Tarix : 2015 Aug 22
Kod 46347

Azərbaycanda ən tanınmış hüquq müdafiəçisinin həbs edilməsinə baxış

Leyla Yunusun həbsi Avropa ölkələri üçün bir sınaqdır ki, bundan sonra da Azərbaycanda insan hüquqları barədə icrasına zəmanət olmayan bəyannamələr verəcəklər, yoxsa Azərbaycanda repressiyanın qarşısını almaq üçün əməli addım atacaqlar?

AranNews - Azərbaycan Respublikası Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus siyasi sensasiyalı həbsidən neçə ay ötdükdən sonra nəhayət, Bakı məhkəməsi heç bir sənəd və fakt təqdim etmədən onu korrupsiyada ittiham edərək 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarıb.

Azərbaycanın bir çox partiya və ictimai qurumların nəzərinə görə 60 yaşlı Leyla Yunus Azərbaycanın müstəqillik əldə etməsindən sonra ən tanınmış hüquq müdafiəçisi olmuşdur. Əlbəttə, ölkənin bəzi dairələrinin fikrincə, Leyla Yunus Sülh və Demokratiya İnstitutunun direktoru olaraq qərbyönümlü qanada məxsus olan insan hüquqları müdafiəçisi hesab olunur. Lakin, onun fəaliyyətlərinə və mövqeinə nəzər saldıqda, görünür ki, o, digər hərəkatları, o cümlədən hicab müdafiəçiləri olan islamçıları də müdafiə etmiş, hökumətin dindarların aksiyalarının yatırılmasını tənqid etməkdə müstəqil "insan hüquqları müdafiəçiləri"ndən öndə olmuşdur.

2010-cu ildə müstəqil KİV əməkdaşları və hicab qadağasına etiraz edən islamçılara qarşı sərt repressiyanın yeni dövrü başladı. Bakı dindarları bunu 1937-ci ildəki Stalin dövrünün repressiyalarına bənzədirdilər. Bu zaman bir çox müstəqil və qərbyönümlü hüquq müdafiəçiləri razılıq bildirən sükutu seçdilər, onlarla islamçının işgəncələrinin, həbs və şəhadətlərinin izləyicisi oldular. Lakin, Leyla Yunus o zaman dövlətin repressiya hərəkətləri əleyhinə mövqedən çıxış etdi və bu mövzunu qərblilərin qulağına çatdırmağa çalışdı. Ona görə də Leyla Yunus və onun həyat yoldaşı, hüquq müdafiəçisi Arif Yunus və onların İnstitutu son illərdə dövlət orqanları tərəfindən təzyiq və təhdidlərlə üzləşdi. Dövlət ikra diplomatiyasını işə salmaqla (xüsusilə də qərb və Arvopa rəsmilərini və təşkilatlarını razı salmaqla) paralel olaraq və qərbə enerji üstünlükləri verməyi sərtləşdirdikdən, həmçinin onlarla islamçı fəalı həbs etdikdən sonra tanınmış hüquq müdafiəçilərinin həbsinə başladı. Bu prosesdə Leyla Yunus və onun əri Arif Yunus da həbs edildilər. Keçmiş sovet hökumətinin üslublarına uyğun olaraq Azərbaycanda bütün dövlət müxalifləri 4 şərlə ittiham edirlər; narkotik maddələr, silah saxlaması, korrupsiya, casusluq. Bu çərçivədə Leyla Yunus korrupsiyada (dələduzluqda, vergi ödəməkdən yayınmaqda və digər bu kimi əməllər) ittiham olundu. Halbuki, Azərbaycan hadisələrinin yaxından izləyən müşahidəçilərin fikrincə, Leyla Yunusun İlham Əliyev dövlətini açıq-aşkar tənqid etməsi onun həbsinə səbəb olmuşdur.

Hüquq müdafiəçisinin korrupsiyada ittiham olunması elə bir durumdadır ki, o özü dəfələrlə ölkədə baş alıb gedən korrupsiya və hakim ailənin inhisarçılığından danışmış, ölkəyə tarac sisteminin hakim olduğunu, onların da başında İlham Əliyevin Bakını öz manopoliyasına almasını, digər şəhərləri də nazirləri və yaxınları arasında bölüşdürməsini tənqid etmişdir.

Azərbaycan Respublikası məhkəməsinin 60 yaşlı xanım Leyla Yunusa 8 il 6 ay həbs hökmü çıxarması bir tərəfdən ölkə xalqını və siyasi fəallarını şoka saldı, digər tərəfdən isə onlar üçün bu adi idi. Ona görə heyrətləndiricidir ki, Azərbaycan kimi bir camiədə bu yaşda qadına belə bir hökm çıxarılır. Halbuki, bu ölkədə istər kommunistlərin hakimiyyəti dövründə, istərsə də qərb və sionist mədəniyyətinin hakim olduğu bir zamanda süni tətbiqlə modernləşdirilmə aparılmasına baxmayaraq, həmişə qadınların, əsasən də yaşlı qadınların yerləri xüsusi olaraq qorunub saxlanılıb və onlar üçün xalq tərəfindən bir növ bəyənilən toxunulmazlıq olub. Lakin, Leyla Yunus barədə bu toxunulmazlıq riayət olunmadı, üstəlik, ona əsassız bir ittihama görə belə bir həbs cəzası verilməsi hakim partiyadan olan sabiq deputat Gülər Əhmədovaya çıxarılan hökm ilə müqayisədə Azərbaycanın sifarişlə işləyən məhkəmə sistemində ayrıseçkiliyin hansı həddə olduğunu göstərir. Hakim partiyanın Milli Məclisdə sabiq nümayəndəsi xanım Gülər Əhmədovanın korrupsiyada əli olması sübuta yetməsinə baxmayaraq, ona 3 il həbsə məhkum olundu və qısa bir müddətdən sonra da ölkə başçısı İ. Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu və bir qəhrəman kimi evinə qayıtdı. Çünki səhv ya düz asılı olmayaraq Azərbaycanın ümumi mədəniyyətində bir qadını sıxıntıya salmaq, xüsusilə də o yaşlı qadın olarsa, qəbuledilməz və yolverilməzdir. Belə ki, Gülər Əhmədovanın yaxınları onun şəkillərini, gözü yolda qalan övladının və onun ağlamaq şəkillərini mediada paylaşdıqda xalqın çoxu Milli Məclisin xətaya yol vermiş bu deputatının bağışlanmasının tərəfdarı razı olurdular. Halbuki, onun cinayəti sübuta yetmişdi və ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev onun rüşvət alması ilə bağlı videonu yayaraq ölkənin hakim heyətini dünyada rüsvay eləmişdi. Gülər Əhmədova bildirir ki, Elşad Əliyevin adını Milli Məclisdə deputat ola biləcək deputatlığa namizədlər siyahısına salmaq üçün ondan aldığı külli miqdarda (bir milyon dollar, ya daha çox) pulu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə vermişdir.

Leyla Yunusa qarşı irəli sürülən ittiham Avropa müəssisələrinin Bakıda hüquq müdafiəçiləri kimi fəaliyyət göstərən öz əməkdaşlarına göndərdikləri pulların qeyri-qanuni şəkildə yerbeyer edilməsidir. Həmin hüquq müdafiəçilərinin fəaliyyət üçün rəsmi lisenziyaları olmadığından pullar Sülh və Demokratiya İnstitutunun hesabına köçmüş və xanım Leyla Yunus İnstitutun bank hesabından istifadə edərək, pulları onların Azərbaycandakı əməkdaşlarına çatdırmışdır. Azərbaycana hakim siyasi xarakterdə bu hərəkət, yəni xarici təşkilatlardan əvəzsiz kömək (qrant) almaq cinayət və qəbul edilməz deyil. İndiyə kimi də dövlət və siyasi qanadlar bunu təsdiq etmiş və ondan istifadə etmişdir. Leyla Yunus da bu qaydadan müstəsna deyil. Təkcə fərq bundadır ki, bütün xarici-qərbi və qeyri-qərbi yardımları öz nəzarətində saxlamağa çalışır və onları öz tərəfdarları olan qurumlara verir. Bu proqram çərçivəsində Azərbaycanın Milli Məclisi qanun qəbul etdi və bu qanuna əsasən, ölkənin bütün partiyaları, qeyri-dövlət təşkilat və qurumları qərb, Avropa və digər  ölkələrin təşkilatları ilə razılaşmaları və onlardan aldıqları əvəzsiz yardımlar barədə dövlətə raport versinlər.

Bir çox ekspertlər belə düşünürlər ki, tutaq ki, Leyla Yunus və onun həyat yoldaşı Sülh və Demokratiya İnstitutunun qərbdən aldığı yardımlar barədə, həmçinin qərb təşkilatlarının bu İnstitutun bank hesabı vasitəsilə özlərinin Bakıdakı əməkdaşlarına göndərdikləri pullar barədə dövlətə məlumat verməyib; buna baxmayaraq dövlət Leyla Yunusla da ən azından Gülər Əhmədova ilə etdiyi rəftarı edə bilməzdimi? Və bununla da Azərbayacana hakim mədəni meyarları belə ayaq altına salmasın? Dövləti məhz tənqid etmək öz-özlüyündə siyasi tənqidçilər barədə bütün prinsipləri pozmağa icazə verirmi? Həbsdə saxlanılan zaman, məhkəmə və həbsxanada xanım Leyla Yunusa qarşı davranışlarlara heyrətlər hamısı bu baxışdandır.

Amma Azərbaycanda demək olar ki, hamı belə heyrətləndirici hadisələri adi kimi qəbul edir. Çünki dövlətin öz müxalifləri və tənqidçiləri ilə artıq adi bir hal alıb. Məsələn Azərbaycandan xaricdə eşidiləndə ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov məhz ölkə məktəblərində hicab qadağasına etiraz və ölkə başçısını bu yasağa görə qınadığına görə 12 il həbs cəzasına məhkum olunur və ən ağır həbsxana şəraitində saxlanılır- hamı şoka düşür. Lakin Azərbaycan camaatı ruhani və dini fəallara qarşı orta məktəblərdə hicab qadağasına, Bakıda homoseksualların paradına, sionist rejimin cinayətlərinə etiraz etdiklərinə, ölkədə vəhabi-təkfirçi hərəkatının süni genişlənməsinə zəminələr yaradılmasını tənqid etdiklərinə görə 11, 12 il həbs cəzası verilməsini eşidəndə artıq onlar üçün qəribə gəlmir.

Bakıda çapdan çıxan Monitor jurnalının naşiri və baş redaktoru Elmar Hüseynov prezident ailəsini manopoliyasını tənqid etdiyi üçün 2003-cü ildə odlu silahla ağzından vurulan güllə ilə qətlə yetiriləndə bəlkə də çoxları heyrətə düşdülər. Amma indi bu hadisənin üstündən 10 ildən çox keçdiyi bir zamanda bu ilin avqust ayında jurnalist Rasim Əliyev fotbol komandalarının birinin kapitanının kiprli jurnalistə qarşı hərəkətini tənqid etdiyinə görə ölüm məqsədilə döyüldü və ondan bir az sonra aldığı yaralar nəticəsində öldü. Bu hadisənin baş verməsinə Azərbaycanda heç kəs təəccüb etmədi. Xüsusilə də sonradan məlum oldu ki, tənqidçi jurnalistin ölümünə səbəb olmuş tənqid edilən futbolçu vəhabi hərəkatının üzvü olmuşdur. Çünki vəhabilər və sionistlər dini bir camiədə dövlətin rəsmi və qeyri rəsmi şəkildə İslam təlimlərinin qarşısını alması üzündən yaranan dini boşluqdan yetərincə istifadə edir və meydanda cövlan edirlər.

Hər halda Leyla Yunisun həbsi Avropa ölkələri üçün bir sınaqdır ki, bundan sonra da nefti demokratiyadan üstün tutaraq Azərbaycanda insan hüquqları barədə icrasına zəmanət olmayan bəyannamələr verəcəklər, yoxsa Azərbaycanda repressiyanın qarşısını almaq üçün əməli addım atacaqlar?

Bu həbs həm də Azərbaycanın insan hüquqları müdafiəçiləri üçün bir sınaqdır ki, ən tanınmış hüquq müdafiəçisinin həbsinə müşahidəçi olacaqlar, yoxsa beynəlxalq kompaniyalarda Bakı dövlətinin bu hərəkətlərinə qarşı öz etirazlarını bildirəcəklər?

Bu arada Azərbaycan İslam Partiyasının xanım Leyla Yunusun hüquqlarını müdafiə etməsi və onun Azərbaycanda insan hüquqlarını cəsarətlə müdafiə edən bir simvol olmasına təkid etməsi bu ölkədə İslam hərəkatının bütün azadfikirli hərəkət və səsi dəstəkləməsini göstərir.

Qeyd

Məhkəmə və həbs öyrənmək və ibrət almaq üçün də çox maraqlı bir fürsətdir. Azərbaycanda baş verən hadisələrin izləyicisi kimi, bu ölkə məhkəməsində azərbaycanlı jurnalistlərdən birinin mühakiməsində iştirakçı etdim və özüm yaxından şahid oldum ki, məhkəmədə bu jurnalistin "Bəni-İsrailin bəhanələri" atalar sözünü işlətməsi səbəb oldu ki, onun vəkili, məhkəmənin hakimi, şikayətçi və onun vəkili bu ifadənin mənasını anlamaq üçün məcburi olaraq Qurani-kərimin "Bəqərə" surəsinə müraciət etsinlər, Quranın məlumatlarını öyrənsinlər və başa düşsünlər ki, Bəni-İsrail qövmü nə üçün bəhanə gətirməkdə məşhurdur və Bəni-İsrail qövmü ilə indiki israillilər arasında bir bağlılıq varmı?

Azərbaycanda yunusların Qurani-kərimdə həzrət Yunusun (ə) hekayəsini oxumuq üçün yaxşı fürsətdir. Həzrət Yunus (ə) illərcə öz qövmünü düz yola dəvət etdi. Nəhayət, onların hidayət olmaq istəməməsi üzündən öz təbliğ və hidayətinə davam etmək əvəzinə öz qövmünə nifrin edərək, onların arasından çıxdı. Allah Taala onu tənbih etmək üçün onu balığın qarnında həbs etdi və həzrət Yunus (ə) tövbə etdikdən sonra zindandan azad oldu, üstəllk, Allahın istəyi ilə gələcək nəsillərin ibrət alması üçün hidayət çırağı oldu.

Burhan Hişməti



  • Yazılıb
  • da (də) 2015 Aug 22