Tarix : 2015 Aug 02
Kod 46250

Yeni balansın zühuru: Terrorizmlə mübarizədə İran və Türkiyənin rolu

İran İslam Respublikası terrorçu qrupların məntəqədə zühuru ilə eyni zamanda Suriya və İraqın qanuni dövlətlərini dəstəkləməklə yanaşı terrorçu qruplarla mübarizəyə qalxdı.

Arannews - Bəzi qərb və region ölkələrinin terrorizmi idarə etmək məqsədilə terrorçuları dəstəkləməsi və öz böyük siyasətlərini yeritmək üçün onlardan istifadə etməsi, Qərbi Asiya regionunda terrorizm və ifratçılıqla mübarizədə qəsdən təxir etməsi məntəqə və dünya üçün öz ardınca əvəzedilməz xəsarətlər və xərclər gətirmişdir. Zamanın ötməsi bu ölkələrin səhv siyasətini daha çox aşkar edir. İran İslam Respublikası terrorçu qrupların məntəqədə zühuru ilə eyni zamanda Suriya və İraqın qanuni dövlətlərini dəstəkləməklə yanaşı terrorçu qruplarla mübarizəyə qalxdı. Bunun üzərindən 4 il ötməsi ilə artıq ümud işığı görünməkdədir. Qərb ölkələri girov götürülmüş vətəndaşlarının terrorçuların əlində öldürülməsini gördükdə əvvəl onlarla mübarizə etmək üçün koalisiya yaratdılar. Əlbəttə, bu koalisiyanın yaranma məqsədi haqda hələ də şəkk-şübhələr mövcuddur. Digər tərəfdən də məntəqənin ərəb ölkələrinin çoxu, onların da önünündə Ərəbistan olmaqla hələ də terrorçu qruplaşmaları dəstəkləməsinə davam edir. Bu arada Türkiyədə yeni hadisələrin baş verməsinin şahidiyik.

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda İŞİD tərəfindən törədilən terror aktının ardınca belə nəzərə gəlir ki, mühüm dəyişiklik baş verməkdədir. Onunla eyni vaxtda Türkiyə PKK-nın hücumları ilə də qarşılaşıb. Bu qrup bir neçə əyalətə, həmçinin Adiyaman, Diyarbəkr və Ceylan Pinara hücum edib və Türkiyənin bir neçə polis və əsgərini qətlə yetiriblər. Bu hadisələr Türkiyənin öz üslubunu dəyişdirməyə məcbur etdi və birdən-birə terrorçularla mübarizə ölkə başçılarının gündəliyində dayandı.

Türkiyə camiəsi daha da artan sabitsizliyə və narahatlığa düçür olduqdan sonra ölkə rəhbərləri İraq və Suriyada PKK və İŞİD terrorçularına qarşı bərk mübarizəyə başlayıb. Bununla da Türkiyə bu qruplar qarşısında öz üslubunu dəyişməsindən 4 ildən sonra yenidən öz hərbi-təhlükəsizlik siyasətlərini başladıb. Bundan qabaq Türkiyə bu terrorçu qrupları dəstəkləməkdə ittiham olunurdu.

Bu hadisələrdə Türkiyənin NATO-da müttəfiqi olan ölkələr də Türkiyəni dəstəklədilər və terrorçulara qarşı hava hücumlarına müsbət münasibət bildirdilər. Bu çərçivədə Türkiyə NATO-nun nizamnaməsinin 4-cü bəndinə işarə edərək fövqəladə iclasın çağırılmasını və bu iclasda Türkiyənin qəti dəstəklənməsini istədi.

Bu hadisələrin həm regiona həm də dünyaya mühüm nəticələri olacaq. Demək olar ki, Suruç hadisəsindən sonra dönüş nöqtəsi yarandı. Bu barədə üç əsas komponentdən danışmaq olar:

Birincisi budur ki, Türkiyənin anti-terrorçuluq siyasəti dəyişib və 4 ildən sonra PKK ilə yanaşı İŞİD-ə qarşı da mübarizəyə başlayıb. Digər tərəfdən Türkiyənin daxilində də PKK və İŞİD qruplaşmalarının yüzlərlə üzvü saxlanılıb.

İkincisi, Türkiyə məntəqədə terrorçuluqla mübarizədə yeni yol seçib, yəni Türkiyə PKK və İŞİD-lə mübarizədə ciddidir. Baxmayaraq ki, bu gecikmiş bir addımdır və artıq məntəqə ölkələri, xüsusilə də İraq və Suriya əraziləri ifratçı və terrorçu yetişdirən və dünyanın müxtəlif nöqtələrinə göndərən məntəqəyə çevrilib. Türkiyənin terrorçularla daha öncədən mübarizəyə başlamış İran kimi ölkələrlə əməkdaşlıq etməsi bu acı hadisənin (terrorizmin) kökünü kəsməyə daha çox kömək edər. Bu tərtiblə Qərbi Asiya və dünyanın ən ümdə məsələsinə çevrilmiş İŞİD-lə mübarizə etmək üçün terrorçu qruplaşmalar səhnədən xaric edilməlidir. Bu proses Türkiyə və İranın məntəqədəki rolunu daha da təsirli edə bilər.

Üçüncüsü, belə bir sual ortaya çıxır ki, bundan sonra Türkiyədə terrorizm məsələsi hansı formada həll olunacaq və İŞİD-lə mübarizə necə olacaq? Belə gözlənilir ki, bundan sonra bu proses yeni və fərqli siyasətlə həyata keçəcək. Sözsüz ki, bu iki qrup (PKK və İŞİD) və digər terrorçu qruplaşmalarla mübarizə təkcə hərbi mübarizələrə söykənə bilməz. Ona görə də dünya ölkələrinin terrorçuluqla mübarizədə qeyri-hərbi əməkdaşlıqlardan da faydalanması zəruridir. Bu proqram çərçivəsində gərək ilk növbədə terrorçuların ideologiyası, xüsusilə də İŞİD-in ideologiyası təsirdən salınmalıdır. Bu barədə ilk addım İŞİD ideologiyasının İslama aidiyyatı olmadığını və İslam maarifinin İŞİD-in düşüncə və rəftarı ilə çox fasiləsini olmasını anlatmaqdır. Sözsüz, İran və Türkiyə kimi böyük və demokratik ölkələr bu zəminədə aşkar və təsirli rol ifa edə bilərlər.

Səməd Həsənzadə

  • Yazılıb
  • da (də) 2015 Aug 02