Tarix : 2014 Apr 13
Kod 42511

Azərbaycanın dövlət xəbər agentliyi: Ayətullah Xamenei Qarabağ məsələsinin həllinin tərəfdarı olduğunu bildirib

Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri hələ də Azərbaycan mətbuatının diqqət mərkəzindədir
AranNews - Azərbaycan mətbuatının bir çoxu bu səfəri Tehran-Bakı əməkdaşılığı və münasibətlərinin genişlənməsi kimi dəyərləndirirlər.
Azərbaycanın dövlət xəbər agentliyi olan "AzərTac" öz yazılarında İlham Əliyevin İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei ilə görüşünü işıqlandıraraq yazıb: "Seyid Əli Xamenei Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğuladı. İranın Ali Rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirdi".
"AzərTac", İran və Azərbaycan ölkələri başçılarının birgə bəyanatının tam mətnini dərc edib və artırıb: "Azərbaycan Prezidenti İran İslam Respublikasına öz səfərini iki ölkə arasındakı münasibətlərin genişlənməsi üçün mühüm addım adlandırdı və İran Prezidentini ölkəmizə səfərə dəvət etdi".
Azərbaycan Prezidentinin İrana səfəri "APA" tərəfindən də əks etdirildi. Bu xəbər agentliyi İlham Əliyevin Ali Məqamlı Rəhbərlə görüşündən yazmaqdan əlavə İran İslam Respublikasının Prezidentinin Bölgədə coğrafi sərhədlərin dəyişdirilməsinin Tehran üçün qəbuledilməz olduğunu bildirməsini önə çəkdi. Habelə, APA yazdı: "İran prezidenti bildirdi: “Biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasının tərəfdarıyıq”.


  • Yazılıb
  • da (də) 2014 Apr 13