Tarix : 2015 Apr 20
Kod 45726

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi zəruriliyi

Sovetlər birliyinin dağılmasından sonra Xəzər dənizi ilə bağlı daha çox büruz edən önməli mövzulardan biri də onun yeni hüquqi statusunun müəyyən edilməsi məsələsi oldu

AranNews - Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması məqsədilə 39-cu iclası martın 4-5-də Azərbaycan Respubllikasının paytaxtı Bakı şəhərində keçirildi.

Qeyd edək ki, sovetlər birliyinin dağılmasından sonra yəni 1991-ci ildən bəri hüququ statusu yoxdur və qeyri-müəyyən olaraq qalır.

1393-cü Günəş ilindən sonra ilk dəfə olaraq Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması məqsədilə İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun iki günlük iclası keçirildi.

İİR-nın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bu iclasdan sonra bildirdi ki, Bakıda keçirilən iki  günlük iclasda əldə edilən irəliləyişlərdən sonra Xəzər dənizinin hüquqi statusu barədə ötən 20 ildə aparılan danışıqlar yekun razılaşmanın əldə olunmasına münbit şərait yaradacaq.

Xəzəryanı ölkələrin işçi qrupunun 40-cı iclası 1394-cü ilin ordibehişt ayında Tehranda keçiriləcək.

 Ötən ildə Xəzər hövzəsində baş verən mühüm hadisədən biri də Xəzəryanı ölkələrin 4-cü sammitində İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan olmaqla beş Xəzər ölkəsi tərəfindən ortaq bəyannamənin imzalanması, üç qarşılıqlı razılaşmanın əldə edilməsi idi. Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün bu böyük addım idi.

Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük dənizidir və İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələri tərəfindən əhatə olunub. Sovetlər birliyinin dağılmasından öncə bu dəniz İran və keçmiş sovet ölkəsinə aid idi. Lakin bu birliyinin dağılması və Azərbaycan, Qazaxıstan, Türkmənistan ölkələrinin müstəqillik qazanması və bunun ardınca Xəzəryanı ölkələrdə geopolitik şərait yaranması ilə onların hər biri öz marağına uyğun olaraq ən çox marağını təmin edə bilcək bir hüquqi statusun müəyyən olunması ardıncadırlar.

Ümidimiz budur ki, cari ildə Xəzəryanı ölkələr bu dəniz üçün hüquqi status tənzimləsinlər və orada bütün ölkələrin o cümlədən bizim ölkəmizin maraqları qorunmuş olsun. Belə ki, bununla İrana qarşı siyasi-təhlükəsizlik razılaşmaların formalaşmasının qarşısını ala bilək.

  • Yazılıb
  • da (də) 2015 Apr 20