Tarix : 2015 Jan 13
Kod 45265

İran İslam Respublikası dünya ölkələri arasında 7-ci pillədə dayanır

İran 2013-cü ildə dayandığı 8-ci yerdən 7-ci pilləyə qalxıb

AranNews - Nanostat 2014-cü il üçün açıqladığı məlumatında Web of Science məlumat bazasına 1 milyon 300 min məqalə toplandığı və onun 9%-i nanotexnologiya elminə aid oluduğunu bildirib.

Bu statistikaya əsasən, nanotexnologiya üzrə bazaya toplanan məqalələrin 4.25%-i İranın payına düşür və İran bu sahədə dünya ölkələri arasında 7-ci pillədə dayanır. Bu cədvəldə Çin, ABŞ, Hindistan 2014-cü ildə nanotexnologiya üzrə ən çox məqalə nəşr edən ölkələr kimi göstərilib. İran 2013-cü ildə dayandığı 8-ci yerdən 7-ci pilləyə qalxıb. İslam ölkələri arasında isə Səudiyyə Ərəbistanı İrandan sonrakı yerdə dayanır.

Çin yenə birinci pillədə dayanır və davamlı irəliləyişi ilə digər ölkələrlə öz fasiləsini artırmışdır. Nano məqalələrinin üçdə birindən çoxunu çinli təhqiqatçılar yazmışdır. Çindən sonra ABŞ 17.3% və Hindistan 7.3%-lə sonrakı reytinqlərdə dayanırlar.

  • Yazılıb
  • da (də) 2015 Jan 13