Tarix : 2015 Apr 10
Kod 45689

Ukrayına konflikti paradiqmasına hakim qayda

Ukrayna, bu ölkənin şərq regionlarında Rusiya tərəfdarları və qərbyönümlü dövlət qüvvələrinin şiddətli qarşıdurmalarından sonra indi hər biri öz maraqları uğrunda çalışan Rusiya və Amerikanın doplomatik çəkişmələrinin meydanına çevrilib.

AranNews- Ukraynanın şərqində əsasən rus dilli əhali yaşayan Donetsk və Luhansk 2014 -cü il aprelin ortalarında Kiyevin Rusiya tərəfdarlarını əzmək üçün hərbi müdaxiləsindən sonra Ukrayna ordusu və Moskvanın dəstəklədiyi etirazçılar arasında ölümcül toqquşmalar səhnəsinə çevrilib. BMT-nin yaydığı məlumata görə, Ukraynanın şərqində 2014 -cü illin aprelindən indiyə kimi silahlı toqquşmalar nəticəsində 5700 nəfər həlak olmuş və təqribən 1 milyon nəfər öz evlərini tərk etməyə məcbur olmuşlar.
Bu durum Rusiya və ABŞ-ı məsələnin diplomatik çözüm yolları üzərində düşünməyə məcbur etdi. 12 fevralda təşkil olunan müzakirələrdə Rusiya, Ukrayna, Fransa və Almaniya ölkələri başçıları bu ilin yayında atəşkəs yaranması barədə razılığa gəldilər. O cümlədən müqavilənin maddələrindən birində 15 fevraldan etibarən Donbas vilayətində (Ukraynanın şərqi) atəşkəsin yaranması və ağır silahların Ukraynanın şərqindən çıxarılması və təhlükəsiz məntəqə yaranması qeyd olunur.
Ukraynanın şərqində döyüşən hər iki tərəfin, həmçinin beynəlxalq nəzarətçilərin dediklərinə əsasən, demək olar ki, artıq nisbi atəşkəs yaranıb və hər iki tərəf ağır silahları geri çəkməyə başlayıb. Halbuki, separatçı "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko bazar ertəsi günü mətbuat konfransında bildirib ki, hal-hazırda Vaşinqton Kiyevi geniş şəkildə müharibə təchizatı ilə təmin etməkdədir və Ukrayna qüvvələrinin sülhün gerçəkləşməsinə marağı yoxdur.
Bu vəziyyət Amerika əsas olmaqla Rusiya və qərbin Ukrayna məsələsi ətrafında qarşılaşmasıdır və məsələnin bu tezliklə həll olmasını gözləmək olmaz. Başqa sözlə Ukrayna böhranı beynəlxalq bir çəkişmə olaraq sürətlə milli çərçivədən xaric olmuş və beynəlxalq, əsasən də münaqişəyə təsir göstərə biləcək böyük güclər arasında mübadiləyə daxil olmuşdur. Bir sıra strateqlǝrin nəzərincə, soyuq müharibənin bərpası üçün konteks yaranıb. Əlbəttə, "soyuq müharibə" terminini onun tanınmış komponentləri ilə işlətmək o qədər real olmasa da amma bu böhranın nəticəsi beynəlxalq münasibətlərə və onun oyun qaydalarına dərin təsir göstərəcək.
Mövzunun əhəmiyyətinə diqqət etməklə, bu yazıda münaqişənin əhatə mövqeyinə toxunmaqla yanaşı münaqişənin oyunçuları və gözlənilən durumun oyun qaydalarından da söz açılacaq.

Oyunçular üçün Ukraynanın geopolitik mövqeyi

Münaqişənin mühitinin araşdırılmasında Ukraynanın geopolitik mövqeyinin oyunçular üçün önəmli olmasına işarə etmək zəruridir. Çünki bu zərurətin araşdırılması oyunçuların hərəkətlərinin prinsiplərinin təhlilinə kömək edəcək:

Rusların baxışında: Avropa sahillərində yerləşən Qara dəniz, Krım yarmadası və Ukrayna ruslar üçün strateji əhəmiyyət daşıyır. Ukrayna Rusiya üçün ən mühüm "yaxın xaric" hesab olunur və onun idarəçiliyində təhlükə yaranarsa, ortaq maraqlı ölkələr arasında Rusiyanın regional maraqları böhranla üzləşəcək.

Avropalıların baxışında: Ukrayna siyasi və iqtisadi coğrafiyada Avropa Birliyi üçün ən mühüm Şərqi Avropa ölkəsidir. Ukrayna Qara dənizin şərq və qərb sahillərində yerləşməklə Avropanın ikinci böyük ölkəsi olaraq onun geopolitik əhəmiyyəti o qədərdir ki, Brzezinski onu "Avropa Birliyinin genişlənməsindən sonra regional siyasət qatarı" adlandırır. Ukrayna hadisələri Avropa tərəfindən idarə oluna bilməyəcəyi təqdirdə Rusiyanın nüfuzu Şərqi Avropada güclənəcək.

Amerikanın baxışında: ABŞ-ın Ukrayna böhranına baxışı təkcə coğrafi təhlükəsizlik çərçivəsində, yaxud nüfuz uğrunda geosiyasi mübarizə deyil. Bundan əlavə ABŞ, Ukraynaya geostrateji beynəlxalq güc mövqeyindən də baxır. Prezident Cimi Karterin milli təhlükəsizlik müşaviri olmuş Zbiqnev Brzezinski 1997 -ci ildə "Böyük şahmat" kitabında yazır: "Ukraynanın iştirakı olmadan Rusiyanın postsovet məkanında öz nüfuz bərpa etmək üçün bütün cəhdləri boşa çıxacaq və Amerika o zaman dünya super-gücü kimi öz mövqeyini möhkəmləndirə bilər ki, Avrasiya regionunda digər bir gücün zühur etməsinə mane ola bilsin".

Konfliktə hakim qayda

Konfliktə hakim qayda oyunçuların oyun mühitindən izah çıxışı və məhsuludur. Konflikt mühiti Avropa üçün "geopolitik pusqu" hesab olunur və onun siyasi hadisələri diqqqətdə saxlanılır. Amma ruslar konflikt paradiqmasına dəyişərək münaqişəni siyasi arenadan geopolitik arenaya çəkə bildilər.
Bu dəyişikliyin idarəçiliyi Krım kimi strateji bir yarımadanı Ukrayna hakimiyyətindən xaric etməklə yanaşı rus əsilli əhali yaşayan Ukraynanın şərq regionlarını da mövzuya və münaqişə dairəsinə artıra bildilər.
Rusiya bu konfliktin uzanımasının onun milli sahələrində təsirli olacağını dərk etdiyindən Gürcüstan məsələsi kimi burda da hücum xarakterli siyasət yürütdü və öz yanaşmasının təkrarına təkid etdi. Bu arada formalaşmış oyun qaydası müxtəlif səviyyələrdə öz  anizotropiyasını göstərdi. Rusiya "yaxın xaric" sayılan ölkələrin hərəkətlərini nəzarətdə saxlamaq üçün "dözümsüzlük" və "suverenliyin məhvi" qaydasını strateji mədəniyyətə və təhlükəsizlik doktrinasına çevirərək digər oyunçuların konfliktə müdaxiləsini çətinləşdirir. Bu arada öz strategiyasını möhkəmləndirmək üçün hərbi kataqoriyalardan faydalanmağı təsirli və həlledici hesab edir.
Amma Avropa Birliyi daim qeyri-hərbi güc üzərində təkid edir, iqtisadi və siyasi mexanizmin daha təsirli və işlək olduğunu düşünür. Böhranın idarəçiliyində AB-nin nümayənsəsi olaraq Almaniya və Fransanın diplomatik hərəkətləri yumşaq və ən azından qeyri-hərbi gücü nümayiş etdirir.
Avropanın öz səviyyəsində Rusiyaya qarşı iqtisadi sanksiyaları Rusiyanın iqtisadi inkişaf prosesinə qarşı öz ilkin təsirlərini qoydu və ölkə iqtisadiyyatına 10 milyard dollarlarla zərər vurdu. Əlbəttə, bu sanksiyaların gizli təsirləri gələcəkdə məlum olacaq. Eyni halda ruslar bu sanksiyaların elə də təsirli olmadığına inanırlar və onlar da qarşılıqlı olaraq Avropaya qarşı iqtisadi cəzalar nəzərdə tutub. Avropanın bəzi kənd təsərrüfatı mallarının Rusiyaya idxalının qarşısının alınması bu qəbildəndir.
Amerika da digər bir oyunçu olaraq başqa formul və qaydalar yaratmağa çalışır. Amerikanın görüşündə Ukrayna böhranı indiki beynəlxalq sistemdə yeni bir oyun üçün konteks yarada bilər və sonda dikbaş güclərlə qarşılaşmaqda qərb üçün hegemonçuluq yaradan bir qaydaya səbəb ola bilər. Bu yanaşma ilə Ukrayna ordusuna silah göndərməyi irəli çəkir. Əgər Amerikanın yanaşması qələbə çalsa, Ukrayna böhranının kəsişmə və sıxlığı bərk genişlənəcək.
Ümumi olaraq demək olar ki, Ukrayna böhranına hakim qayda milli və beynəlxalq səviyyədə fərqlidir. Milli səviyyədə münaqişə tərəfləri üçün qələbə qazanmaq istiqamətində hərbi konflikt əsas təyin edici hesab edilir. Amma xarici oyunçular səviyyəsində  "yeni istiqamətlər yaratmaq üçün münaqişənin bərkiməsinin nəzarət və idarəçiliyi" əhəmiyyət kəsb edir. Yeni proseslər ruslar üçün geopolitik mahiyyət, AB-i üçün siyasi əhəmiyyət, ABŞ üçün isə təhlükəsizlik mahiyyəti daşıya bilər. Hər halda hərbi müdaxilə tərəflərin heç biri üçün həqiqi həll yolu deyil.

Ukrayna konfliktinin regional təsiri

Ukrayna böhranı və ona qoşulmuş beynəlxalq oyunçuların yanaşma növü regional münasibətlərdə lazımi təsiri qoyacaq. Onlardan ikisinə işarə edirik:

1.Ruslar sanksiyaların ilkin zərbələrini idarə edə və Ukraynanın şərqini ölkənin milli hakimiyyətindən xaric edə bilsə, regionda Amerikanın nüfuzu bərk aşağı düşəcək.
2.Əgər qərb Rusiyanı öz geopolitik ətrafında prosesli bir münaqişəyə qoşa bilsə, digər tərəfdən Rusiyanın qarşısında təsirli iqtisadi-siyasi məhdudiyyətlər yarada bilsə, Avrasiya regionunda Rusiyanın nüfuzuna bərk zərbə vuracaq.

Gözlənilən durum

1. Rusiyaya qarşı icra edilmiş sanksiyalar aradan qaldırılsa və Krım yarımadası müzakirə mövzusundan xaric olsa, Ukraynanın şərqində rus dilli azlıqlar üçün federal qurluş yaratmaqla Rusiya icazə verəcək ki, Ukrayna mərkəzi dövləti ölkənin sərhədlərində hakimiyyətini bərpa etsin.
2. Əgər Almaniya və Fransanın diplomatiyası sayəsində yaranmış atəşkəslər nəticə verməsə, Amerikanın Ukrayna ordusuna silah göndərmək üzərində dayanan yanaşması güclənəcək.
3. Ukraynanın konflikti idarə etməyə fürsət tapması üçün digər bir variant da vardır. Belə ki, rus azlıqlarının öz müqəddəratını təyin etmək haqqını federalizm və ali muxtariyyət çərçivəsində tanımaq, ölkənin şərq və qərb regionlarında ərazi maraqlarına əsaslanaraq dövlət formasında yaranmış milli aparatların regional geopolitik mövqelərə qarşı tərəfsizliyə öhdəliyi və ümumi olaraq Ukrayna mərkəzi dövləti tərəfindən ölkənin şərq və qərbə bölünməsi reallığının qəbul edilməsi bu ölkədə vahid hakimiyyətin davamı üçün yeni imkan yarada bilər.

Rəhmətullah Fəllah

  • Yazılıb
  • da (də) 2015 Apr 10