Tarix : 2014 Apr 21
Kod 42595

İnqilab Rəhbəri: Müsəlmanlar arasında məzhəb ixtilafları düşmən əlində qılıncdır

İslam İnqilabının Böyük Rəhbəri şiə və sünni arasında vəhdətə zərbə vurmaq və ixtilaf yaratmağı nemətlərə naşükürlülüyün meyarlarından biri adlandırıblar
İslam İnqilabının Böyük Rəhbəri şiə və sünni arasında vəhdətə zərbə vurmaq və ixtilaf yaratmağı nemətlərə naşükürlülüyün meyarlarından biri adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar günü Həzrət Fatimə Zəhranın (s.ə) səadətli viladətinin ildönümü günündə bir qrup Əhli-Beyt (ə) məddahı və zakirini qəbul ediblər. Görüşdə İnqilab Rəhbəri deyiblər: Məzhəb kin-küdurətlərini qabartmamaq lazımdır. Çünki gün kimi aydındır ki, müsəlmanlar arasında ixtilaf yaratmaq islam düşmənlərinin əlində onların məqsədlərini həyata keçirən qılınc kimidir.
Xalqın inanc və etiqadlarını məhv etmək, islam quruluşunun hərəkət etdiyi yolda və İranın fəxrli xalqının mürəkkəb elektronika və informasiya vasitələrindən istifadə etməsi yolunda yayınmanı yaratmaq üçün İslam İnqilabı düşmənlərinin səylərinə toxunan İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Düşmənin məqsədi dünyada islamı diz çökdürmək və şiə ictimaiyyəti və şiə maarifinin örnək olmasının qarşısını almaqdır.
"İslam quruluşu düşmənin bu mürəkkəb məkrli planı qarşısında özünəməxsus imkan və vasitələrə malikdir. Məzhəbi məclislər və heyətlər, minbər və məddahlıq vasitəsi ilə insanlarla üz-üzə söhbətləşmək bu özünəməxsus imkanlardan biridir" –deyə İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər.
Həzrət Ayətullahülüzma Xamenei islam dünyası böyüklərinin vəhdətlə əlaqədar tövsiyələrinə toxunaraq bildiriblər: Həzrət İmam Xomeyni (rə) istər şiə, istərsə də qeyri-şiə, islam dünyasının öz islamçılığı ilə fəxr etməsinə vasitə oldu.
İslam İnqilabının Böyük Rəhbəri gözəl islami həyatı, abadlaşmış, azad, müstəqil, yüksək əxlaq və birliyə malik ictimaiyyətin yaradılması və pərhizkar ictimaiyyətin formalaşmasını islam ictimaiyyətinin məqsədlərindən nümunələr adlandırıb və vurğulayıblar: Belə bir ictimaiyyətə çatmaq yalnız səylə və tənbəllik, işsizlik və məyusluqdan uzaq qalmaqla reallaşacaqdır.
İnqilab Rəhbəri bəşər ictimaiyyəti üçün Fatimə Zəhranın (s.ə) həyatının böyük dərsini çalışmaq, səy göstərmək və pak yaşamaq adlandırıb və əlavə ediblər: Məzhəbi məclislər dinin parlaq ulduzlarının həyatının önəmli dərslərini bəyan etməkdə özünəməxsus fürsətə malikdirlər.

  • Yazılıb
  • da (də) 2014 Apr 21