Tarix : 2014 Aug 03
Kod 43653

Aran İnstitutunun müdiri Azərbaycan Respublikası sərhədlərində ermənilərin cinayətlərinə münasibət bildirərək İslam dünyasının vəhdətini istəyib

Doktor Məhəmməd Əli Mütəfəkkirazad , Azərbaycan Respublikasının son şəhidlərinə Ulu Yaradandan rəhmət diləyib
AranNews - Azərbaycan Respublikasının ermənilərlə döyüşdə bir neçə sərhəd qüvvələrinin şəhid olmasının ardınca doktor Məhəmməd Əli Mütəfəkkirazad bu hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib və bu münasibətlə Azərbaycan Respublikasının dövlətinə və müsəlman xalqına başsağlığı verib.
Aran İnstitutunun müdiri AranNews-ə verdiyi müsahibəsində hal-hazırda İslamın işğal altında olan torpaqlarında acı reallığın şahidi olmağımıza toxunaraq deyib: "Bir tərəfdən Qəzzədə sionistlər ağıla sığmaz dərəcədə qeyri-insanı hərəkətlər edir, İraqda və Suriyada sionist qruplaşması olan İŞİD torpaqları işğal edərək xilafət iddiası edir, həqiqətdə ağır cinayətlərə mürtəkib olur, bir tərəfdən də Azərbaycanın işğal olunmuş ərazilərində ölkənin qeyrətli cavanlarının qanlarına qəltan edilməsinin şahidi oluruq. Bu hadisələr İslam dünyasının vəhdətinə və onların işğalçı dövlətlərdən və qruplardan uzaqlaşmasına səbəb olmalıdır".
Təbriz Universitetinin rektoru beynəlxalq təşkilatların lazımı rol ifa edəcəklərinə ümid olmadığını vurğulayaraq artırıb: "Müsəlmanlar bu hadisələrdən qurtulmaq üçün gərək özləri çarə fikrində olsunlar və yadlara, xüsusilə də işğalçılara etibar etməsinlər".
Doktor Məhəmməd Əli Mütəfəkkirazad sonda İslam dünyasının, o cümlədən Qəzzə və Qarabağın azad olunmasını arzu edərək, Azərbaycan Respublikasının son şəhidlərinə Ulu Yaradandan rəhmət diləyib.

  • Yazılıb
  • da (də) 2014 Aug 03