Tarix : 2014 Oct 09
Kod 44258

Hacı Mövsüm Səmədovun Pozulan hüquqları

Hacı Mövsüm öz fəaliyyətinə görə həbs olunub. Orada heç bir cinayət tərkibi yoxdur. Sadəcə olaraq, Azərbaycan rəhbərliyini tənqid etdiyinə görə, qurama ittihamlarla həbs olunub.

çox əqidəli və imanlı insandır. Öz prinsiplərinə sadiq insandır və Hacı Mövsüm kimi mömin bir insanı saxta ittihamlarla həbs etmək həm Azərbaycan qanunlarına, həm də Allahın göndərdiyi Qurani Kərimə, şəriət qaydalarına yerli-dibli və kökündən ziddir. Hacı Mövsümə qarşı cəzaçəkmə yerində nə baş verirsə, məqsədli şəkildə həyata keçirilir. Bunu qəsdən törədirlər. Sadəcə olaraq Hacı Mövsüm Səmədov çox iradəli adam olduğu üçün, imanlı olduğu üçün bütün baş verənlər onun iradəsini sındıra bilmir.“

Nardaran kənd ağsaqqalı, tanınmış ictimai-siyasi fəal Kərbəlayi Natiq Kərimov qeyd edib ki, “Biz şərlənmiş bütün məhbusların haqlarını tələb etmişik və bu gün də tələb edirik.

Alim və təqvalı bir insan olan Hacı Mövsüm Səmədovu “kars”a  salmaq və sonradan “kars” müddətini 7 gün uzatmaq artıq insanlıqdan uzaq olan bir şeydir. Hacı Mövsüm həyatı ilə mücadilə edir. O, mücadiləsini heç vaxt yerə qoymayacaq. Mən onu çoxdan tanıyan insan kimi deyirəm. Hacı Mövsüm Səmədov onların dediyinə heç vaxt boyun əyməyəcək. Ona görə də Hacı Mövsümə qarşı bu cür addımlar atırlar. Onu aparıb salıblar dünyanın o başında olan 12 saylı CÇM-nə. İnsanları əziyyətə salmaq üçün uzaq yerə göndəriblər. Mən çox təəssüf edirəm ki, islamçılar bu gün bir paranı çəkir bir tərəfə. Ona görə də bunlar inanclılara qarşı bu cür addımlar atırlar. Həm də bu hadisələrin AŞPA sədrinin səfəri ərəfəsində baş verməsi onların insan haqlarına olan münasibətini göstərir. Bu nə Allaha xoş getməyən məsələdir, nə də insanlığa. Allah Hacı Mövsüm Səmədova kömək olsun, onun qapısını açsın tezliklə inşallah.”


Hacı Mövsüm. Bu adı ilk dəfə AİP-də yeni seçki müzakirələri zamanı dostların birinin dilindən eşitdim. Ardınca müxtəlif insanlardan AİP sədriliyinə uyğunluğu ilə bağlı müxtəlif fikirlər eşitdim. Təbii ki, rəhmətlik Hacı Əlikramdan sonra AİP-i kimin idarə etməsi müəyyən mənada məni də maraqlandırırdı. Bu məlumatdan bir neçə ay sonra Qubada Avropa Şurasının Siyasi Bilgilər məktəbinin növbəti sessiyası keçirilirdi. Tədbir məhərrəm əyyamına təsadüf etmişdi. Axşam namazı üçün məscidə yollandım. Namazları qıdıqdan sonra məscidin bir güncünə çəkilib əyləşdim. Sakitcə əzadarlıq mərasimində iştirak etmək niyyətində idim. Mərasim zamanı bir nəfərin kifayət qədər səmimi münasibətini hiss etdim. Tanış olduqda bəlli oldu ki, həmin şəxs, barəsində Bakıda ikən eşitdiyim və Qubada yaşayan Hacı Mövsümdür.

Həmin günü gecə saat 2-yə qədər söhbətləşdik. Birgə şam edib, kiçik hücrəyə keçib yetərincə dərdləşdik. Müzakirələrimizin mərkəzi mövzusunu mənəviyyatla bağlı məsələlər təşkil edirdi. Çox az miqdarda ictimai-siyasi mövzulara toxunduq.

Bundan sonra da ara-sıra görüşlərimiz olurdu. Adətən Qubada keçirilən müxtəlif beynəlxalq tədbirlər zamanı birgə şam edib, səmimi ünsiyyətimizi qururduq. Desəm ki, Hacı Mövsümlə bu dönəmdə səmimi dost-qardaş münasibətlərinə qədər yüksəldik, mübaliğə etmərəm.

Aylar keçdi. O, AİP-ə sədr seçildi. Bu arada bizim səmimi münasibətlərimiz kifayət qədər yüksək səviyyədə qalmaqda idi. Təbii ki, AİP sədrliyi dönəmində siyasi proseslərdə aktvliyi zamanı müəyyən metodolojilərdə və yanaşmalarda fərqlərimiz ortaya çıxırdı. Amma ikimiz də bu müddətdə münasibətlərimizin səmimi mənəvi yükünə xələl gətirilməsinə imkan verməməyə çalışırdıq.

Ölkədə inanca qarşı repressiv ab-havanın şiddətləndiyi zamanda isə, hər kəs doğru bildiyi üslub, metodoloji və yanaşma səliqələrinə görə öz yolunu getdi. Və təbii olaraq, belə bir dönəmdə hadisələrin surətli gedişatı da öz təsirini göstərməkdə idi. Nəticədə repressiya dalğası Hacı Mövsümü də əhatə etdi.

Mən burada neçə il əvvəl baş vermiş prosesləri bir daha təfərrüatı ilə yada salmaq istəmirəm. Buna bu gün faydalılıq baxımından lüzum da görmürəm. Kifayət qədər acı hadisələr baş verdi. İnancla bağlı baş qaldırmış dalğa nəticəsində bu illərdə xeyli xoşagəlməz hallar, ədalətsiz həbslər baş verdi. İndi həmin dalğa müəyyən mənada səngisə də, repressiyaya uğramış islami fəallar bundan öncəki dönəmin nəticəsi olaraq zindanlarda qalırlar.

Məni bu gün həbsdə olan bütün vicdan və siyasi məhbusların vəziyyətlərinin yaxşılaşması və azadlığa çıxmaları üçün səmərəli addımların atılması düşündürür. Bu arada xüsusilə Hacı Mövsümə qarşı yeni məhdudiyyətlərin tətbiqi, ciddi olaraq narahatlıq yaratmaqdadır. Üstəlik Hacı Abgül Suleymanovla və Hacı Tale Bağırzadə ilə də bağlı bu istiqamətdə qeyri-müəyyən məlumatlar mətbuatda yayılmaqdadır.

İnanclı mühit – böyük bir ailədir. Bu ailənin hər bir üzvünün qarşılaşdığı problemlər və yaşadığı narahatlıqlar bizi ciddi ağrıdır. Hacı Mövsüm, Hacı Abgül və Hacı Tale bu kimi məhdudiyyətlərlə hansısa fərqli mövqe sərgiləyən deyillər. Onların həbs müddəti ərzində həbsxanada olan insanların mənəvi islahatları ilə məşğul olması da tam təbii bir məsələdir. Bu gün onlarla bu kimi yersiz davranış bütün inanclı mühiti birmənalı olaraq narahat edir. Təbii ki, bu gün bütün siyasi və vicdan məhbuslarının azad olunması – ölkəmiz üçün ən faydalı bir addım olardı. İndiki durumda isə Hacı Mövsüm, Hacı Abgül və Hacı Tale üçün digər siyasi və vicdan məhbuslarda olan kimi adekvat mühüt və şəraitin yaradılması – edilməli olan ən minimal işdir. Onların hüquq və azadlıqları tam həcmdə təmin edilməlidir.


  • Yazılıb
  • da (də) 2014 Oct 09