Tarix : 2014 Sep 24
Kod 44086

Ya ərhəmər-rahimin!

Ey açan bəndələrə süfreyi-ehsan Allah!

Bizi et süfreyi-ehsanüvə mehman, Allah!

Xatire-xatəme- Peyğəmbər əmire-sələvat,

Bizi Qurandan ayırma səni Quran, Allah!

And verrəm səni xeybər qapısın qalxızana,

Bizə hər müşkülü eylə özün asan, Allah!

Səni Zəhranın o sınmış qolu, yanmış qapısı,

Eylə biçarələrin dərdinə dərman, Allah!

Cüdə məsmumi İmam Həsənin xatirinə,

Gəl bizi qovma qapından, sənə qurban Allah!

Yovme-aşirdə Hüseynin dağılan xeyməsinə,

Alma tofiqi bir ləhzə və bir an Allah!

Həzrəte-seyyide-Səccadidəki tabo-təbə,

Hamı bimarə şəfa lütf elə,sübhan Allah!

Həzrət Baqirə həm Sadiqə xatir, ya Rəbb,

Öz qapından bizi qaytarma pəşiman, Allah!

Musa Ale-Mühəmməd ləqəbi Kazəme- ğeyz,

On bir il saldı ayaqdan onu zindan,Allah!

Bəzi zindanilərin halinə vaqifsən özün,

Ver nicatın ola ta şad və xuraman, Allah!

Dolduran şöhrəti Iranı Rza hörmətinə,

Eylə hər il bizi züvvare-Xorasan,Allah!

Keç Təqinin uzəme-şəninə təqsirimizi

Eylə üsyanımızı şamile-ğüfran, Allah!

Samiranı eliyən cənnət Əliyyən-Nəqiyə,

Xaneye-qəbri bizə eylə çırağan, Allah!

Bar İlaha, Həsən Əsgərənin xatirinə,

Həşridə halımızı etmə pərişan,Allah!

Höccətibnil-Həsənil- Əsgəri Məhdiye əmin,

Eylə təcil zuhurunda köməkan, Allah!

Bizə eylə bu on dörd nəfərin hörmətinə,

Ey kərəm sahibi,ey xaliqe-Rəhman,Allah!

Əlləri ki, ucalıb dərgəhe-ba izzətivə,

Naümid eyləmə ey Qadirü-Mənnan, Allah!

Mən Kərimi üzü qarə, əli boş, dərbədərəm

Naümid eyləmə,ey sahibi-sultan, Allah!
.........................................
haci yusif qulamrzaoğlu

  • Yazılıb
  • da (də) 2014 Sep 24