bu cür həqarətlərlə İslamı məhv etməyə çalışdıqlarını diqqətə çatdırdılar. Lakin Qərbin öz çirkin siyasətinə heç zaman nail olmayacağını vurğuladılar.  Fransada baş verən terror hadisələrinin məhz Qərbin çirkin siyasətinin tərkib hissəsi olduğunu qeyd etdilər.

Aksiyanın sonunda etirazçılar Nardaran ağsaqqallar şurasının adından karikatura olayına etiraz bəyanatı qəbul etdilər, ABŞ və İsrail bayraqlarını yandırdılar.

  • Yazılıb
  • da (də) 2015 Jan 22