Tarix : 2015 Jul 28
Kod 46227

Azərbaycan Respublikasının əhd sındırmaq serialı- Təhlil

Azərbaycan rəsmilərindən soruşmaq lazımdır ki, 1918-ci ildə qısa bir müddəti çıxmaqla 1991-ci ildən qabaq beynəlxaq müqavilələrdə Azərbaycan ölkəsi, ya Azərbaycan şahlığı adına rast gəlmək mümkündürmü?

AranNews- Ölkəmizin hörmətli Prezidenti doktor Həsən Ruhaninin 2014-cü ilin noyabrında Azərbaycan Respublikasına səfəri çərçicəsində iki ölkə başçıları tərəfindən İran və Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə imzalandı. Bəyannamədə iki ölkə arasında dostluq və qardaşlığa təkid olunması ilə yanaşı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə ümidvar olduqları vurğulanır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında "Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" qanun müqaviləsində deyilir: "Razılığa gələn Tərəflər qonşu, dost, bərabərhüquqlu və müstəqil dövlətlər olaraq, öz münasibətlərini suverenlik və ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri və digər ümumi qəbul edilən beynəlxalq hüquq prinsip və normaları əsasında inkişaf etdirəcəklər... Öz ərazilərində təşkilat, qrup, dəstə və şəxslərin Razılığa gələn digər Tərəfə qarşı fəaliyyət göstərməsinə imkan verməyəcəklər ".
Bəyannamənin maddələri Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında müqaviləyə əsaslanır. Müqavilənin müqəddiməsində deyilir :
Azərbaycan Respublikası ilə İran İslam Respublikası bərabərhüquqlu və müstəqil dövlətlər olaraq, öz münasibətlərini suverenlik və ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında aşağıdakılar barədə razılığa gəldilər :

Maddə 1

Razılığa gələn Tərəflər qonşu, dost, bərabərhüquqlu və müstəqil dövlətlər olaraq, öz münasibətlərini suverenlik və ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri və digər ümumi qəbul edilən beynəlxalq hüquq prinsip və normaları əsasında inkişaf etdirəcəklər .

Maddə 2

Razılığa gələn Tərəflər iki dövlət arasındakı sərhədlərini dostluq sərhədləri elan edərək, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət edilməsinin vacibliyini vurğulayaraq ...

Maddə 3

Razılığa gələn Tərəflər bütün mübahisələri müzakirələr yolu ilə və qarşılıqlı anlaşma şəraitində həll edəcəklər ...

Maddə 4

Razılığa gələn Tərəflər digərinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı hərəkətlərdən və təzyiq formalarından çəkinəcəklər .

Razılığa gələn Tərəflər öz ərazilərində təşkilat, qrup, dəstə və şəxslərin Razılığa gələn digər Tərəfə qarşı fəaliyyət göstərməsinə imkan verməyəcəklər .
Sözü gedən müqaviləni xatırlatmaqda məqsəd budur ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik qazandıqdan sonra bir növ tarix düzəltmə ilə məşğuldur və bunun da qaynağı sovet hökumətinə qayıdır. Özünə kimlilk yaratmaq istiqamətində Azərbaycan rəsmiləri və şəxsiyyətləri özlərinə icazə veriblər ki, İranın iftixarlı tarixi, mədəni və incəsənət şəxsiyyətlərini müsadirə etməklə İranın daxili işlərinə qarışsınlar, milli hakimiyyətinə və ərazi bütövlüyünə qarışı hörmətsizlik etsinlər və nəhayət, İrana qarşı ərazi iddiası etsinlər. Azərbaycan Respublikası bəzi dövrlərdə bir sıra səbəblərdən bu məsələni izləməsini azalsa da, heç bir dövrdə bunu dayandırmayıb. Bunun üçün uzaq zamanlara getmək lazım deyil. İran və Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamənin imzalanmasından cəmi 7 ay (13/11/2014) ötür.
Maraqlı budur ki, bu bəyənnamənin imzalanmasında sonra Azərbaycan Respublikasının Milli Məclisi bir tərəfli olaraq bunu təsdiq etmiş və onun ölkə prezidenti tərəfindən imzalanması ilə qanuna çevrilmişdir. Sözü gedən bəyannamədə Azərbaycan İranla birgə neçənci dəfə olaraq bir sıra prinsiplərə (bir-birinin daxili işlərinə qarışmamaq, bərabərhüquqlu və müstəqil dövlətlər olaraq, öz münasibətlərini suverenlik və ərazi bütövlüyünə hörmət, öz ərazilərində təşkilat, qrup, dəstə və şəxslərin razılığa gələn digər tərəfə qarşı fəaliyyət göstərməsinə imkan verməmək, öz ərazisindən razılığa gələn digər tərəfə qarşı təcavüz məqsədi ilə istifadə edilməsinə icazə verməmək, bütün mübahisələri müzakirələr yolu ilə və qarşılıqlı anlaşma şəraitində həll etmək və s.) riayət etmək təkid olunub.
Halbuki, Azərbayacan dövləti bundan qabaq qeyd olunan prinsiplərə əməl etməmişdi. Müqavilənin maddələrinin pozulma hallarını xatırlatmazdan öncə bu məsələni qeyd edək ki, Azərbaycanda dövlətin icazəsi olmadan bir nəfər su da içə bilməz və əgər icazəsiz içsə, mütləq cəzalandırılacaq. Bu müddətdə keçən ilin avqustunda sionist rejimin pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən qalxması və İran ərazisinin içərilərinə təcavüzu və bunun ardında İran tərəfindən vurulmasından başqa da bu ölkəin dövlət və qeyri-dövlət dairələrin tərəfindən İran əleyhinə hərəkətlər baş vermişdir. Onlardan yalnız son günlərdə baş vermiş bir neçə nümunəyə işarə edirik :
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Nadir şah Әfşar: diplomatik yazışmalar" kitabını yazdı. Kitabda İranın bu qüdrətli şahı Azərbaycanın türk imperatorlarından biri kimi təqdim olunur. O keçən il də belə bir yanaşma ilə Şah İsmayıl Səfəvi barədə kitab yazmışdı. Kitabının təqdimat mərasimində belə bir iddia olundu ki, bəziləri Şah İsmayılı, Nadir şahı, Ağa Məhəmməd Xanı İran şahları kimi təqdim etməyə çalışır. Halbuki, onlar Azərbaycanın türk imperatorları olublar. Kitabın təqdimat mərasimində Eldar Әmirov deyib ki, "Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah Abbas Səfəvi, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar haqqında, o çümlədən də Nadir şah Əfşar haqqında mövcud stereotipləri dağıtmaq zəruri idi... Bəziləri onları İran şahları kimi tanıtmağa çalışırlar ".
Qeyd olunan müddətdə Azərbaycanın media və şəxsiyyətlərinin sözlərində qondarma "Cənubi Azərbaycan" termininə son qoyulmayıb, üstəlik, 22 may 2015-ci ildə DAK və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Seyid Cəfər Pişəvərininin rəhbərliyi ilə "Cənubi Azərbaycan" da  milli hökumətin yaranmasının 70 illiyi münasibətilə "Cənubi Azərbaycan dünən və bu gün" adlı konfrans keçirildi. Konfransda İranın daxili işlərinə müdaxilə olundu və onun milli hakimiyyəti və ərazi bütövlü əleyhinə çıxışlar oldu .
Digər bir konfrans isə İran qəzetlərindən birində karikatura dərc edilməsi və bunun ardınca İran azərilərinin etirazının 9 -cu ildönümü münasibətilə təşkil olundu və konfrans mediaya çıxarıldı. Konfransda İranın azəriləri yaşayan əyalətlər barədə qondarma terminlər işlədildi və İran azərilərinin həmişə "fars şonizmi" tərəfindən zülmə məruz qalmalarından danışıldı .
2015-ci il mayında AMEA Tarix İnstitutunun və Bakı şəhər 311 saylı tam orta məktəbin birgə hazırladığı ilə Bakı şəhəri 311 saylı orta məktəbdə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi üzrə "Ağa Məhəmməd şah Qacar" mövzusunda konfrans keçirildi. Konfransda Qacarilər, xüsusilə də Ağa Məhəmməd Xan və Abbas Mirzə "Böyükk Azərbaycan" a aid şəxsiyyətlər kimi təqdim edilmidir və bu da İranın ərazi bütövlüyünə qarşı olan bir hərəkətdir .
Əlbəttə, belə hərəkətlər çoxdur və biz yalnız bir neçə nümunə ilə kifayətlənirik. Məqsədimiz bunu çatdırmaq idi ki, Azərbaycan Respublikası yuxarıda qeyd olunan öhdəliklərdən heç birinə indiyə kimi əməl etməmişdir.
Halbuki, İran dövləti Türkiyə və Fransadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə olmuşdur və onun müstəqiliyinin, hakimiyyətinin və ərazi bütövlüyünün sabitləşməsi üçün çoxlu köməklər etmişdir.
Nümunə üçün Qarabağ münaqişəsi zamanlarını və İranın Azərbaycana birbaşa və vasitə ilə etdiyi çoxlu köməklərini yada salmaq kifayətdir. Əgər Azərbaycan rəsmiləri İran İslam İnqilabının 36 illik tarixinə nəzər salsalar, görərlər ki, İran İslam Respublikası ABŞ, Sovet İttifaqı, sionist rejimi və Avropa ölkələrinin ən ağır hücum və planları qarşısında gözünü belə qırpmadı, özünün gücünü və davamlılığını qoruyub saxladı. Ona görə də Azərbaycan Respublikasının İran əleyhinə hərəkətləri İran üçün heç bir əhəmiyyət daşımır. Qeyd edək ki, ölkəmizin milli maraqlarının qorunması üçün İrana qarşı yuxarıda qeyd olunan hərəkətləri İranın dövlət diplomatları görməməzliyə vura bilməzlər.
Ölkəmizin rəsmiləri Azərbaycan rəsmiləri ilə diplomatik əlaqələrində o ölkənin İran qarşısında öhdəliklərini onlara xatırlatmalı, onları İrana qarşı səhv siyasət yürütməkdən çəkindirməlidirlər. Həm də Azərbaycan rəsmilərinə anlatmalıdırlar ki, Nadir Şah Əfşar, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd Xan Qacar və s. barədə həqiqətləri bilmək üçün İran qaynaqlarına müraciət etməyə ehtiyac yoxdur, hətta xarici mənbələrdə belə yüngülvari axtarış etsələr başa düşəcəklər ki, Ramiz Mehdiyev kimilərin yazdıqları yuxu və xəyaldan başqa bir şey deyil. Belə adamlara tövsiyə etmək lazımdı ki, belə gülünc hərəkətlərlə özlərini istehza etməsinlər və gülünc yerinə çevirməsinlər. Nadir Şah Əfşar, Şah İsmayıl Səfəvi türk dilli olsalar da İran şahları olublar və onların türk olmaqları Azərbaycan türk şahlığı yaratmaq mənasına olmayıb. Nadir şah Məşhədi öz dövlətinin paytaxtı etdi və İran şahı olaraq sikkə kəsdi. Nadir şahın kəsdirdiyi sikkələrin üzərinə bu şer həkk olunub :

Cahana səltənətini qızıl sikkəyə vurdu

İran yurdunun şahı, dünya fatehi Nadir .

İranın tanınmış əlamətlərindən sayılan şir və Günəşin şəkili Nadir şahın dövründə dövlətin rəsmi bayrağında yerləşdirilməsindən əlavə, əfşarilərin möhürlərinin də üzərində olmuşdur və onların nişanlarından sayılırdı. Azərbaycanın dövlət dairələri yaxşı olar ki, Avropa qaynaqların Nadir şahın həyatı barədə tərtib etdiyi "Şəmşiri pərşiya" kitabına müraciət etsinlər .
İran rəsmilərinə də tövsiyə olunur ki, iki ölkə başçılarının dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında imzaladığı müqavilə və bəyannamədə qeyd olunduğuna uyğun olaraq iki ölkənin tarixçiləri, alimləri və tədqiqat mərkəzlərinin birgə konfrans, seminar və iclaslarını təşkil etsinlər ki, müzakirələr vasitəsilə həqiqətlər daha da aşkar olsun .
Azərbaycan rəsmilərindən soruşmaq lazımdır ki, 1918-ci ildə qısa bir müddəti çıxmaqla 1991-ci ildən qabaq beynəlxaq müqavilələrdə Azərbaycan ölkəsi, ya Azərbaycan şahlığı adına rast gəlmək mümkündürmü? Nadir şahın özünü Azərbaycan imperatoru təqdim etməsi barədə bir vərəq yazı, yaxud bir rəsmi məktub tapa bilərsinizmi ?
Son söz budur ki, belə adamların İranın qeyrətli azərbaycanlılarını təsir altına salmaq üçün gördüyü yuxuların yozumu yoxdur.  İran azərbaycanlıları milli maraqlarını, İran torpaqlının bütövlüyünü qorumaq üçün həmişə öndə olublar. İran azərbaycanlıları 8 illik müqəddəs müdafiə dövründə öz ata-baba yurdlarını qeyrətlə qoruyublar və bu yolda çoxlu şəhidlər veriblər. Heç vaxt bu qeyri-mümkün fərziyyəyə inanmaq olmaz ki, İran azərbaycanlıları öz torpaqlarının 20 faizini işğaldan azad etməyə aciz olan bir ölkənin köməyinə göz diksin .

Məhəmməd Hüseyn Bozorgniya 
  • Yazılıb
  • da (də) 2015 Jul 28