Tarix : 2015 Sep 04
Kod 46407

Azərbaycanın parlement seçkilərinə ötəri baxış/ Əli Heydər Munəvvər

Azərbaycanda demokratiyanın olmasını göstərmək üçün bir neçə mandat da müxalifət partiyalarına veriləcək.

AranNews- Azərbaycanın parlement seçkiləri ölkə başçısı İlham Əliyevin sərəncamı ilə noyabrın 1-də keçiriləcək.Artıq bəzi siyasi partiyalar öz namizədlərini də müəyyənləşdiriblər. Ölkənin bir sıra siyasi partiyaları bloklar təşkil etməklə, bəziləri də fərdi surətdə deputatlığa  namizədlərini verərək seçkilərdə iştirak edəcəklər.
Dövlətin ən böyük müxalifət partiyalarıdan sayılan Musavat Partiyası hələ ki, heç bir siyasi bloka üzv olmayıb və seçkilərdə müstəqil surətdə iştirak etmək niyyətindədir. 2014-cü ildə Musavat partiyasına başqanlıq üstündə daxili çəkişmələr üzündən bu partiya zəifləsə də nəhayət Musavat öz namizədlərinin siyahısını hazırladı və namizədlər arasında sabiq lideri İsa Qənbər də vardır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası da Musavat kimi partiyadaxili çəkişmələr, çoxlu sayda üzvünün sabiq müavin Razi Nurullaha qoşulması və AXCP-nin sabiq lideri Əli Kərimlinin çıxarılması üzündən zəiflədiyinə görə seçkilərə Cəmil Həsənlinin rəhbərliyi altında olan Milli Şuranın tərkibində qatılacaq.
Halbuki, AXCP-nin də üzv olduğu Demokratik Qüvvələrin Milli Şurası parlament seçkilərində iştirak etmək barədə qərara gəlməyib və Azərbaycanda düzgün və demokratik seçkilər keçirilməsinə təkid edir.
Azərbaycanın əsas partiyalarından olan Azərbaycan İslam Partiyası da hələ seçkilərə qatılmaq barədə fikrini açıqlamayıb.
İndiyə kimi təkcə Ümid partiyası seçkilərdə iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Diqqəti çəkən budur ki, seçkilər yaxınlaşsa da Azərbaycanda seçki səs-sədası görünmür. Bunun səbəbini müxalifət partiyalarının seçkilərin düzgün və demokratik keçirilməsinə inanmamasında axtarmaq lazımdır. Onların fikrincə bu seçkilərdə də səsvermə qutularını dövlət özü dolduracaq və qabaqkı seçkilərdə olduğu kimi deputat mandatlarını özlərinə aid edəcəklər. Əlbəttə, gözlənilən budur ki, zahirdə Azərbaycanda demokratiyanın olmasını  göstərmək üçün bir neçə mandat da müxalifət partiyalarına verəcək. 

  • Yazılıb
  • da (də) 2015 Sep 04