Tarix : 2015 Oct 06
Kod 46554

Azərbaycan dövlətinin Minada baş verən faciəyə qarşı passiv mövqinə baxış

Səudiyyə Ərəbistanının Həcc mərasimini idarə edə bilməməsi və bacarıqsızlığı üzündən baş vermiş faciədən sonra İlham Əliyevin Ali-Səud kralına sual yaradan başsağlığı mesajı göndərməsi...

Arannews-Minada baş verən faciə və çoxlu sayda zəvvarın həlak olmasının ardınca Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının kralı Məlik Salmana məktub ünvanlayaraq bu faciə ilə əlaqədar başsağlığı verib. Halbuki, Mina faciəsinin baş verməsinin səbəbi Səudiyyə Ərəbistanının Həcc mərasimini idarə edə bilməməsi və bacarıqsızlığı olmuşdur. Azərbaycanın prezidenti bu qəmə batmış ölkələrə və həlak olanların ailələrinə başsağlığı verməli idi .

Səudiyyə Ərəbistanının Həcc mərasimini idarə edə bilməməsi və bacarıqsızlığı üzündən baş vermiş faciədən sonra İlham Əliyevin Ali-Səud kralına sual yaradan başsağlığı mesajı göndərməsi Bakı-Riyad arasında son vaxtlar genişlənən münasibətlərə qayıdır. 2015-ci il 5 apreldə İ. Əliyevin öz ailəsi və bir qrup dövlət rəsmiləri ilə birlikdə qabaqcadan planlaşdırılmamış bir səfərdə ümrə həcci əməllərini yerinə yetirmək və Səudiyyə rəsmiləri ilə görüşmək üçün Ərəbistana yola düşdü .

Prezidentə bağlı saytların verdiyi xəbərə görə Səudiyyə rəsmiləri ilə görüşlərdə Bakı-Riyad münasibətlərinin müxtəlif sahələrdə genişlənməsi yolları araşdırılıb, regional və beynəlxalq mühüm məsələlər barədə müzakirələr olunub. İ. Əliyevin Riyada səfəri elə bir zamana təsadüf edirdi ki, o zaman Səudiyyə Ərəbistanı öz müttəfiqlərinə kömək məqsədilə Yəmənin məzlum və müdafiəsiz xalqına qarşı hərbi hücumlara başlamış, İran və Rusiyanın iqtisadiyyatını çökürtmək üçün neftin dünyada qiymətinin aşağı enməsinə çalışan qərblə əməkdaşlıq edirdi .

Hazırkı şəraitdə Azərbaycan dövləti Səudiyyə Ərəbistanına yaxınlaşmaqda öz siyasi, iqtisadi və dini maraqlarını təmin etmək ardıncadır. Son bir ildə qərb insan hüquqları mövzusunda Azərbaycana qarşı təzyiqləri artırmışdır. İ. Əliyev Səudiyyə Ərəbistanına yaxınlaşmaq taktikası seçməklə regionda yaranmış mövcud təhlükəsizlik və siyasi cəbhələşmədə Azərbaycanı bir növ ABŞ və sionist rejimin ardıcılı kimi göstərmək, bununla da Səudiyyə şahzadələri kimi qərbin insan haqları barədə söz tənqidi və təzyiqlərinə qarşı özünü sığortalamağı nəzərdə tutmuşdur. Digər tərəfdən neftin dünya qiymətinin aşağı enməsi və Azərbaycan dövlətinin büdcəsinin problemlə üzləşməsinin ardınca Bakı Səudiyyəyə yaxınlaşmaqla Riyadı öz neft siyasətlərini dəyişməyə razı salmaq istəyir .

İ. Əliyevin Səudiyyəyə yaxınlaşmasının siyasi və iqtisadi məqsədləridən əlavə, özünün anti-din prezident olmadığını göstərmək üçün dini sahədə də bu hədəfi davam etdirir.İ. Əliyev dövlətinin ölkənin şiə islamçılarına qarşı 2012-ci ildə Eurovision mahnı müsabiqəsinə hazırlaşdığı və ondan sonrakı dövrlərdə həyata keçirdiyi təzyiq və repressiyalarxalq arasındaİ. Əliyev dövlətini sərt üzlü anti-islamçı kimi tanıtdı. İ. Əliyev və onun ailəsi bu il Məkkə və Mədinəyə getməsi və səudiyyəlilərin Məscidul-həramda və Məscidun-nəbidə (s) onlara yaratdığı xüsusi şəraitdən istifadə etməklə çoxlu şəkillər çəkərək, media və sosial şəbəkələrdə geniş surətdə paylaşmaqla İslama etiqadlı və bağlı olduğunu göstərməyə cəhd etdi .

Digər tərəfdən Səudiyyə Ərəbistanı Azərbaycanla şiə olkəsi olduğuna görə münasibətləri genişləndirməkdə Yəmənə qarşı hücumlarında Bakını öz müttəfiqləri sırasına salmaq, digər tərəfdən də şiə dünyasına bu mesajı vermək istəyir ki, Səudiyyə Ərəbistanı anti-şiə  bir ölkə deyil. Səudiyyə Ərəbistanı İslam dünyasında terrorçu qrupları dəstəkləyən ölkə olaraq Bakı dövlətinin Azərbaycanda vəhabi ekstremist qrupları ilə qarşılaşmasına mane olmağa cəhd edir .

Yuxarıda deyilənlərə diqqət etməklə Azərbaycan dövlətinin Minada baş verən faciəyə qarşı passiv mövqe tutmasını daha yaxşı başa düşmək olar .

Əli Heydər Munəvvər

  • Yazılıb
  • da (də) 2015 Oct 06