Tarix : 2015 Jun 06
Kod 46003

Türkiyə Parlament seçkilərinin təhlili

Türkiyə 25-ci çağırış parlament seçkiləri ərəfəsindədir və yalnız bir neçə gündən sonra Böyük Millət Məclisinin deputatlarının yenilənmiş siyahısı məlum olacaq.

AranNews- Bu seçkilər Türkiyə üçün çox önəmli seçkilər hesab edilir. Çünki dövlət və icra aparatının taleyi bu seçkilərə bağlıdır. Seçkiləri qazanmış partiya Böyük Millət Məclisinin 275 -dən yuxarı kürsüsünü əldə edə biləcəyi surətdə təklikdə və digər partiyalarla koalisiya yaratmadan dövlət təşkil edə bilər .

Səməd Həsənzadə

1983-cü ildə qəbul edilmiş konstitusiya qanunua əsasən, Türkiyə Parlamentinə daxil olmaq üçün ümumi səslərin 10% -in toplamaq lazımdır və bu dünya səviyyəsində ən yüksək yetər hesab edilir. Seçkilərdə iştirak edən partiya bu yetərə çata biləcəyi surətdə parlametdə mandat qazana bilər. Bu məsələyə görə ekspertlər Türkiyədə seçki quruluşunu qeyri-demokratik bir quruluş adlandırırlar. Çünki bu yetəri əldə edə bilməyən bir çox partiyalar parlemaentdə təmsil oluna bilmirlər. Bu üzdən Türkiyə Parlamentini xalqın istəklərini təmsil edə bilən bir Məclis adlandırmaq olmaz .
20 siyasi partiyanın iştirakı ilə 550 yer uğrunda keçiriləcək parlament seçkiləri iyunun 7 -də baş tutacaq. Səsvermədə 57 milyon seçici iştirak edəcək. Bununla belə təkcə 4 partiyanın parlamentdə təmsil olmaq şansı vardır. Həmin 4 partiya bunlardır:

1. Hazırkı baş nazir Əhməd Davudoğlunun liderlik etdiyi Ədalət və İnkişaf Partiyası.

2. Kamal Kılıçdaroğlu liderlik etdiyi və hakim partiyaya əsas müxalif hesab edilən Cümhuriyyət Xalq Partiyası.

3. Doktor Dövlət Bahçəlinin rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyası.

4. Səlahəddin Dəmirtaşın rəhbərlik etdiyi Xalqların Demokratik Partiyası.

Ona görə də belə nəzərə gəlir ki, parlement bu 4 partiya və müstəqil iştirak etmiş şəxslər arasında təşkil olunsun. Digər partiyalar səs toplaya bilsələr də parlamentdə təmsil oluna bilməyəcəklər. Kürdləri təmsil edən Xalqların Demokratik Partiyasının (PKK-nın siyasi qolu) seçkilərə qatılması öz ardınca verə biləcəyi ismarıclara görə seçki mübarizə meydanında əsas rəqiblərdən biri hesab edilir. Ötən seçkilərdə kürdlər müstəqil və fərdi surətdə də namizədliyə qeydiyyatdan keçdilər və parlamentə daxil olduqdan sonra kürd fraksiyasi yaratmağa cəhd etdilər.
Kürdlər məskunlaşmış bölgələrdə Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyası (HDP) arasında qızğın seçki rəqabəti gedir. Belə demək mümkündür ki, HDP  bölgədə səslərinə sahib çıxa bilsə, hətta AKP-nin təkbaşına iqtidar olmaq imkanını belə əlindən alacaq. Amma AKP bu bölgədə yetəri səs ( 10% ) toplaya bilsə, HDP parlamentdəki yerini hakim partiyanın xeyrinə verməsindən əlavə, Türkiyə Parlamentində heç bir nümayəndəsi də olmayacaq. Ona görə də hazırkı parlament seçkiləri HDP üçün böyük bir oyun hesab edilir.
HDP-nin seçkilərdə məğlubiyyəti və lazım olan səs toplaya bilməmsəsi və parlamentdə nümayəndəsinin olmaması, məntəqədə siyasi qeyri-sabitlik və qarışıqlıq yarada bilər. Kürd rəsmilərinin yetərli səsi ( 10% ) toplaya bilməyəcəkləri surətdə seçkilərdə saxtakarlıq edəcəkləri kimi ismarıcları Türkiyə ölkəsində artıq siyasi böhranın üzə çıxmasından xəbər verir.
7 iyun  seçkilərinin əhəmiyyət və həssaslığını artıran digər bir amil hakim partiyanın və Türkiyənin hazırkı prezidenti cənab Ərdoğanın iddialı məqsədləridir.
AKP seçki kampaniyasının əvvəlindən adi halda 550 deputatın olduğu ölkə parlamentində 400 deputat mandatının zəruriliyi barədə bəyanat vermişdi. Belə olan surətdə bu partiya Türkiyə Konstitusiyasını və parlament quruluşunu prezidentlik sisteminə dəyişdirə bilər.
Birinci hədəf: 367 mandat.
Hər hansı partiya bu qədər mandatı qazana bilsə ölkənin siyasi quruluşunda dəyişiklik etmək üçün tam gücü olacaq. AKP bu yetərə çatdığı surətdə Türkiyə Konstitusiyasını və parlament quruluşunu prezidentlik sisteminə dəyişdirəcək. Habelə, prezidentin səlahiyyətləri artacaq.
İkinci hədəf: 330 mandat.
AKP bu yetəri əldə etdiyi surətdə yeni Anayasanı və parlament quruluşunu prezidentlik sisteminə dəyişilməsini referenduma çıxarmaq hüquqi qazanır.
Üçüncü hədəf:276 mandat.
AKP bu mandata sahib olduğu surətdə Böyük Millət Məclisində təkbaşına hökumət formalaşdırmaq hüququ qazanır, lakin Anayasanı və parlament quruluşunu prezidentlik sisteminə dəyişilməsi barədə layihələrində məğlubiyyətə uğrayır. Qeyd edək ki, AKP indiki parlamentdə 326 kresloya sahibdir.
Son aylarda aparılan sorğular AKP-nin nüfuzunun zəifləməsindən və az səs toplayacağının ehtimal edilməsindən xəbər verir. Lakin belə nəzərə çarpır ki, bu partiya güclü təbliğat aparatından istifadə etmək, həmçinin ötən illərdəki iqtisadi zəminədəki fəaliyyətlərinə söykənməklə bundan ötən 3 seçkidəki kimi yenə də uğur qazansın.
Rəqib partiyaların mümkün məğlibiyyətinin səbəbi onların iqtidarda olduqları zaman faktiki və icra edilməyə qabliyyətli proqramlarının olmamasıdır.
Bununla yanaşı Türkiyənin bugünkü camiəsində təyinedici rol oynayan din və dini təmayül faktorunu da nəzərə almaq lazımdır. Qəbul etmək lazımdır ki, son onilliklərdə Türkiyə cəmiyyətinin dini baxış və təmayüllərində çoxlu dəyişikliklər yaranmışdır. Hal-hazırda bu faktor aparıcı kart kimi AKP-nin əlindədir və müxalif partiyaların bu potensialı yoxdur. HDP-nin ən çox səs toplaya bilməsinin mümkünlüyünə (kürdlərdən 9 milyon nəfər səs vermə hüququna malikdir) baxmayaraq, onların mümkün məğlubiyyəti din amilini nəzərə almamaları və anti-din mövqeyi seçmələridir.
AKP-nin öz üçüncü hədəflərinə ( 276 mandat) çatmalarına şansları çoxdur. Lakin birinci hədəflərinə ( 367 mandat) çatmaq şansları zəifdir. İkinci hədəflərinə ( 330 mandat) çatmaları da mümkün ola bilər.
AKP bu üç hədəfdən hər hansı birinə çatsa, indiki daxili və xarici siyasətini davam etdirəcək. Əlbəttə, birinci və ya ikinci hədəfinə çata bilsə Yaxın Şərqdəki xarici siyasətlərini daha da bərk izləyəcək. Xüsusilə də Türkiyə ilə İran arasında maraqların zidd olduğu aşkar müşahidə edilən Suriya, Livan və Fələstin məntəqələrində Türkiyənin müdaxilələri artacaq.

  • Yazılıb
  • da (də) 2015 Jun 06