Tarix : 2015 Apr 18
Kod 45717

Ərəbistan Bakıda nə ardıncadır?

Azərbaycanda fəaliyyət göstərən vəhabi qrupları Səudiyyə Ərəbistanı və Mədinə vəhabilərinin təlim mərkəzləri tərəfindən təşkilatlanmış və onlar tərəfindən maliyyələşdirilir, habelə, Suriya və İraqda İŞİD və digər terrorçu qruplara qoşulmaq üçün onlar tərəfindən Qafqazdan və Orta Asiyadan döyüşçü qüvvələri cəlb edilir.

AranNews- İlham Əliyevin Səudiyyə Ərəbistanına son səfərində Ərəbistan kralı, Məkkə və Mədinə əmirləri tərəfindən səmimi qarşılanması Azərbaycan rəsmiləri üçün təsəvvür olunduğundan  qat-qat artıq idi.
İ. Əliyev 5 apreldə öz ailəsi, siyasi, iqtisadi və dini heyətlə birlikdə qabaqcadan elan edilməmiş bir səfərdə Ərəbistana getdi. Azərbaycan medialarının xəbərlərinə əsasən, Ərəbistanın yeni kralı Salman, İ. Əliyevi kral sarayında deyil, hərbi hissələrin birində qarşılayıb. Sonra prezidentin və ailəsinin şərəfinə təmtəraqlı ziyafət təşkil olunub.
Azərbaycanın rəsmi və qeyri-rəsmi mediaları Ərəbistan kralı və şahzadələrinin İlham Əliyevin,  onun ailəsinin və onunla birgə səfər etmiş heyətin çox səmimi qarşılamasını  İ. Əliyevin regionda nüfuzunun artması ilə ilgiləndirməyə çalışsalar da bu səfərin arxasında siyasi və dini məqsədlər dayandığı qaçılmazdır.
Ərəbistanın öz cənub qonşusu olan Yəmənə hərbi hücumu və görünməmiş hərbi qarşıdurması, Yəmən əhalisini, əsasən də şiələri qətliam etməsi, İraq şiələri və Livan Hizbullahına qarşı planlar cızan, anti-şiə çöhrələri daha artıq büruz edən səudiyyəlilərin bir şiə ölkəsinin prezidentini belə qarşılama nümayiş etdirməsi Ərəbistanın əməllərini təmizə çıxarmaq üçün ən yaxşı fürsət idi.
Bu üzdən İ. Əliyev, həyat yoldaşı, qızı və kürəkəninin Məscidul-həram və Peyğəmbər (s) məscidində olmalarına misilsiz və fövqəladə şərait yaratdılar və onların bu məkanlardakı şəkillərini geniş surətdə yaydılar ki, Azərbaycan Respblikasının şiə şəxsiyyətindən istifadə edərək səudiyyəlilərin anti-şiə olmadığını iddia etsinlər. Sözsüz ki, Azərbaycan regionda və dünyada şiə ölkəsi kimi tanınır. Ümumi fikrin dini təfəkkürdən və kommunizmin irs qoyduğu ailələrə hakim olduğu ateizim təfəkküründən dəqiq anlayışları olmadığı üçün bu ailəni şiə camiəsinin nümayəndəsi olub-olmadığını ayırd edə bilmir.
Əlbəttə, səudiyyəlilər İ. Əliyevi, ailəsini və rəsmi heyətin Riyaz, Məkkə və Mədinəyə səfərini səmimi qarşılamaqda siyasi və dini məqsədlərdən başqa siyasi-təhlükəsizlik, ticarət məqsədləri də güdüblər. İ. Əliyevə və azəri heyətin Riyaza səfərini əks etdirən "Əl-ərəbiyyə" televiziya kanalı Ərəbistanın Bakı ilə siyasi-təhlükəsizlik münasibətləri ardınca olmasını bəyan edirdi. Ərəbistan cəhd edir ki, İranın İraq, Yəmən, Suriya, Livan və digər müsəlman  ölkələrdəki mənəvi nüfuzuna özünün Azərbaycan Respublikasına nüfuz etməsi, vəhabiliyi bu ölkədə yayması, İran əleyhinə hərəkətlər etməsi ilə cavab versin. Bu siyasətin oxşarını İsrailə də Azərbaycan Respublikasında izləyir.
Əlbəttə, Azərbaycan Respublikasının təşkil olunmasından ötən 25 il müddətində Ərəbistan bekar qalmayıb və bu ölkədə vəhabiliyin toxumunu səpib. Belə ki, bu ölkədə artıq müxtəlif vəhabi qrupları fəaliyyət göstərir, hətta onların arasında yaranan rəqabətdən Bakı dövlətinə  bir növ qarşılıqlı təsir qoymaları da xəbərləri yayılır. Azərbaycanda fəaliyyət göstərən vəhabi qrupları Səudiyyə Ərəbistanı və Mədinə vəhabilərinin təlim mərkəzləri tərəfindən təşkilatlanmış və onlar tərəfindən maliyyələşdirilir, habelə, Suriya və İraqda İŞİD və digər terrorçu qruplara qoşulmaq üçün onlar tərəfindən Qafqazdan və Orta Asiyadan döyüşçü qüvvələri cəlb edilir. Hazırda Ərəbistan çalışır ki, Azərbaycandakı vəhabi qrup və hərəkatların fəaliyyətlərini daha da genişləndirsin.
Ərəbistan özünün bu məqsədinə çatmaq üçün xam neftin dünya bazarında qiymətinin enməsi üzündən Azərbaycanın neft gəlirinin azaldığı üçün ölkədə yaranan problemlərdən çox yaxşı faydalanır. Son aylarda Ərəbistan bir çox ticarət və investisiyaçı heyətlərini Azərbaycana göndərmişdir. Sərəf etmiş ərəb heyətləri investisiya qoymaq üçün zəminələri araşdırmaqla yanaşı Azərbaycanın gözəl yerlərində istirahət və ovla da məşğul olurlar.
Son aylar ərzində Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər investisiyaçıları tərəfindən dəfələrlə Azərbaycana edilən səfərlər Bakı rəsmilərinə belə izah edilir ki, Türkiyəni son illərdə Avropanın iqtisadi böhranlarına düçür olmaqdan qurtaran Ankaranın ərəb investisiyaçılarına üz tutması oldu. Belə ki, hazırda Azərbaycan mediaları Türkiyənin ərəb investisiyasından istifadə edərək böhrandan qurtarmaq modelinin Azərbaycanda da tətbiq edərək neftin qiymətinin enməsi ilə yaranan problemlərin aradan qaldırılmasında istifadə edilməsini də gizlətmirlər.
Həmçinin, Bakı mediaları bunu da gizlətmir ki, İ. Əliyev Ərəbistana yaxın taktika qəbul etməkdə regiondakı mövcud cəbhələşmədə Azərbaycanı ABŞ və sionist rejim siyasi-təhlükəsizlik cəbhəsində olduğunu göstərməyi, beləliklədə Azərbaycanda insan hüquqlarını aşkar pozduğuna görə özünü Ərəbistan şahzadələri kimi qərbin söz tənqidləri və təzyiqləri qarşısında sığortalamağı nəzərdə tutmuşdur.
İ. Əliyev Ərəbistana səfərində siyasi, təhlükəsizlik və iqtisadi məqsədlərindən əlavə dini zəminələrdə də öz məqsədini izlədi ki, özünün islamofob bir prezident olmadığını göstərsin. 2012 -ci il Eurovision müsabiqəsi ərəfələrində və ondan sonrakı zamanlarda Əliyev dövlətinin şiə islamçılarına qarşı icra etdiyi siyasət onun dövlətinin anti-İslam olduğunu nümayiş etdirdi.  Ona görə də İ. Əliyev özünün islamofob çöhrəsini gizlətmək üçün ölkədə bir sıra dini simvolik hərəkətlər etmişdir və onlardan da biri səudiyyəlilərdən örnək alaraq Bakıda "Heydər" adına ən böyük məscidin tikilməsidir.
İ. Əliyev və ailəsi Məkkə və Mədinəyə səfərdə səudiyyəlilərin Məscidul-həram və Məscidun-nəbidə (s) onlar üçün yaratdığı xüsusi şəraitdən istifadə edərək orada bir sıra şəkillər çəkdirərək medialarda və vitural şəbəkələrdə geniş surətdə yaymaqla İslama etiqadlı olduqlarını göstərməyə çalışdılar.
İ. Əliyevin təbliğat komandası bu səfərdə bütün tərəflər barədə düşünmüş, hətta dövlətlə müxalif tərəfin ən çox tirajla çap olunan qəzeti olan "Musavat"ı də özünə qoşa bilmişdi. Bu qəzet özünün dövlətə qarşı olan bütün jestlərini kənara qoyaraq İ. Əliyev və onun ailəsinin Məscidul-həram və Məscidun-nəbidəki (s) şəkkillərini paylaşmaqla yanaşı bu şəraitin İ. Əliyev və onun üzvləri üçün yaranmasını prezidentin nüfuzunun nəticəsi kimi dəyərləndirmişdi. 
Hər halda İ. Əliyevin Ərəbistana səfərinin zahiri aspektlərindən göz yumsaq, onun səudiyyəlilərlə siyasi, təhlükəsizlik və iqtisadi anlaşmaları həm Bakı, həm də Bakının qonşusu olduğu üçün İran İslam Respublikası üçün əhəmiyyət daşıyır və bu məsələnin üzərindən asanlıqla keçmək mümkün deyil. 

  • Yazılıb
  • da (də) 2015 Apr 18