Tarix : 2015 May 14
Kod 45902

24aprel və Ermənistan-Türkiyə hadisələri

Türkiyə və Ermənistan arasında münasibətlərin başlanması daxili və xarici dəyişikliklərin təsiri, həll olunmamış böhranlar toplusuna ilgili olduğundan, regional rəqabətlər üzündən mürəkkəb bir müəmmaya çevrilmişdir.

AranNews- 20-ci əsrin əvvəllərindən bir sıra hadisələr toplusundan şölələnmiş erməni-türk düşmənçiliyi tarixin dönüşü olmayan kinlərindəndir və onları barışdırmaq üçün bütün cəhdlər münasibətin olmamasından faydalanan, yaxud faydalanacağını güman edən oyunçunun birbaşa, ya dolayı yolla reaksiyası üzündən boşa çıxmışdır.
Hər bir ölkədə münasibətləri normallaşdırmaq xarici siyasətə aid olmaqdan qabaq daxili siyasətlərin mülahizələrinin təsiri altındadır. Ermənistan dövləti müstəqillik əldə etdiyi ilk illərdən ölkədə xalq arasında türklərə qarşı nifrət yaratmağı, soyqırım iddiasını gündəmdə saxlamağı ermənilər arasında vəhdət və kimlik yaradan bir amil kimi istifadə etmiş və bundan öz bacarıqsızlığını xalqın gözündən yayındırmaq üçün yararlanmış, habelə Ermənistanın iqtisadi böhranının Türkiyə və Azərbaycanın bu ölkəni iqtisadi blokadada saxlaması üzündən olması kimi qələmə verməyə çalışmışdır.
Türkiyədə respublika quruculuğunun əvvəllərindən dövlətçilik, dönməzlik, fərqlilik və müxtəlifliyi kənara qoymaq, vəhdət və bərabərliyə təkid, individualizmin yerinə plüralizm, ortaq düşmən qarşısında vəhdətlə fəxr etmək kimi siyasi-mədəni amillərdən yararlanıb. Belə bir mühitdə soyqırım iddiası intellectual, hissi və faşisti kimi üç prespektivdən yanaşma nəzərə çarpır. İntellectual nəzər və yanaşmada deyilir ki, belə bir əməl mütləq zərurət üzündən olmuşdurdur.  Hissi görüşdən deyilir ki, türklərin belə bir hərəkət etmələri qeyri-mümkündür. Faşisti baxışla yanaşanlar isə deyirlər ki, belə bir hadisə düzgün hərəkət olub və lazım gələrsə, yenə də təkrarlamaq lazımdır.
Türkiyə Respublikası formalaşdığı vaxtdan bu ölkənin bütün sakinlərini millət və məzhəbindən asılı olmayaraq, assimilyasiya etməyə çalışdı. Ankara dövləti bütün üçüncü dünya ölkələri kimi erməni, kürd və ələvilər kimi azlıqlara təhdid gözü ilə baxdı. Bununla belə 1999 -cu ildə Türkiyə Avropa Birliyində iştirakçı olmağa namizəd məqamına yüksəldi. Demokratikləşmə üçün bu ölkədə müsbət dəyişikliklər təcrübə olunmuşdur. 1915 -ci il hadisələri, Qarabağ müharibəsi, hazırkı sərhədlərin tanınması, sərhədlərin açılması kimi məsələlər uzlaşmanın gecikməsinə səbəb olmuşdur.
Son illərdə iqtisadi hədəflər və regional gücə çevrilmək marağı Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmağa sövq etmişdir. Lakin Türkiyə bu prosesə xatirAzərbaycanı itirmək istəmir. Ona görə də nə qədər ki, Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərinə reaksiya verir, onların arasında barışığa ümidvar olmaq çətindir.
Yerevan rəsmiləri başa düşüblər ki, Türkiyə ilə münasibətləri kəsməklə enerji ötürülməsi xəttindən və ondan gələcək gəlirdən qıraqda qalıblar. Lakin Ermənistan, Türkiyə ilə münasibətləri yenidən qurmaq üçün erməni diasporasının və Rusiyanın qınaqlarından narahat olmadan qərar qəbul edə bilməz. Hər şeydən öncə öz iqtisadi və siyasi güclərinin qorunmasına çalışan bu ölkənin siyasi elitası, diasporanın qınağına tuş gəlmək istəmir.

Türkiyə sərhəddinin bağlanması və böhran

Qarabağ onlara imkan verir ki, öz daxili iqtisadi problemlərini qonşu ölkələrlə düşmənçiliklə ilgiləndirsinlər və ümumi fikrin qarşısında özlərinə bəraət qazandırsınlar. Lakin belə nəzərə gəlir ki, artıq bu taktika öz gücünü itirmişdir.
1915-ci il hadisələri Ermənistan-Türkiyə münasibətlərinə kölgə salan ən mühüm mövzudur. Dünyanın siyasi xəritəsində özlünə yer tutmuş Türkiyə və Ermənistanın hər ikisi Birinci Dünya Müharibəsinin məhsuludur. Hər iki ölkənin indiki sərhədləri Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Dördlər ittifaqı (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) arasında imzalanan Qars və Gömrük sülh müqavilələri əsasında müəyyən edilib. O zaman Anadolunun 2 milyonluq erməni əhalisindən cəmi 100 mini qalmışdı. Müharibə, aclıq, xəstəlik və sürgünlərin ardınca belə bir böyük həcmdə cəmiyyətin yoxa çıxması ermənilərin xatirəsində qaldı və müstəqil Ermənistan dövləti təşkil edilməsindən sonra bir daha bu məsələ qabardıldı.
Ermənistanın SSRİ-nin tərkibində olduğu dövrdə onun Türkiyə ilə münasibət yarada bilməsindən söz gedə bilməzdi, soyqırım və qətliam məsələlərində də sükut edilmişdi. Əlbəttə, 1965 -ci ildən sonra erməni diasporasının cəhdləri ilə ölənlərin xatirəsini anmaq üçün hər il aksiyalar təşkil olunurdu.
Ermənilərin iddialarına əsasən, 1915-1923 -ci illərdə osmanlılar 1 milyon 500 min nəfər ermənini qətlə yetirmiş, 500 min nəfəri sürgün etmişdir. Lakin türklər ölənlərin sayının 300 mindən yuxarı olmadığını deyirlər. Qeyd edək ki, tarix təhqiqatçıları ölənlərin sayının 1 milyon olmasını təsdiq edirlər. Hər halda 20 -ci əsrin əvvəllərində baş vermiş qətl və qovulmalar iki ölkə münasibətlərinə kölgə salmışdır. Ölən və köçkünlərin nümayəndəsi olan diaspora öz kimliyini bu soyqırımla qarışmış hesab edir. 1965 -ci ildən bu tərəfə ermənilər hər il bütün dünyada 24 aprel günü soyqırımın anılması məqsədilə aksiya keçirirlər.
1915-ci ildə İngiltərə və Fransanın Gelibolu yarımadasına hücumundan bir gün qabaq Osmanlı dövləti ermənilərin siyasi təşkilatlarını tətil etdi və onların rəhbərlərindən 235 nəfəri həbs etdi. Saxlanılanların çoxu öldürüldü. 1915 -ci ildə soyqırım termini beynəlxalq ədəbiyytında mövcud deyildi. Bu terminin beynəlxalq hüquq terminləri sırasına daxil olması və soyqırımın insanlığa qarşı cinayət kimi tanınması polşalı yəhudi hüquqşünas Rafael Lemkinin cəhdləri nəticəsində baş tutmuşdur və o, 1944 -cü ildə bu termini işlətmişdir. BMT-nin "Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında" Konvensiyası (SCQACK) 1948 -ci ildə qəbul edildi. Konvensiyanın 2 -ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək– biri"  soyqırımın nümunələri kimi nəzərdə tutulmuşdur.
Son illərdə 1915-1923 -ci illər barədə akademik baxışların bir-birinə yaxınlaşmasına baxmayaraq, Türkiyə və Ermənistanın rəsmi baxışları fərqli olaraq qalır. Ermənistana hakim fikir belə formalaşmışdır ki, ermənilər vəfadar vətəndaşlar olublar və onların öldürülməsinin, yaxud sürgün edilməsinin səbəbi qaçqın müsəlmanlar üçün Osmanlı İmperiyasında yer açmaq, şərait yaratmaq olmuşdur və bununla da təkmillətli türk dövlətinin təşkil olunması üçün şərait yaransın. Halbuki, türk rəsmilərinin dediklərinə görə ermənilər erməni olduğu üçün hücuma məruz qalmayıblar və baş verən hadisə müsəlman və qeyri-müsəlmanları əhatə etmiş böyük bir faciə olmuşdur, onlara ağır ziyanlar vurmuşdur.
Türkiyə-Ermənistan uzlaşma komissiyası öz fəaliyyəti zamanı Nyu-Yorkda yerləşən və xalq təşkilatlarından sayılan Keçid Halında Ədalət Beynəlxalq Mərkəzindən xahiş etdi ki, 1915-1923 -ci illərdə baş vermiş hadisə ilə bağlı özünün lüzum gətirməyən fikrini bildirsin. Bu təşkilat da bildirdi ki, baş vermiş hadisə BMT Konvensiyasına uyğun olaraq soyqırım cinayətinin bütün şərt və meyarlarını özündə toplamışdır. Allimlər, tarixçilər, siyasətçilər, jurnalistlər və digər nəzər sahibləri bu termini sözü gedən hadisələr üçün istifadə edə bilərlər. Bununla belə Konvensiya 1951 -ci ildən icrasına başladığından və özündən qabaqkı dövrə şamil olmadığından Türkiyəni kompensasiya ödəməyə, yaxud əraziləri qaytarmağa məcbur etmək mümkün deyil.
Bununla da Ermənistan və Türkiyə öz istədiklərinə qismən nail oldular. Ermənistan bu fikirdən öz siyasi əsasını qazandı, Türkiyə də kompensasiya ödəməyə məcbur olmadığını bildi.
Beynəlxalq Soyqırım Tədqiqatçılar Qurumu 1997 -ci ildə Monrealda baş tutan konfransında təkid etdi ki, 1915 -ci ildə baş vermiş hadisələr soyqırımın nümunəsidir. İndiyə kimi Avropa Birliyinin iştirakçısı olan bir çox məclis və qurumlar 1915 -ci il hadisələrini soyqırım kimi tanımışdır. Avropa Parlamenti 1987 -ci ildə ermənilərin soyqırım barədəki iddialarını rəsmi surətdə tanımışdır. Hər hansı bir ölkənin parlamentinin qəbul etdiyi qətnamə Türkiyə üçün hüquqi bir nəticə daşımır. Əlbəttə, İsveçrə və Fransa kimi soyqırımı inkarı etməyi cinayət hesab edən ölkələr istisna olmaqla.
Amerika Konqresinin Xarici Əlaqələr Komitəsi soyqırım iddiasını rəsmi olaraq tanımışdır. Hər il 24 aprel günü ABŞ prezidenti Türkiyədə ermənilərə qarşı baş vermiş soyqırım barədə çıxış edir və Türkiyə də öz səfirini Vaşinqtondan geri çağırır. Türkiyə və Ermənistanın uzlaşması Qafqaz regionunun geopolitik əhəmiyyəti və Rusiya ilə rəqabətinə görə ABŞ üçün sərfəlidir.
Türkiyə və Ermənistan arasında qarşılıqlı inam yaratmaq ABŞ Beynəlxalq İnkişaf Agentliyi qollarından olan Avrasiya Əməkdaşlıq Fondunun gündəliyində dayanır. Barak Obama, bütün dünyanın Türkiyə və Ermənistanı barışığa təşviq etməli olduğunu söyləyir. Lakin Türkiyə və Ermənistan arasında uzlaşma Rusiyanın xoşuna gəlmir. Ermənistan, Qafqazda tamamilə Rusiyanın nüfuz dairəsində qalmış yeganə ölkədir.
Türkiyə və Ermənistan arasındakı donmuş münasibətlərin buzunun əriməsi və bunun ardınca Qarabağ münaqişəsinin mümkün həlli ilə Rusiya Qafqazda oyunu qərbə uduzacaq.

Qaynaq: İras

 

  • Yazılıb
  • da (də) 2015 May 14