Tarix : 2014 Apr 13
Kod 42509

Ərdəbilin imam cüməsi: Azərbaycan Prezidentinin İrana səfəri Tehran-Bakı münasibətlərinin genişlənməsində dönüş nöqtəsi ola bilər

bu səfəri xoş qarşılayır və müsəlman ölkələrinin bir-birlərinə yaxınlaşmasıını dünya müstəkbirlərinin və beynəlmiləl sionizmin əleyhinə görürük
AranNews - Seyid Həsən Amili bu həftəninin cümə namazında Azərbaycan Rspublikasının prezidenti İlham Əliyevin İrana səfərinə işarə edərək, deyib:İlham Əliyevin İrana səfəri iki ölkə arasındakı əlaqələrlə bağlı əhəmiyyətli təsirə malik ola bilər və bu hər iki ölkənin xeyirinədir.
Ölkələr arasındakı əlaqələrin inkişaf etdirilməsinə İran hazırdır, bu barədə son qərarı Azərbaycan qəbul etməlidir.
İran həmişə Azərbaycanın xeyrini istəyib və bundan sonra da belə olacaq.
Həzrət Ayətullah Amili İranın Azərbaycana etdiyi xüsusi xidmətlər barəsində danışııb:
İran torpağından Bakı ilə Naxçıvan arasında rabitə üçün itifadə olunması, vizanı götürmək, gündəlik 3500 bütün ehtiyaclarını İran vasitəsilə təmin edən azərbaycanlını qəbul etmək və sanksiyalar şəraitində olmasına baxmayaraq onları öz süfrəsinə dəvət etməsi və Azərbaycanda tibbin olduqca zəif olduğu bir vaxtda azərbaycanlılara tibb xidmətlərinin göstərilməsi özü oxşarsız xidmətlərdəndir. Bunu da nəzərə alaq ki, azərbaycanlılar mülaicə üçün Türkiyə və Rusiyaya deyil, İrana gəlirlər.
Həmçinin İranın beynəlmiləl səviyyədə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsinə və Qarabağ döyüşləri zamanı xüsusi köməklərinə işarə etmək olar. Əlbəttə o dövrdəki Azərbaycan dövləti bu köməklərin müqabilində layiq olduğu kimi rəftar etmədi.
Azərbaycan rəsmilərinin İrana səfəri o zaman səmərəli olacaq ki, onlar İsraildən uzaqlaşsınlar, Azərbaycan daxilində İranla düşmənçilik cərəyanının rəhbərlərinə şərait yaratmasınlar, dini dəyərlərin müdafiəsinə görə həbs olmuş dini və elmi şəxsiyyətləri azadlığa buraxsınlar.
Seyid Həsən Amili söhbətinin sonunda belə əlavə edib: Biz hər halda bu səfəri xoş qarşılayır və müsəlman ölkələrinin bir-birlərinə yaxınlaşmasıını dünya müstəkbirlərinin və beynəlmiləl sionizmin əleyhinə görürük

  • Yazılıb
  • da (də) 2014 Apr 13