Tarix : 2015 Jun 11
Kod 46020

İslamafobiyanın dünyadakı ağaları

Stiven Horvitsin rəhbərlik etdiyi ofislər Danimarka, Hollandiya, İngiltərə, Amerika, Belçika, Fransa və bir sıra başqa ölkələrdə fəaliyyət göstərir. Bütün bu qurumlar islamlaşmanın qarşısını almağa xidmət edir. Bu məqsədlə islama qarşı təxribat layihələri həyata keçirilir. Rüsvayçı karikatura, Fitnə filmi bu sıradan olan layihələrdəndir.


AranNews-
 Kurt Vester Gard həmişəki kimi Yullands Posten qəzetində işə tələsirdi. O yeni karikaturasını təhvil vermək üçün ofisə gedirdi. Kurt Vester Gard başqa 10 karikaturası ilə birlikdə İslam peyğəmbərinə çəkdiyi karikaturanın nəşrini səbirsizliklə gözləyirdi. Kurtun karikaturası böyük səs-küy yaratdı. Tezliklə bu karikatura dünya boyu müsəlmanların etirazına səbəb oldu. Kurt müsahibəsində peşiman olduğunu desə də bu peşmançılıq heç nəyi dəyişmirdi. 
Danimarkanın müxtəlif mətbuat orqanları bir-birinin ardınca karikaturanı nəşr edirdi. Karikaturanın çəkilişindən 2 il sonra Kurt Vester Gard bir yanğın hadisəsində öldü. Həmin günlərdə, 2005-ci illərdə Pamela Geller üç qız övladı ilə əri Maykldan boşanma prosesi ilə məşğul idi. 47 yaşlı Pamela Geller Nyu-York Deyli qəzetinin adi əməkdaşlarından idi. Bir müddət də Nyu-York Observer nəşriyyatında işləmişdi. 11 sentyabr hadisələrindən sonra Pamela Gellerin yolu tam dəyişdi. Bu qadın İslam və müsəlmanlara qarşı nifrətini hər vasitə ilə bildirməyə çalışırdı. İlk işi Atlas Şruq adlı vebbloq oldu. Onun vebbloqda ilk işi Danimarkadakı karikaturaları yerləşdirmək oldu. Bir neçə il sonra Pamela Geller İslama qarşı 12 kitab yazmış Robert Spenserlə əməkdaşlığa başladı. Onlar birləşərək “Amerikanın islamlaşmasının qarşısını alın” (SIOA) təşkilatını yaratdılar. Onlar Nyu-York, Mayami və başqa şəhərlərdə avtobuslar üzərində təbliğat yerini alaraq anti-İslam plakatlar yaymağa başladılar. Pamela Gellerin fəaliyyətləri sonradan daha da genişləndi, ona böyük hamilər tapıldı. Sionist rejimin hərb naziri Moşe Yalon Pamela Gellerin əsas hamilərindən oldu. Geller deyir: “İslam bir ideologiyadır. Yer üzündə belə ifratçı ideologiya görünməyib. Qərbdəki müsəlmanların çoxu bilmir ki, gündə beş dəfə namazda məsihi və yəhudilər beş dəfə lənətlənir. Mötədil müsəlman mövcud deyil.”
2008-ci ildə Qirt Vilders İslama qarşı Fitnə filmində növbəti dəfə Kurt Vester Qardın karikaturalarından istifadə etdi. Gird Vilders hollandiyalı siyasətçidir, bu ölkənin parlament üzvüdür. Fitnə filminin təsiri Quranın yandırılması oldu. Vilders 40 dəfədən artıq İsraildə səfərdə olub. O deyir: “İsrail Qərbin İslama qarşı mübarizəsində ön cəbhədir.”
Kurtun ölümündən neçə illər ötsə də Danimarkada və başqa ölkələrdə müxtəlif bəhalərlə onun karikaturaları çap olunur. Tanınmış Amerika qəzetçisi Kristofer Balin məqaləsində yazır: “İslama qarşı karikaturalar mədəniyyətlərin toqquşması layihəsinin bir hissəsidir. Bu layihəni sionist neokanlar həyata keçirir. Onların məqsədi məsihi qərblə müsəlmanlar arasında ziddiyyətləri gücləndirmək, qarşıdurma yaratmaqdır.”
SİOA öz fəaliyyətlərini İslam təşkilatları ilə mübarizə, İslama qarşı etiraz aksiyaları müstəvisində qurub. 2009-cu ildə Nyu-Yorkun imam-cüməsi dağılmış bir binanı İslam mərkəzinə çevirmək qərarına gəldi. Bu məqsədlə işə başlamaq istəyərkən Geller və onun tərəfdarlarının həmin ərazidə park saldığını gördü. Onlar küçələrə axışaraq müsəlmanları hədələyir, şüarlar səsləndirirdilər.
2011-ci ildə Norveçdə məşhur qətliam hadisəsində Geller və Spenser bu ölkəyə ayaq açdı. Anders Breyvik adlı norveçli gənc partlayıcı qurğu yerləşdirilmiş maşını Oslo idarələrinin yaxınlığında partlatdı. Sonra fəhlə partiyasının tərəfdarlarının qərargahına hücum etdi. İki hücumda 77 nəfəri qətlə yetirdi. Breyvik həbsə alındıqdan sonra bu terrorlar vasitəsilə norveçliləri İslam təhlükəsindən xəbərdar etmək istədiyini söylədi. O demişdi ki, Obama sülh mükafatı alarkən onu terror etməklə dünyaya mesaj göndərmək istəyir. Maraqlıdır ki, Breyvik öz mesajını göndərmək üçün nədən Obamanın qətlini nəzərdə tutub? Breyvik terror əməliyyatlarından öncə 1500 səhifəlik bir bəyanat yayıb. Həmin bəyanatda Spenserin məqalələrinə 162 dəfə istinad edib. Deyib ki, Pamela Gellerin Atlas Şrüq vebbloqu onun ilham mənbəsi olub.
Geller və onun islamafob çevrəsi bu əqidədir ki, Amerika prezidenti müsəlmandır. Giller 2009-cu il, yanvar ayının 8-də öz vebloqunda Obama haqqında yazıb: “O 1981-ci ildə tələbə olduğu zaman üç həftə Pakistanda olub. 80-ci illərin əvvəllərində Pakistana getmək üçün yalnız iki səbəb ola bilərdi: Cihad və narkotika. Düşünürəm ki, Obama oraya narkotika ardınca gedib. Amma qayıdanda cihadla qayıdıb. Bu səfərdən qayıtdıqdan sonra adını dəyişərək Barak Obama adını götürüb.” Spenser çox çalışdı ki, Breyvikin addımlarını özündən uzaqlaşdırsın. Giller isə belə etmədi və dedi: “Breyvik bu ölkənin gələcək rəhbərlərini hədəfə alıb, həmin rəhbərlər minlərlə müsəlmanın hücumuna görə məsuliyyət daşıyır.”
Cənab Rəhbər Ayətullah Xamenei görüşlərdən birində Amerikada ifratçı cərəyanları yada salıb. Cənab Rəhbər bu söhbətində neokanları nəzərdə tutub. Ayətullah Xamenei buyurub: “Qərbdə ifratçı və terrorçu cərəyanların inkişaf etməsi mühüm mövzudur. Bu terror hadisələri avropalı neonasistlərdən başlayır, amerikalı neokanlara gedib çıxır. Amerikanın əvvəlki dövləti neokanlardan olub. Onlar açıq şəkildə ifratçı mövqe tutublar. Amerikanın əvvəlki ağılsız prezidenti elan etmişdi ki, qarşıda səlib müharibəsi var. Bəli, prezident səlib müharibəsi elan etmişdi. Bundan artıq ifratçılıq nə ola bilər! Sonra iki müsəlman ölkəsinə hücum etdilər. Proqramlarında başqa işlər də vardı. Allah onlara imkan vermədi. Məğlub oldular. Bütün bunlar mühüm məsələlərdir. Norveçdə baş verən hadisəni adi cinayət hadisəsi kimi dəyərləndirmək olmaz. Belə hadisələrin arxasında ciddi səbəblər dayanır. Bu bir cərəyandır, özünü göstərməlidir və göstərir.”
2012-ci ildə Giller yenidən səhnəyə çıxdı. Həmin dövrdə xəbər yayılmışdı ki, Amerika əsgərlərindən biri Əfqanistanda müsəlman cəsədini təhqir edib. Amerikanın müdafiə naziri Leon Panetta bu hadisəyə görə təəssüf etdiyini bildirdi. Amma Giller dedi ki, bu döyüşçüyə aşiqdir. O dedi: “Mən bu dəniz piyadasına aşiqəm ...”Bir müddət öncə Geller və onun çevrəsi yenidən avtobus təbliğatına başladı. Onlar 30 min dollar ödəyərək Pensilvaniyada 84 avtobusun üzərinə anti-İslami plakatlar yapışdırmaq icazəsi aldılar. Plakatlardan birində yazılıb: “Quranda İslam yəhudilərə nifrətini bildirir. Amerikanın yardımlarının üçdə ikisi müsəlman ölkələrinə gedir. Buna son qoyun, müsəlman ölkələrinə köməyi dayandırın.” Digər bir plakatda Hitlerlə fələstinli millətçi Məhəmməd Əfəndi Amin Huseyninin şəkilləri yer alıb. Onlar islamla faşizmi yanaşı tutublar.
Belə plakatlara etirazdan sonra San Fransiskonun nəqliyyat şirkətinin sözçüsü bir mətbuat konfransında deyib ki, biz bundan təəssüflənirik, amma Amerika qanunları söz azadlığına yol açıb və biz bunun qarşısını ala bilmərik.
SİOA-nın İslama qarşı fəaliyyət göstərdiyi illərdə səy göstərilib ki, İslamla faşizm insanların təsəvvüründə eyni məktəb kimi tanıtdırılsın. Amerikada mədəni-milli araşdırmalar mərkəzinin rəisi Horvits sionist lobbilərlə sıx əlaqədə olan şəxsdir. Spenser və Gellerin İslama qarşı fəaliyyətlərinin bütün xərclərini bu şəxs öz üzərinə götürüb. O bir növ islamafobiyada sifarişçi sayılır. Gellerin fəaliyyətlərində layihələrdən biri də sionizmə qarşı çıxan yəhudilərin sionizmdə əridilməsidir. Horvits Şimali Karolina universitetində tələbələr qarşısında çıxış edərkən İslamı faşizmlə eyni təqdim etmişdi. Amma fərqli bir reaksiya ilə rastlaşmışdı. Ona sual vermişdilər ki, nə üçün İsrail Yaxın Şərqdə qan axıdılır? Məşhur islamafob tribunada danışdığı zaman tələbələr salonu tərk etmiş, natiq tribunada tək qalmışdı. “Amerika xalqının dünya haqqında bilməli olduqları” kitabının müəllifi tələbələrlə cəmi iyirmi dəqiqə üz-üzə qala bilmişdi.
Hazırda Stiven Horvitsin dünyanın müxtəlif nöqtələrində ofisləri fəaliyyət göstərir. O yenə də Danimarka karikaturalarını yayır, Fitnə filmini təbliğ edir. Charlie Hebdo, Breyvikin tarixi cinayətləri onun üçün həmişə təbliğat vasitəsidir. Geller isə küçələrdə, nəqliyyat vasitələrində İslama qarşı plakatları yaymaqla məşğuldur./ Birlik.az 
  • Yazılıb
  • da (də) 2015 Jun 11