Tarix : 2015 Oct 06
Kod 46553

Bakıda aksiya: adı Azərbaycanın, dadı İsrailin

Aksiya, Avropanın təzyiqləri qarşısında Azərbaycanı dəstəkləmək adı ilə keçirilsə də sionist rejimin xeyrini və qondarma rejimin Azərbaycanda təbliği məqsədini güdürdü. Bakı-Təl-Əviv arasında strateji əməkdaşlıq mövcuddur, amma Bakıda sionist rejim tərəfdarları müxtəlif mərasimlərdə sionist rejimin bayraqlarını qaldırmaqla Bakı-Təl-Əviv münasibətlərində həssaslığı və Azərbaycan xalqının bu cinayətkar rejimə qarşı mənfi baxışının rəngini zəiflətmək istəyirlər.

Arannews- Avropa İttifaqının Parlamenti qətnamə qəbul edərək Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti sərt tənqid etmiş, bu ölkədə siyasi fəalların və media işçilərinin qeyri-qanuni həbsi ilə bağlı öz narahatlığını bildirmişdir. Bundan başqa, ilk dəfə Azərbaycan məmurlarına - siyasi motivlər üzrə vətəndaşları təqib edən hakimlərə və siyasətçilərə qarşı sanksiyaların tətbiqi haqqında məsələ qaldırmış, qarşıdan gələn parlament seçkilərini izləmək üçün müşahidəçi göndərməyəcəyini bəyan etmişdir. Həmçinin, parlament Avropa Birliyindən Azərbaycanın prezidenti İlham Əliyev və onun ailəsi ilə bağlı korrupsiya ittihamı üzrə araşdırmaya başlamasını tələb etmişdir.

Qətnamənin ardınca Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Malena Mardı çağıraraq qətnaməyə etirazını bildirdi. Etirazda bildirilib ki, bu qətnamə Bakı-Brüssel münasibətlərinə ciddi xələl gətirəcək, qətnamə qərəzli və əsassız olmuşdur və Bakı buna ciddi cavab verəcək.

Avropa Parlamenti Azərbaycanın müharibə köçkünlərinin hüquqlarınn pozulmasına indiyə kimi heç bir reaksiya verməmiş və təkcə Bakı əleyhinə əsassız ittihamlar irəli sürmüşdür.

Azərbaycanın bir sıra yüksək səviyyəli rəsmiləri, o cümlədən Azərbaycan prezidentinin xüsusi köməkçiləri Əli Həsənov və Novruz Məmmədov, baş nazirinin müavini Əli Həsənov qətnaməni Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında qərəzli və təhrif olunmuş məlumatla dolu, Bakıya qarşı siyasi təzyiq vasitəsi, qərbin Azərbaycana həsədindən irəli gələn bir qətnamə adlandırmışlar.

Digər tərəfdən Azərbaycan dövləti Avropa Parlamentinin tənqidedici qətnaməsinə görə Avropa Komissiyasının nümayəndələrinin Bakıya qabaqcadan təyin edilmiş səfəri ilə razılaşmadı.

Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə görə Bakı-Brüssel münasibətlərində yaranan gərginlikdən sonra bir sıra qeyri-dövlət qurumlarının üzvləri Bakı icra hakimiyyətindən icazə almadan qətnaməyə etiraz əlaməti olaraq Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirdi.

Diqqəti çəkən mövzu polisin aksiya iştirakçıları ilə qarşılaşmaması oldu. Halbuki, dövlət ölkənin milli maraqlarının xeyrinə olub-olmamasından asılı olmayaraq, siyasi müxalifət partiyalarının, yaxud islamçıların aksiyaları ilə sərt qarşılaşır və icra hakimiyyətinin icazəsi olmadan keçirilən hər bir toplantını qeyri-qanuni hesab edir. Bunun nümunəsini Qarabağ Azadlıq Təşkilatının üzvlərinin son aksiyasında gördük. Erməni idmançıların Bakıda keçiriləcək yarışlarda iştirakına etiraz edənlər polis qüvvələrinin sərt reaksiyası ilə qarşılaşdılar.

Yazıçını Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi qarşısında kerçirilən aksiyaya həssas edən mövzu bu aksiyada Bakı-Təl-Əviv münasibətlərini dəstəkləyən qüvvələrin iştrakı və sionist rejimin bayraqlarının dalğalandırılması oldu. Aksiya, Avropanın təzyiqləri qarşısında Azərbaycanı dəstəkləmək adı ilə keçirilsə də sionist rejimin xeyrini və qondarma rejimin Azərbaycanda təbliği məqsədini güdürdü. Bakı-Təl-Əviv arasında strateji əməkdaşlıq mövcuddur, amma Bakıda sionist rejim tərəfdarları müxtəlif mərasimlərdə sionist rejimin bayraqlarını qaldırmaqla Bakı-Təl-Əviv münasibətlərində həssaslığı və Azərbaycan xalqının bu cinayətkar rejimə qarşı mənfi baxışının rəngini zəiflətmək istəyirlər.  

Əli Heydər Munəvvər

 

  • Yazılıb
  • da (də) 2015 Oct 06