Tarix : 2015 Sep 16
Kod 46478

Azərbaycan vətəndaşlarının Surayaya ezam etməkdə azəri vəhabilərinin rolu

Son vaxtlarda qeyri-qanuni silah saxlamaq və Suriyadakı İŞİD terrorçuluarına qoşulmaqda...

Arannews- Son vaxtlarda qeyri-qanuni silah saxlamaq və Suriyadakı İŞİD terrorçuluarına qoşulmaqda təqsirli bilinərək, Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş Azər Əyyubov və Vüqar Hacıyev öz ifadələrində əslində düzgün olmayan dini təbliğatlara aldandıqlarını bildiriblər və etiraf ediblər ki, onları Suriyada gedən döyüşlərə Əlixan Musayev cəlb etmiş, təşfiq etmiş və aldatmışdır. 

Suriyada daxili döyüşlər başladıqdan sonra bir sıra Azərbaycan ətəndaşlar terrorçu qruplara qoşulmaq məqsədilə Suriyaya ezam olundular. İndiyə kimi Dəməşq dövləti ilə "cihad" adı ilə Suriyaya göndərilmiş yüzlərlə azəri ölmüşdür. Azərbaycan vətəndaşlarının Suriyaya göndərilməsinin kökünü Bakı dövlətinin vəhabilərin bu ölkədə fəaliyyətinə göz yummasında axtarmaq lazımdır. Azərbaycan hökuməti şiə islamçılarının fəaliyyətlərinin qarşısını almaq məqsədilə vəhabilərin təbliğinə göz yumdular, Səudiyyə Ərəbistanı və Kuveytin xeyriyyə adı ilə Azərbaycanda, əsasən də ölkənin şimal və Rusiya ilə sərhəd bölgələrində təbliğlərinə mane olmadılar.

Suriya hadisələrinin başlanması, maddi amillərin və Əlixan Musayev kimi bir sıra vəhabilərin təbliğatları nəticəsində ölkə vətəndaşlarının Suriyaya ezam edilməsindən sonra Azərbaycan təhlükəsizlik orqanları başa düşdülər ki, Suriyada müharibə başa çatdıqdan sonra ora getmiş terrorçuların ölkəyə qayıtması Azərbaycanın təhlükəsizliyi üçün təhdidə çevriləcək. Ona görə də indi vəhabilərin hərəkətinin və dini ekstemizmin qarşısını almağa cəhd edirlər. Bu yönümdə artıq Azərbaycan-Suriya arasında gediş-gəliş edən bir neçə nəfəri həbs ediblər.

Azərbaycanda vəhabi təhlükəsi artmaqdadır. Ölkənin dini rəsmiləri Azərbaycanda vəhabilərin sosial bazası olmamasını desələr də vəhabilərə aid olan məscidlər namaz  vaxtı ifratçı vəhabilərlə dolu olur.

Azərbaycanın dini rəsmilərinin tədbirsizliyi üzündən ölkədəki vəhabi başçıları dini ekspert adı ilə cəmiyyətə tanıdıldı və vəhabiliyin təbliğ edilməsi yolları asanlaşdı. Diqqəti çəkən mövzu budur ki, vəhabi başçıları ekstremizm və radikallıqla müxalif olduqlarını rəsmi söylədiklərinin əksinə olaraq öz xüsusi məclislərində ekstremizmi təbliğ edir və camaatı Suriyadakı terrorçulara qoşulmağa həvəsləndirirlər. Əlixan Musayev kimilər belə xüsusi məclislərdə öz çıxışlarında Suriyadakı hadisələri cihada bənzədir, camaatı orada iştiraka dəvət edir. Bunu Azər Əyyubov və Vüqar Hacıyevin ifadələri bir daha təsdiqlədi.

Azərbaycanda vəhabiliyin təbliği üçün ağır məbləğdə pullar xərclənir. Bu ölkədə iqtisadi problemlərə diqqət etməklə dini məlumatı olmayan adamlar asanlıqla aldanırlar. Lakin, həqiqi dini tanıyanlar heç vaxt onların yalanlarına uymurlar. İŞİD və radikal qruplar Azərbaycanda lazımı gizli ideologiya və bazaya malikdirlər. Azərbaycan dövləti ölkə prezidenti İlham Əliyevi hökuməti qəsb edən bilən İŞİD və radikal qruplarının təhdidlərinin qarşısını almaq üçün onlarla qarşılaşmaqdan başqa çarəsi yoxdur.

Əli Heydər Münəvvər, politologiya ixtisası üzrə doktorant

  • Yazılıb
  • da (də) 2015 Sep 16