Tarix : 2015 Aug 02
Kod 46257

Ədalət və İnkişaf Partiyasının 7 iyun seçkilərində məğlubiyyətinin səbəbi -təhlil

Türkiyənin siyasi tarixi hadisə və dəyişikliklərlə doludur.

AranNews – Türkiyə siyasətində baş verən yeni hadisələr və Ədalət və İnkişaf Partiyasının parlamentdə qabaqkı seçkilərə nisbətdə daha çox mandat əldə edə bilməməsi beynəlxalq ümumi fikrin və siyasi dairələrin təəccübünə səbəb oldu. Başqa sözlə, ali darirələrdə belə bir sual yarandı ki, bu Türkiyədə ərdoğançılıq məktəbinin sonuna işarədir, yoxsa Türkiyə camiəsi post-islamçılıq mərhələsinə daxil olur? Yaxud da dövrü və adi olub, Türkiyə ölkəsi qabaqkı kimi Ədalət və İnkişaf Partiyasının (AKP) hökumətçiliyi və onun elitasının ideologiyası üfüqündə hərəkət edəcək? Bu məsələni dəqiq təhlil etmək üçün ilk növbədə tarixə, demokratik sistemlərə və partiyalara ötəri nəzər salmağa ehtiyac duyulur.

Türkiyənin siyasi tarixi hadisə və dəyişikliklərlə doludur. Müasir Türkiyə yaranmasının ilk dövrlərindən milliyyət, mədəniyyət çoxluğu, ənənə və müasirlik arasında ziddiyət yaranması yönəmindən siyasi məğlubiyyətləri üzündən əziyyət çəkir. İndiyə kimi Türkiyənin siyasi səhnəsində 1960, 1970 və 1981 olmaqla üç çevrilişin şahidiyik. Digər tərəfdən Türkiyədə hökumət başına gələn dövlətlərin fəaliyyətlərinə diqqət etdikdə bir şeyi başa düşmək olur ki, hakim partiyaların hökumətdə qalmaq davam və ömrü onun dörd illik qanuni hökmranlıq müddətindən də az olubdur. Səs çoxluğu toplamaqda və koalisiya hökuməti yaratmaqda partiyaların bacarıqsızlığı adi hala  çervilmişdir. Bu arada AKP Türkiyənin belə bir həyəcanlı siyasi səhnəsindən meydana ayaq qoydu və ilk günlərdən Yeni Türkiyə qurmaq, Türkiyənin əzəmətini dirçəltmək kimi ortaq milli və mədəni ideyalardan istifadə etməklə ümumi fikri özünə cəlb edə bildi.

Bununla da AKP digər partiyalarla koalisiya qurmağa ehtiyacı olmayan ilk partiya oldu siyasi gücü öz əlinə aldı və bu müddət ərzində təşkilatlar və kadrlar yaratmaqla, habelə Türkiyənin 70% enmiş iqtisadiyyatını 8%-ə çatdırmaqla yanaşı olan iqtisadiyyat sahəsində uğurlu fəaliyyəti iləöz yerini möhkəmlədə bildi.

Bütün bunlar AKP-nin hökmranlığının davamlı olmasına səbəb oldu. Ona görə də əgər bu gün AKP-nin 9% səsinin azalmasının şahidi oluruqsa onu bu partiyanın həyatının sonu kimi dəyərləndirmək olmaz. Partiya hələ də parlamentdə mandat üstünlüyünü qoruyub saxlayır. Bu partiyanın 7 iyun seçkilərində ideoloji rəqibi səslərin 25%-ni toplaya bildi. Halbuki, keçən dəfəki seçkilərdə də bu qədər səs toplaya bilmişdi. Ona görə də AKP-nin elitası heç bir partiyanı onlara çatacaq bir gücdə görmürlər və inanırlar ki, parlamentdə 258 mandat olmaqla hələ də Türkiyənin sevimli və ölkənin siyasi tarixində ilk partiyadır.

Türkiyənin partiya quruluşlarının mahiyyəti barədə demək olar ki, parlement quruluşu və demokratiya onların qələbə və məğlubiyyətinə bağlıdır. Başqa sözlə, bu növ quruluşların fərq və üstünlüyü onların güclərinin sabitliyində və dəyişikliyinin qızıl nöqtəsinədir. Əgər bu günləri Türkiyənin siyasi səhnəsində sözü gedən dəyişikliklərin şahidiyiksə, bunu ərdoğanizm məktəbinin və islamçılığın məğlubiyyəti kimi qiymətləndirmək olmaz. Təkcə demək olar ki, Türkiyənin siyasi həyatında baş verən bu hadisələr ölkənin siyasi səhnəsində yeni partiya və qrupların yeni narahatlıq və ideyalarla yaranmasına səbəb oldu. Bu qruplar keçmişdə olduğunun əksinə olaraq monologiya, monopoliya və qütbçülüyü inkar edir və Türkiyənin siyasətində yeni yanaşma və fikirlərin dinləməsinin tərəfdarıdırlar. Seçkilərdə irəli keçən qruplardan biri də kürd partiyasıdır (HDP). Kürdlər öz siyasi fəaliyyətlərinn başlanğıcından heç vaxt Türkiyənin siyasi səhnəsində indiki kimi təsirli rol ifa edə bilməmişdilər. Onlar inkar mərhələsində keçdikdən sonra indi Türkiyənin siyasi hakimiyyəti tərəfindən rəsmi olaraq tanınırlar. Onlar seçkilərdə yetərsayı (10%) toplayaraq rəsmi surətdə parlamentə daxil ola bildilər. Kürdlər keçən dəfəki seçkilərdə cəmi 6% səs toplaya bilmişdilər. Lakin, indi parlamentdəki yerelərin 13%-ni əldə edə biliblər. Bunları müqayisə etdikdə belə məlum olur ki, AKP-nin 9% səs itirməsi kürdlərin partiyasının güclənməsi ilə birbaşa əlaqəlidir. Bu baxışla Türkiyə seçkilərinin həqiqətləri daha artıq aşkar olur. AKP-nin kürd dilli cəmiyyət arasında nüfuzu azalmışdır. Bunun da səbəbi Kobani hadisələri və minlərlə kürdün köçkün düşməsidir. Türkiyə prezidenti bu hadisələrdə açıq-aşkar olaraq kürdlərlə mübarizəyə qalxdı və bu məsələ də ona qarşı tənqidlərin artmasına gətirib çıxardı. Bu üzdən demək olar ki, Ədalət və İnkişaf Partiyası özlərinin bir sıra siyasətlərinin nəticəsində xaql tərəfindən qarşılanmanın azalması ilə üzləşdilər. Əlbəttə, bu enmə AKP-nin Türkiyənin iqtisadi və mədəni sahələrində onun siyasətlərinin puç olması mənası daşımır.

Niknam Bəbri

  • Yazılıb
  • da (də) 2015 Aug 02