Tarix : 2014 Nov 26
Kod 44850

İslam dünyası alimlərinin mühüm və önəmli vəzifələri

"İfratçı və təkfirçi cərəyanlar İslam alimlərinin nəzərində" konfransının iştirakçıları Cənab Rəhbərin görüşündə…..


Ayətullah Xamenei bu gün (25 Noyabr) səhər "İfratçı və təkfirçi cərəyanlar İslam alimlərinin nəzərində" konfransına qatılmış alimlər, mütəfəkkirlər və qonaqlarla görüşdə son illərdə təkfirçi cərəyanların meydana çıxmasını imperializmin İslam dünyasına yaşatdığı saxta problem adlandırmışdır. Cənab Rəhbər ABŞ, imperializm və sionist rejimin mənafelərinə, xüsusilə Fələstin və Məscidül-Əqsa problemlərinin unutdurulmasına xidmət edən xəbis təkfirçi cərəyanların fəaliyyətlərinə işarə ilə vurğulayıb: Təkfirçilik cərəyanının kökünü qazmaq üçün elmi, məntiqi və əhatəli hərəkat yaratmaq hazırda İslam dünyası alimlərinin mühüm və önəmli vəzifələrindəndir. Bu cərəyanı yaratmaqda imperialismin siyasətlərinin rolunuaydınlaşdırmaq, Fələstin mövzusuna ciddi yanaşmaq, bu problemi İslam dünyasının əsas problemi kimi göstərmək bu qəbildəndir.
Cənab Rəhbər Ayətullah Xamenei çıxışının əvvəlində Ayətullah Məkarim Şirazi, Ayətullah Cəfər Sübhani və digər Qum alimlərinə bu konfransa ciddi münasibətlərinə, xüsusilə təkfirçiliklə mübarizəni İslam dünyası alimləri arasında elmi hərəkat kimi formalaşdırdıqları üçün təşəkkür edərək buyurdu: "Bu təhlükəli cərəyanı araşdırarkən belə bir nöqtəyə diqqət yetirmək lazımdır ki, əsas mövzu İŞİD adlandırılan cərəyandan çox əhatəli təkfirçiliklə hərtərəfli mübarizədir. İŞİD əslində bu xəbis ağacın bir budağıdır."
Cənab Xamenei sonra inkarolunmaz bir nöqtəyə işarə etdi: "Təkfirçi cərəyanlar və onlara arxa duran hökumətlər tam şəkildə imperializmin mənafelərinə, yəni ABŞ, istismarçı qərb dövlətləri, sionost rejimin siyasətlərinə uyğun hərəkət edirlər. Zahirdə İslam, əməldə onlara xidmətdə durublar."
Cənab Rəhbər təkfirçilərin imperializmə xidmətini və İslama qarşı olduğunu təsdiqləyən bəzi nümunələr göstərdi. Ayətullah Xamenei İslam Oyanışı hərəkatının yoldan çıxarılması təlaşını ilk sübut kimi vurğuladı: "İslam Oyanışı anti-amerika, istibdada və ABŞ-a xidmətə qarşı hərakatdır. Amma təkfirçi cərəyanlar bu əzəmətli anti-imperialis hərəkatı ev davasına, müsəlmanlar arasında qardaş qırğınına çevirdilər."
Cənab Xamenei əlavə edib: "Bu məntəqədə müsəlmanların mübarizədə ön cəbhəsi işğal edilmiş Fələstin idi. Amma təkfirçilər bu cəbhəni dəyişdilər. Onu İraq, Suriya, Pakistan və Liviyanın şəhər və küçələrinə çəkdilər. Bu, təkfirçi cərəyanın unudulmayacaq cinayətlərindəndir."
Cənab Rəhbər İslam Oyanışı hərəkatının azdırılmasını ABŞ, Britaniya, sionist rejim və bu ölkələrin casus şəbəkələrinə xidmət kimi dəyərləndirərək buyurdu: "Bu cərəyanın imperializmin mənafelərinə xidmət etməsinin başqa bir dəlili onun işğalçı sionist rejimə etiraz etməməsi, hətta müsəlmanlara qarşı bu rejimlə həmkarlığıdır..."
Qeyd edək ki, görüşdə Azərbaycandan getmiş nümayəndə heyətinin üzvləri - QMİ sədri Şeyx Allahşükür Paşazadə, ilahiyyatçılar Şahin Həsənli, Mir Cəfər Əyyubzadə, Hacı Əli Behişti, Elşən Mustafaoğlu və digərləri iştirak ediblər.

  • Yazılıb
  • da (də) 2014 Nov 26