Tarix : 2014 Aug 02
Kod 43644

Ermənistan tərəfi son iki gündəki itkilərini gizlədir!

Ermənistan silahlı qüvvələri itki verərək, geri çəkilməyə məcbur edilib

Arannews - Cəbhədə bu gecəki vəziyyətlə bağlı Müdafiə Nazirliyi bu səhər rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, Ermənistan kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində qarşı tərəfin cəhdinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələri itki verərək, geri çəkilməyə məcbur edilib. Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənov şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Mudafiə Nazirliyi Ermənistan tərəfinin itki verməsi barədə məlumatı da açıqlayıb. Nazirliyin baş qərargahından ANS-ə verilən eksklüziv məlumata görə, bu gecə baş verən döyüşdə Ermənistan silahlı qüvvələrinin 20-yə yaxın hərbçisi öldürülüb, onların arasında Ermənistan xüsusi təyinatlıları da olub. Ermənistan tərəfi son iki gündəki itkilərinin real həcmini gizlədir!

  • Yazılıb
  • da (də) 2014 Aug 02