Tarix : 2015 Jul 06
Kod 46146

Avropa Oyunları və Azərbaycanın dövlət rəsmilərinin getmiş abırı

Avropa ölkələrini yüksək çinli rəsmilərinin 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak etməmələri, həmçinin Azərbaycan dövləti tərəfindən bəzi avropalı jurnalistlərə viza verilməməsi, bəzilərinin də Bakı Hava Limanından deportasiya edilməsi elə bir durum yaratdı ki,...

Azərbaycan rəsmilərinin Avropa oyunları 2015 üçün ilkin hesablamalarının və kalan xərclərinin əksinə olaraq, bu ölkədə insan hüquqlarının pozulması məsələsinin qabardılması və ölkə əleyhinə hesabat və qətnamələrin verilməsindən başqa bir nailiyyəti olmadı.

AranNews - İyunun 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə layihəsi müzakirəyə çıxarılararaq 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla qəbul edilib. Sənəddə Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən son bir ildə ölkədə güclənən repressiyalar, tənqidçi jurnalist və bloggerlərin, hüquq müdafiəçilərinin həbsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması və s. məsələlərdən bəhs olunur. Qətnamə layihəsinin müzakirəsi zamanı AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinskinin (Polşa), Fransalı deputat Durie Jozetti, Italiyadan olan deputat Paulo Korsini Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid ediblər.

Digər tərəfdən Avropa ölkələrini yüksək çinli rəsmilərinin 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak etməmələri, həmçinin Azərbaycan dövləti tərəfindən bəzi avropalı jurnalistlərə viza verilməməsi, bəzilərinin də Bakı Hava Limanından deportasiya edilməsi elə bir durum yaratdı ki, 1-ci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün nəzərdə tutulan nəticələrin əksindən başqa bir xeyri olmadı.

Üstəlik, Avropa ölkələrinin tanınmış mediası tərəfindən bu oyunların baykot edilməsi və canlandırılmaması, ABŞ-ın CNN telekanalında Azərbaycanın fərari müxalifi Emin Hüseynovla müsahibə götürülməsi və Azərbaycanda insan hüquqlarının durumunun tənqid edilməsi, Avropa ölkələri tərəfindən aşağı səviyyəli idman yığmalarının yarışlara göndərilməsi Azərbaycan dövlətini daha çox çətinliklə üzləşdirdi.

Qeyd edək ki, Azərbaycan dövlətinin ölkəyə gələn idmançıların gəliş-gediş, yerləşmə, qidalanma xərclərini öhdəsinə almasına baxmayaraq bir sıra xəbər agentlikləri və sosial şəbəkələr yarışlarda təcrübəsiz və qeyri-həvəskar idmançıların iştirak etdiyini yazırdılar.

Bu arada ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanın bu ölkədə dövlətlə müxalif partiya rəhbərləri ilə görüşülərinin artması, İngiltərənin Bakıdakı səfiri İrfan Siddiqin açıqlamaları və Bakı Hava Limanından İngiltərə jurnalistinin doportasiya edilməsinə görə təəssüflənməsi, bunun ardınaca Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu açıqlamaya münasibəti və mövqei Bakı və qərb arasında dərin uçurumun yaranmasından, qərbin Bakıya təzyiq etmək üçün yeni layihəsindən xəbər verir.

Belə nəzərə gəlir ki, Bakı və qərb arasında yaranmış bütün bu gərginliklərin kökündə AŞPA-nın Azərbaycan dövlətinin sərt tənqidi və bunun ölkə rəsmiləri üçün gözlənilməz olduğu, hətta inanılmaz olduğu dayanır. Çünki bu hadisədən düz bir gün sonra Leyla Yunus və onun həyat yoldaşının ittihamlarının bir-birindən ayrılması xəbəri yayıldı. Belə ki, onlara qarşı vətənə xəyanət ittihamı digər ittihamlardan ayrılmış və o barədə iş hələlik gündəlikdən çıxarılıb. Qeyd edək ki, 2005-ci ildə o vaxt nazir işləyən Əli İnsanov və Fərhad Əliyev barədə belə bir addım atılmışdı.

Azərbaycanın AŞPA-da nümayəndəsi Səməd Seyidovon qətnamə barədə mövqei və onu dəyərsiz adlandırması, Novruz Məmmədovun ölkəsinin AŞPA-dan çıxa bilməsinin mümkünlüyü barədə açıqlamasını Azərbaycan rəsmilərinin davamlı mövqeləri kimi qiymətləndirmək olar.

Azərbaycan rəsmilərinin həddən artıq narahatlığının səbəbi sözü gedən qətnaməyə görə dövlətin balans siyasətinin pozulmasında bilmək olar. Bu prosesin davamı bu ölkənin Avropa ilə münasibətlərində böhran yaratmış və balans siyasətinin amilinin əksinə olmuşdur.

Belə nəzərə gəlir ki, hazırkı proseslərlə Azərbaycan dövləti regional durumu dərk etmiş, həmçinin Gürcüstan və Ukraynanın qərbə yönəlməsinin aqibətinə ötəri nəzər salmış, qabaqkından daha artıq Rusiyaya meyillənmişdir və bunu yaranmış vəziyətdən çıxmağın yeganə yolu bilir.

İdman diplomatiyasının fəal rolundan danışan, onu ölkənin daxili və xarici problemlərinin həlli yollarında qələbə adlandıran Azərbaycan rəsmiləri özlərinin qərbə milyardlarla dəyərində qulluqbazlıqlarının muzdunu AŞPA-nın qətnaməsində və ABŞ Xarici İşlər Nazirliyinin hesabatında aldılar, qərbin siyasi istəklərinin və insan hüquqları ittihamlarına tuş gəldilər.

Avropa Oyunlarını daha əzəmətli keçirməyə çalışan Azərbaycan hakmiyətinin indi qərbin siyasi oyunlarına başı qarışıb. Bakıda qərb şirkətlərinin fəaliyyəti və onların neft-qaz sahələrində iştirakı, ölkənin NATO ilə münasibəti hələ yerində qalsa da belə demək olar ki, Azərbaycanın Rusiyaya yaxınlaşmasında bu münasibətlər mane ola bilməyəcək.

Digər tərəfdən də MDB ölkələri arasında öz nüfuzunu artırmağa çalışan Rusiya yaranmış vəziyyətdən narahat olmayacaq. Aydındır ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin artırması onun özü üçün faydalıdır və bundan istifadə edərək Qarabağ münaqişəsi nəticəsində itirilmiş torpaqlarının hamısını, yaxud bir hissəsini qaytara bilməsi üçün zəminələr yarada bilər.

Avropa Oyunları başa çatdıqdan sonra Azərbaycan Respublikası özünü noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazrılayacaq. Sözsüz, bu siyasi hadisənin yaxınlaşması ilə ölkə qərbin ittiham və təzyiqlərinin artması ilə qarşılaşıb. Hətta, qərb öz istəklərinə çatmaq, ölkə rəsmilərini onların tələblərini yerinə yetirməyə məcbur etmək üçün sanksiyalardan istifadə edəcək.

Son nəticə budur ki, Azərbaycan rəsmilərinin Avropa oyunları 2015 üçün ilkin hesablamalarının və kalan xərclərinin əksinə olaraq, bu ölkədə insan hüquqlarının pozulması məsələsinin qabardılması və ölkə əleyhinə müxtəlif hesabat və qətnamələrin verilməsindən başqa bir nailiyyəti olmadı. Azərbaycan rəsmiləri 1-ci Avropa Oyunları keçirilməsinə ev sahibliyi etməklə ölkənin beynəlxalq səviyyədə nüfuzunun artacağını, ölkənin dünyada tanınacağını, oyunlar başa çatdıqdan sonra xarici turistlər sel kimi ölkəyə axışacağını deyirdilər. Lakin, indi Avropa Oyunlarının Azərbaycanda insan hüquqlarının keçmişinin və indiki durumunun dünya tərəfindən daha artıq zərrəbin altına düşməsinin şahidiyik.

  • Yazılıb
  • da (də) 2015 Jul 06