Tarix : 2015 Feb 22
Kod 45453

İran İslam Respublikasının Azərbaycan Respublikasına strateji baxışı

İran və Azərbaycan tarixi, mədəni, geopolitik, geoiqtisadi və geostrateji əhəmiyyətli ölkələr olduğundan ortaq siyasi, təhlükəsizlik və iqtisadi sahələrə malikdirlər.

AranNews- Azərbaycan Respublikası Qafqaz hövzəsinin mühüm ölkələrindən biri olaraq İran İslam Respublikası ilə tarixi, mədəni və dini ortaqlıqlarına görə Qafqazda əsaslı və təyinedici rolu vardır. Digər tərəfdən İİR-nın 11-ci dövləti "qarşılıqlı əmakdaşlıq" siyasəti çərçivəsində regionun qonşu ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirmək ardıncadır.
Bu proqram çərçivəsində İİR prezidenti doktor Həsən Ruhani və AR prezdenti İlham Əliyev 2014 ci ilin yanvarında Davos İqtisadi Forumunda görüşdülər və bundan sonra iki ölkə rəsmilərinin qarşılıqı olaraq çoxlu səfərləri baş tutdu.
İlham Əliyevin aprel ayında Tehrana səfərinin ardınca İran prezidenti öz azərbaycanlı həmtayının dəvəti ilə oktıyabr ayında münasibətləri genişləndirmək məqsədilə Bakıya səfər etdi. Bu səfərdə iki ölkə başçıları tərəfindən siyasi, iqtisadi sahələrdə müxtəlif razılaşmalar imza edildi. Bu səfərin və İran-Azərbaycan münasibətlərinin əhəmiyyəti barədə bu qədər demək kifayətdir ki, ortaq konfransda doktor Həsən Ruhani İran və Azərbaycan xalqını "iki bədəndə bir ruh" adlandırdı.
Fevralın 16-da İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya bir günlük səfər etdi və Azərbaycanın prezidenti, baş naziri, Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşdü. Ticarət, tranzit və enerji sahələrində qabaqkı razılaşmaların izlənməsi terrorizm və radikallıq kimi regional təhdidlərin araşdırılması, Qarabağ münaqişəsinin həlli yolunun tapılması barədə məsləhətləşmə, iki ölkənin turizm və mədəniyyət sahələrində potensiallarından istifadə İran xarici işlər nazirinin Bakıya səfərinin əsas məqsədlərindən idi. Zərif həmin günün axşamı Bakını Belarusiyanın paytaxtı Minskə doğru tərk etdi ki, bu ölkənin dövlət rəsmiləri ilə ikitərəfli və regional məsələlər barədə müzakirələr aparsin.
Regional və beynəlxalq səviyyədə dəyişikliklərin yaranmış və dünya ölkələrinin xarici siyasətləri müxtəlif səviyyələrdə yeni mərhələyə daxil olmuşdur. Bu çərçivədə regionalçılıq bir çox tanınmış öılkələrin siyasət modeli olmuş və geniş əhəmiyyət daşımışdır. 2013 iyunun 14-də İranda 11-ci dövlətin hökumət başına gəlməsi dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq xarici siyasət strategiyasi yeni mərhələyə daxil oldu və regionda İranın milli maraq və hədəflərinin izlənilməsi önə keçdi.
İran və Azərbaycan tarixi, mədəni, geopolitik, geoiqtisadi və geostrateji əhəmiyyətli ölkələr olduğundan ortaq siyasi, təhlükəsizlik və iqtisadi sahələrə malikdirlər. Bununla belə hələdə iki ölkə arasında iqtisadi və ticari münasibətlərin həcmi bir ildə 500 milyondan yuxarı keçmir.
Regionun bugünkü siyasi-təhlükəsizlik durumunda İran və Azərbaycan iqtisadi münasibətlərin artması ilə yanaşı ortaq təhdid və imkanlarla üzləşiblər. Onların arasından Qarabağ münaqişəsi, Xəzər dənizi, enerji, tranzit, narkotik maddələr, terrorizm, radikallıq, hətta, Yaxın Şərq hadisələri, Suriya böhranı və beynəlxalq mühüm mövzulara işarə etmək olar.
İqtisadi sahədə bankçılıq, gömrük, viza sistemi, yeni keçid yollarının yaranması, özəl sahələrin güclənməsi məsələlərində razılaşmaların imzalanması iki ölkənin iqtisadi münasibətlərini genişləndirə bilər. Bu zəmində Zərif Azərbaycan prezidenti ilə görüşündə enerji, iqtisadyyat və siyasət, xüsusilə də elektirik sənayesi sahələrində əməkdaşlığa təkid etmişdir. Həmçinin, Zərif İran İslam Respublikasının Azərbaycan ölkəsi ilə münasibətləri genişləndirməyə ciddi iradəsinə işarə edərək deyib: "İki ölkə arasında nəqliyyat strukturlarının genişləndirilməsinə diqqət etmək daha zəruridir".
Belə nəzərə gəlir ki, Azərbaycan Respublikası regionda radikallığın bərkiməsindən narahatdir. Əsasən də ötən aylarda ölkə mediyaları və rəsmiləri Azərbaycan vətəndaşlarının təkfirçi quruplara qoşulması barədə açıqlamalar verdikdən sonra bu narahatlıq daha da artımışdır. Azərbaycanın "APA" rəsmi xəbər agentliyi 22 iyunda 100-ə yaxın Azərbaycan vətəndaşının İraq və Suriyada öldürülməsindən xəbər verdi. Bu üzdən belə nəzərə çarpır ki, Azərbaycan və İran üçün radikalizm təhlükəsizlik mövzusu sayılır.
İranın xarıcı işlər naziri azərbaycanlı həmtayı ilə görüşdə terrorizm və radikallığı region üçün ciddi təhdid adlanıdırıb və ölkəsinin terrorizmlə mübarizəyə hazır olduğunu açıqlayıb.
İran və Azərbaycan iki qonşu ölkə olaraq münasibətləri genişləndirmək üçün çoxlu imkan və potensiallara malikdirlər. Bu arada Tehran qarşılıqlı əməkdaşlıq siyasəti çərçivəsində qonşu ölkələrlə regional münasibətləri genişləndirəməyə çalışır. İranın hövzəsi ətrafinda olan mühüm ölkələrdən sayılan Azərbaycanla münasibətlərin səviyyəsini artırmaq ölkənin diplomatiya aparatının və xarici siyasətinin öndə dayan mövzularındandır. Belə ki, hər iki ölkənin yüksək çinli rəsmiləri ötən bir il yarım müddətində qarşılıqlı olaraq 20 rəsimi səfər ediblər.
Ona görə də yaranmış yeni durumda İran-Azərbaycan əlaqələrində  münasibətləri yenidən tənzimləmklə əlaqələrin damarına yeni qan köçürmək, hətta ikitərəfli münasibətləri strateji səviyyəyə qaldırmaq olar. Bu proses göstərir ki, İranın Qafqaza baxışı stratejidir və region ölkələrlə öz əlaqələrinin möhkəmləndirməyi ciddi iradə etmişdir. İranın region məsələləri barədə müsbət siyasətlərinə, İran və Azərbaycanın münasibətlərin genişləndirməsinə, qarşılıqlı maraqların təmini üçün iradələrinə diqqət etməklə Zərifin Bakıya səfərini 11-ci dövlətin qonşu ölkələrlə qarşılıqlı əməkdaşlıq siyasəti və uduş-uduş diplomatiyasının simvolu adlandırmaq olar.

  • Yazılıb
  • da (də) 2015 Feb 22