Tarix : 2014 Oct 28
Kod 44510

Məhərrəmdən götürməli olduğumuz ibrətlər

Aşura dərsləri hər zaman və hər yerdə genişlənməkdədir

Arannews - Məhərrəm ayı, İslamın ona borclu olduğu bir aydır. Aşura günü vasitəsilə özünə fərqli rəng alaraq başqa aylardan seçilən Məhərrəm, ilin başlanğıcı olmaqdan əlavə bir tarixin başlanğıcına çevrildi. Aşura qiyamı 61-ci qəməri ilindən bu günümüzə qədər bir qaynar bulaq kimi mərifət və həqiqət teşnələrini doydurmuş, batil əleyhinə olan haqq hərəkatlara ilham bağışlamışdır. İmam Xomeyninin (ə) rəhbərliyi ilə baş tutan İslam inqilabı da Aşuradan qaynaqlandı. Onun qalarıqlı və möhkəm dayanması da Aşura dərslərindən ibrət almağın sayəsindədir.

Aşura dərsləri hər zaman və hər yerdə genişlənməkdədir. Çünki Aşura ədəbiyyatında gəlib: "Hər gün Aşura, hər yer Kərbəla və hər ay Məhərrəm". Yəni ədalət sorağında olanlar həmişə batil və zülmlə qarşılaşacaq və Aşura hadisələri həmişə tarixdə təkrarlanacaq. Bu cəhətdən Aşura dindarların, xüsusilə də toplumun agah insanlarının öhdəsinə böyük və ağır missiya qoydu. Hamı Aşuranı dərk etdikdən sonra özünü və toplumunu onunla müqayisə etməli, Aşura ibrətlərini həyata keçirməyə çalışmalıdır.

Aşura dərsləri zaman və məkan tanımadan həmişə öz ruh verən təsirlərini göstərməkdədir. Ədalətsevərlik, zülmlə mübarizə, izzət, İslam və İslam dəyərlərini qorumaq, Allah yolunda şəhid olmaq, siyasət və mənəviyyatı bir yerdə toplamaq, əmr be məruf və nəhy əz münkər Aşuranın əsas dərslərindəndir.

Aşuradan dərs götürməyin mənası budur ki, Aşuraçıların dediklərini və rəftarlarını fərdi və ictimai həyatda örnək qərar verəsən. Aşura hadisələrində biz elə qəhrəmanlarla rastlaşırıq ki, onlar öz söz və rəftarları ilə bütün müsəlmanlara örnək ola biləcək böyük inqilablar yarada biliblər.

  • Yazılıb
  • da (də) 2014 Oct 28